Yuxusuluq
EBM Klinik protokolları
24.08.2017 • Sonuncu dəyişiklik 24.08.2017
ChristerHublin
Əsas müddəalar
- Yuxusuzluğun tək bir səbəbi yoxdur, tibbi səbəblərlə yanaşı, şəxsi xüsusiyyətlər, həyat tərzi vərdişləri və həyat şəraiti daxil olmaqla bir çox səbəblər daxildir.
- Ən çox rast gəlinən kəskin yuxusuzluq forması xəstənin həyat şəraiti ilə əlaqədar olaraq yaranır
- Əgər xəstə yuxusuzluqdan əziyyət çəkirsə, xroniki yuxusuzluğa gətirib çıxaran hiperalertliyə səbəb olacaq
- Dəyərləndirmədə xəstəlik tarixçəsinin araşdırılması və yuxu gündəliyi həlledici rol oynayır.
- Düzgün qurulmuş həkim - pasiyent əlaqələri və farmakoloji müdaxilənin olmaması müalicənin ilk elementləridir.
Yayılması
- Müvəqqəti yuxusuzluq yaşlı əhalinin 1/3 hissəsində, xroniki yuxusuzluq isə 1/10 hissəsində müşahidə edilir "?>.
- Yuxusuzluq uşaq və gənclərdə də çox rast gəlinir
- Yuxusuzluq qadınlarda kişilərdən daha çox və eyni yaşlarda rast gəlinir
Səbəblər
- Müxtəlif faktorlar simptomlara səbəb olur :
- zəmin yaradan faktorlar ( yuxusuzluğun genetik tarixçəsi, hiperarous qabiliyyət, davranış)
- Yaranma səbəbi ( işdə xroniki və ya kəskin gərginlik/stress və ya həyat şəraiti, sağlamlığı)
- Daimi faktorlar ( psixifizioliji yuxusuzluq mexanizmləri, yuxu vərdişinin dəyişməsi yuxusuzluğa səbəb olur , çox erkən yuxu vaxtı və ya boş vaxtın yataqda keçirilməsi və ya kofein kimi stimullaşdırıcıların geniş istifadəsi).
- Yuxusuzluqdan əziyyət çəkənlər üçün yuxu müddətinin dəqiq hesablanması çətindir ( orta yuxu müddəti çox vaxt əhəmiyyətli dərəcədə azalmış olur )
- Hətta kiçik miqdarda stimullaşdırıcılar yuxuya təsir edə bilər.
- Kofein (adenozin antagonist) yuxuya mənfi təsir göstərə bilər, xüsusilə də həssas fərdlər arasında
- Siqaret çəkənlər çəkməyənlərdən daha az yatırlar
- Hətta az miqdarda alkoqol (< 3 vahid) qəbulu yuxunu zəiflədə və bərpa effektini azalda bilər .
- Yuxusuzluq stressli həyat şəraitinin və psixiatrik xəstəliklərin ən çox rast gəlinən əlamətidir.
- Yaşlılarda yuxusuzluq ,digər konkurent xəstəliklərlə əlaqələndirilir, orta yaşlı xəstələrdə isə psixi -sosial faktorların təsiri var.
- Bir çox fiziki xəstəliklər yuxusuzluqla əlaqələndirilir. Məsələn:
- ağrı
- yorğun ayaqlar sindromu
- refluks xəstəliyi və digər abdominal simptomların yaratdığı səbəblər
- Ağciyərin xronik obstruktiv xəstəliyi və ürək çatışmazlığı kimi nəfəs darlığına səbəb olan vəziyyət
- prostat və menopauza simptomları "?>
- hipertiroid
- diabet.
- Qeyd: yuxu apnesi özünü yuxusuzluq kimi göstərir ( nəfəs kəsilməsi halında xəstə oyanır).
- Psixiatrik səbəblər
- Depressiya
- narahatlıq
- psixoz
- Xronobioloji səbəblər
- Qaydasız yuxu vərdişləri ( məsələn: yuxu fazası və həftə içi və həftəsonu arasında fərqli yuxu müddəti )
- Növbəli iş və digər qeyri - müntəzəm və uzun iş saatları)
- Təxirə salınmış yuxu fazası :gecə gec saatlara qədər pasiyent yuxuya getmir, ancaq maneə olunmasa normal yatacaq) .
- Bəzi dərman vasitələri yuxusuzluğa səbə ola bilər .Məsələn:
- anksiyolitiklər: benzodiazepin, buspiron
- kardivaskulyar preparatları: beta blokerlər, kalsium kanal blokerlər "?>
- statinlər
- NSAIDlər
- antiastmatiklər: beta simpatomimetik, aminofilin, teofilin
- antidementiya preparatları: donepezil, rivastiqmin
- antiepileptik: fenitoin, lamotriqin, levetirasetam, topiramate
- CNS stimullaşdırılar: amfetamin, atomoksetin, bupropion, buspron, cofein, metilfenidat, nikotin, psevdoeferdin, eferdin, modafinil
- antidepressantlar: floksatin, fluvoksamin, paroksetin, trazodon, və digər SSRI, MAO-A İnqibitorları , duloksetin, mirtazapin (30 mq daha çox)
- antiparkinson preparatları: dopamin aqonistləri, levodopa, MAO-B inqibitorları
- antipsixoz: classik antipsixozlar ( fentiazin törəmələri)
- Qlükokortikoidlər
- Tiroksin
- İdiopatik yuxusuzluq nadir hallarda rast gəlinir : bu hal uşaq yaşlarında və ya yetkinlik dövründə başlayır və digər bilinən səbəbləri yoxdur.Xəstənin pozitiv ailə tarixçəsi olur və xəstəliyin səbəbi mərkəzi sinir sistemi ilə bağlı olaraq anadangəlmə ola bilər. (ICD-10 G47.0 təsnifatı).
Diaqnoz
- Dəyərləndirmə xəstəlik tarixçəsinin diqqətli araşdırılmasına əsaslanır.
- Əlamətlər : yuxuya getməkdə çətinlik (ilkin yuxusuzluq), gecə yarısına kimi oyanıqlıq (orta yuxusuzluq) , çox erkən oyanma ( terminal yuxusuzluq) və /və ya bərpa olunmayan yuxu
- Qəfil yuxu, təkrarlanan oyanma (səbəb ?) , yenidən yuxuya getmək qabiliyyəti, gümrahlıq hissi ilə oyanma ?
- Yataqda çox vaxt keçirmək və s. yuxu müddəti
- Yuxusuzluğun başlanması , müddəti və irəliləməsi , simptomlarda hər hansı dəyişiklik və onların səbəbləri ;
- Xəstənin yuxusuzluğunun səbəblərini xəstənin şəxsən anlaması
- Ehtiyacı olan yuxu müddətinin subyektiv dəyərləndirilməsi
- Yuxu şəraiti
- Növbəti günlərdə yaxşılaşma və təsiri
-
-
- Yorğunluq dərəcəsi (yuxuya getmə və s . xəstə yuxuludur?)
- Gün ərzində mürgüləyən
- Diqqət, konsentrasiya, yaddaş, qəza və səhvlərə meyillilik)
- Ruh halı ( depressiya və yuxusuzluq - başlamış disforiya)
- Fiziki persepsiya.
- Əgər xəsətədə yuxusuzluq əlamətləri varsa, aşağıdakıları yoxlayın:
- Həftədə ən az 3 dəfə müşahidə edilən əlamətlər
- Gün ərzində funksional qabiliyyətin azalması
- Kliniki müayinə və difrensial diaqnozların məqsədi digər yuxu xəstəliklərini (xüsusilə yuxu apnesi və yorğun ayaq sindromu), psixiatrik xəstəlik, dərmanlarla bağlı yuxusuzluq və somatic səbəblərin araşdırılması və ya inkar edilməsidir.
- Normal yuxusuzluq zamanı adətən yuxunun araşdırılmasına və ya laborator testlərə ehtiyac olmur.
- Əgər yuxu apnesi əlamətləri varsa (xüsusilə xəstə artıq çəkili və ya kiçik çənəlidirsə , apnes müddəti və ya xoruldama ) bir gecə boyu polisomnografiya nəzərdə tutulur.
- Yucu apnesi olan xəstələrdə qəfil yuxu və yuxusuzluqdan çox gün ərzində yorğunluq problemləri tipikdir.
Müalicə
- Düzgün qurulmuş həkim - xəstə münasibətləri müalicənin mərkəzində durur, xəstələr artıq həkim məsləhətlərindən və davamlı həkim ziyarətindən faydasını görürlər.
- Özünə yardım və ətraf mühit amilləri (yuxu gigiyenası)
- Yuxu şəraiti, yuxu vərdişləri və müntəzəm yuxu cədvəli.
- Oyaq qalma müddətində fəaliyyət və bu dövrdə düzgün zaman tənzimlənməsi
- Stimullaşdırıcılar
- Dərmansız müalicə
- Xəstənin yuxu saatlarının planlaşdırılması:
- həyat tərzinin kontrolu
- bədən tərbiyəsi "?>
- istirahət
- yuxu stimulus kontrol
- yataqda keçirilən vaxtın məhdudlaşdırılması .
- Bilişsel davranışlara müdaxilələr davranışlarda dəyişiklikləri azaldan müalicə və xəstələrin yaxşılaşmasında izlənilən irəliləyişlər kimi xəstənin yaddaşının gücü, onun yuxusuzluqda rolunu araşdırır.
- Simulus kontrol terapiyası ən çox araşdırılmış və effektiv üsuldur. Effektiv və sakitləşdırıcı kurslar hesabına yaxşı nəticələr əldə edilməsi sübut edilmişdir.
- Farmakoterapiya
- Maksimum doza həddi aşılmamalıdır və preparat yuxu zamanı tək dozada qəbul edilməlidir .
- Yarılama müddəti nəzərə alınmalıdır və xəsətəyə növbəti günə qədər meydana çıxa biləcək mümkün yan təsirlər barədə xəbərdarlıq edilməlidir ( qəzalar meyillilik , fatik və koqnitiv pozuntular , nəqliyyat idarəetmə qabiliyyəti)
- 3 aydan çox hipnotik istifadəsi zamanı məlumat çatışmazlığı var və uzunmüddətli istifadə zamanı effektivliyini və ya təhlükəsizliyini ) müəyyən etmək mümükün deyil .
- 60 yaşdan yuxarı şəxslərdə hipnotiklərin uzunmüddətli istifadəsinin mənfi təsirlərinə daha çox rast gəlinir .
- Benzodiazepin törəmələri (zolpidem və zopiklon) yuxu düzənini benzodiazepinin özü qədər dəyişmir.
- Alternativ olaraq , sakitləşdirici antidepressantın kiçik dozası (doksepin,trimipramin, mirtazapin, trazodon) istifadə edilə bilər .
- Antipsikotiklər əsasən psixotik pozğunluqlarla əlaqəli yuxusuzluğu müalicə etmək üçün istifadə olunur.
- Melatonin "?> xroniki yuxusuzluqda təsirli olur. Hər axşam eyni saatda qəbul edilməlidir.
Müalicə yanaşması
- Müvəqqəti (< 1 ay) və qısamüddətli (1–3 ay ) yuxusuzluq
- Yuxusuzluğun səbəbini tapmaq və aradan qaldırmaq (məsələn,həyatı çətin anlarında və lazım olduqda qısamüddətli xəstəlik məzuniyyəti)
- Simptomlar asanlıqla keşmədiyi hallarda , qeyri - fakmakoloji terapiya prinsiplərinə əsasən müalicə başlanıla bilər.
- Yaxşı yuxu gigiyenası kifayət etmirsə, yuxu gətirici dərmanlarla qısa bir kurs qəbul edilə bilər .
- Xroniki birincili yuxusuzluq (> 3 ay;tez - tez funksional yuxusuzluq və ya belə əlamətləri artıran yuxusuzluq )
- Koqnitiv müdaxilələr müalicədə əsas seçimdir və müalicə dayandırıldıqdan sonra da effektivliyini saxlayır "?>.
- Dərmansız müalicə ilkin yardım zamanı həyata keçirilə bilər ( məsələn: depressiyaya bir antidepresant, ağrı üçün analgetik və ya yorğun ayaq sindromu üçün dopamin agonist)
-
Mənbələr
Kronholm E, Partonen T, Härmä M et al. Prevalence of insomnia-related symptoms continues to increase in the Finnish working-age population. J Sleep Res 2016;25(4):454-7. Edinger JD, Carney CE. Overcoming Insomnia: A Cognitive-Behavioral Therapy Approach. Workbook. 2nd edition. Oxford University Press 2014.Morgenthaler T, Kramer M, Alessi C, et al; American Academy of Sleep Medicine. Practice parameters for the psychological and behavioral treatment of insomnia: an update. An american academy of sleep medicine report. Sleep 2006 Nov 1;29(11):1415-9.