Psixiatrik təxirəsalınmaz hallarda istifadə edilən dərmanlar
EBM Klinik protokolları
25.08.2017 • Sonuncu dəyişiklik 25.08.2017
HeikkiRytsälä
Təxirəsalınmaz vəziyyətlərdə psixotrop farmakoterapiya üçün ümumi prinsiplər
Bir prinsipial qayda kimi, əgər sonradan müvafiq təqib təşkil olunmayıbsa, təxirəsalınmaz bir vəziyyətlərdə hər hansı bir psixotrop dərman terapiyasının başlanması məqsədəuyğun deyil. Həmişə pasiyentin ümumi vəziyyəti və zəmin yaradan səbəblər aydınlaşdırılmalı, mümkün somatik faktorlar inkar edilməlidir.
Zəmin yaradan xəstəlik və ya pozğunluqdan asılı olmayaraq, psixi problemləri olan şəxs ilk növbədə kəskin inkişaf etmiş vəziyyətlərin (məsələn, həyəcan və ümidsizlik) müalicəsinə ehtiyac duyur. Əgər hospitalizasiya lazım hesab edilmirsə pasiyentin həyəcanı mümkün qədər tez nəzarət altına alınmalıdır.
Suisid (intihar) riski həmişə diqqətdə saxlanılmalı və daim araşdırılmalıdır. Təcili yardım bölmələrində pisoxtrop dərmanın həmişə ən kiçik effektiv dozalarını təyin etmək ən təhlükəsizdir.
Daha sonra müvafiq təqibin təşkil edilməsi həmişə tələb olunur.
Benzodiazepinlər kəskin həyəcanın müalicəsi üçün hələ də ən təhlükəsiz və ən effektiv dərmanlar olaraq qalır. Lakin, dərman asılılığı asanlıqla yaranır və dərmanın effekti çox zaman bir neçə həftə ərzində azalır. Buna görə də bu dərmanlar yalnız çox qısa müddət ərzində istifadə üçün uyğundur.
Serotoninin geriyə tutulmasının selektiv inqibitorları xroniki həyəcan (məsələn, ümumi həyəcan və panik pozğunluq) üçün daha çox uyğundur.
Təxirəsalınmaz vəziyyətdə antidepressant dərman terapiyasını başlamaq nadir hallarda tələb olunur. Antipsixotik dərman müalicəsinə ehtiyac isə daha nadirdir. Lakin pasiyentdə eyni problem əvvəllər də olubsa və həmin hallarda istifadə edilmiş dərman vasitəsi effektiv olubsa, bu dərman preparatı təkrar istifadə edilə bilər.
Kəskin psixozda antipsixotik dərmanlar
Aqressiv və/və ya çox ajiotajlı (təşviş keçirən) pasiyentin müalicəsi misal olaraq aşağıdakı kimi başlanıla bilər:
aripiprazole - piy toxumasına düşməsindən qaçınaraq 9,75 mq (1,3 ml) dozada tək dərin əzələdaxili inyeksiya. Effektiv doza intervalı tək inyeksiyada 5,25–15 mq arasındadır.
Ehtiyac olduqda, birinci inyeksiyada 2 saatdan tez olmayaraq növbəti inyeksiya vurula bilər. 24 saat ərzində maksimum üç inyeksiya edilə bilər.
Aripiprazole preparatının müxtəlif dərman formalarını cəmləməklə 24 saat ərzində maksimal dozası 30 mq-dır.
Simptomlar ən çoxhaloperidol, perphenazine, fluphenazine, risperidone, flupenthixol və zuclopenthixol ilə rast gəlinir.
Kəskin distoniya biperiden preparatından gündə üç dəfə 2 mq peroral və ya 2,5-5 mq ə.d. inyeksiyasının istifadəsi ilə müalicə oluna bilər. Akatiziyada antipsixotik dərmanın dozası azaldılmalıdır. Simptomlar müvəqqəti olaraq gündəlik 40-120 mq-a qədər olan dozalarda propranolol ilə azaldıla bilər.