English
Ana səhifə
>>
EBM Klinik protokolları
>>
Psixiatriya
Depressiyanın tanınması və diaqnozu
EBM Klinik protokolları
25.08.2017
• Sonuncu dəyişiklik 25.08.2017
ErkkiIsometsä
Ümumi müddəalar
Qeyri - adi hissiyyatlar və ayrı - ayrı simptomların arxasında gizlənən depressiyanı aşkarlayın
Depressiyanın ciddiliyini müəyyənləşdirin ; bu addım müvafiq müalicə formasının seçilməsində həlledici rol oynayır .
Psixotik simptomlara diqqət yetirin və intihar etmək riskinin olduğu hallarda məcburi yardım həyata keçirmək lazımdır.
Anadangəlmə affektiv xəstəliklərin və bipolyar xəstəlik ehtimalını istisna edin .
Paralel sindromlar müalicə və diqqət tələb edə bilər :
Narahatlıq
maddə asılıllığı
şəxsiyyət pozğunluğu
somatik xəstəlik
İzahı
Depressiya ola bilər
tez - tez itkilər və xəyal qıırıqlığı ilə əlaqədar normal müvəqqəti emosional reaksiya
depresif hal ; bu depresif sindromun əsas sindromlarından biri olan uzunmüddətli ( müddət - həftələr, aylar) emosional vəziyyət deməkdir .
s
indrom kimi təqdim edilən həqiqi klinik depresif hallar .
ICD-10 diaqnostik təsnifatına görə depressiya bölünür
Əsas depressiya (F32)
uzunmüddətli müalicənin nəzərə alınması lazım olan, təkrarlanan depressiya (F33) .
Depressiya əlamətləri uşaqlarda, yaşlılarda, kişilərdə və qadınlarda qismən fərqlidir.
Depressiyanın müxtəlifliyi və dəyişkənliyi və eyni vaxtda baş qaldıran zehni sindromlar xəstə üçün çətindir, xəstəliyin kliniki cəhətdən tanınmasını və müalicəsini çətinləşdirir.
Depressiyanın risk faktorları
Əvvəlki depressiya halları
Ailədə depresif pozğunluqlar
Həyatında mənfi dəyişkənlik
Şəxsiyyətin predispozisiya edən amilləri
Qadın cinsi
Postpartum dövrü
Uzunmüddətli somatik xəstəliklər
Aşağı sosial- iqtisadi vəziyyət
Boşanma, dul qalma və ya tək yaşamaq
Uzunmüddətli işsizlik
Alkoqol və ya narkotik istifadəsi , sərxoş olmaq məqsədi ilə içmək
Depressiyanın tanınması
Depressiya diaqnozu kliniki baxışa əsaslanır. Tanınma yoxlamaların təhlükəsiz və sərbəst atmosferdə aparılması ilə asanlaşdırıla bilər ki, bu da əhval - ruhiyyə ilə bağlı suallarınızı verməyə imkan yaradır.
Konsultasiya zamanı pasiyent əsasən somatik şikayətlər və ya yuxu çətinliyi, yorğunluq kimi depressiya ilə əlaqəli simptomlar irəli sürür
."?>
Müsahibə zamanı depressiyanın simptomlarını müəyyən etmək məqsədi ilə daha çox qapalı suallardan istifadə edilir.
Söhbət aşağıdakılara əsasən qurulur
simptomlar və depressiyanın ciddiliyi
mümkün psixotik simptomlar
digər əsas psixi simptomlar
həyatındakı mənfi dəyişikliklər (ailə və iş)
iş qabiliyyətində pozuntular
tözünü məhv etmək düşüncələri, intihar cəhdləri və planları
Qiymətləndirmə şkalası
Depressiyanın tanınmasına və qiymətləndirilməsinə kömək etmək üçün müxtəlif təsdiqlənmiş simptom şkalalarından istifadə edilə bilər (
DEPS
, BDI = Beck Depressiya İnventarlaşdırılması Inventory, HDRS = Hamilton depressiya reytinq şkalası və ya MADRS = Montgomery-Åsberg depressiya reytinq şkalası PHQ - 9 )
Depressiya olan xəstənin funksional qabiliyyəti SOFAS şkalası ilə qiymətləndirilə bilər.
Xəstədə intihar riskini qiymətləndirmək üçün Kolumbia İntiharın Ciddiliyinin Ölçülməsi Şkalası (C-SSRS)
istifadə edilə bilər
Simptomlar və diaqnoz
ICD-10 meyarlarına görə depressiyanın əsas simptomları daxildir
depresif vəziyyət
zövq və maraq hisslərini itirmək
özünə inam və hörmətin itirilməsi
əsassız özünü tənqid və ya günahkarlıq hissi
ölüm və ya intihar,intihar haqqında təkrar düçüncələr
təşəbbüsün olmaması, qətiyyətsizlik və ya konsentrasiya pozğunluqları
psixomotor ləngimə və həyəcan
yuxu pozğunluğu
iştaha və çəkidə dəyişiklik
Depressiya diaqnozu (F32–F33) ən azı 2 həftə ərzində yuxarıda göstərilən 4 simptomun eyni vaxtda olmasını tələb edir . Bundan əlavə ilk 3 simptomdan ən azı ikisi olmalıdır.
ICD-10 meyarlarına görə depressiyanın ciddiliyi simptomların sayına görə müəyyən edilir :
yüngül : 4-5 simptom
orta : 6 - 7 simptom
kəskin: 8 10 simptom.
Digər paralel gedən psixi pozğunluqlar (narahatlıq və ya şəxsiyyət pozğunluğu , maddə asılılığı ) və ya bu pozğunluqlar əleyhinə dərman qəbulu, hətta ağır depressiya əlamətlərini gizlədə bilər.
Depressiyadan əziyyət çəkən xəstələr tez -tez depressiyaya aid olan somatik hissləri təsvir edirlər , lakin depresif əlamətləri təsvir edə bilmirlər və ya onları gizlədirlər.
Simptomların ciddiliyi, xəstənin funksional imkanları və diqqət səviyyəsi
Depressiya diaqnozu
(F32–F33) xəstənin ağır depressiya sindromundan əziyyət çəkdiyini göstərir .
Depressiya simptomların ciddiliyinə, sayına və keyfiyyətinə görə kateqoriyalara bölünə bilər .
Depressiyanın ciddiliyi ilə xəstənin funksinal qabiliyyəti arasında aydın, lakin birmənalı olmayan əlaqə mövcuddur.
Yüngül depressiya
İlkin tibbi yardım zamanı müşahidələr
Xəstə ümumiyyətlə iş qabiliyyətlidir
Orta depressiya
Xəstə həmişə iş qabiliyyətli olmur və gündəlik işlərin öhdəsindən gələ bilmir və xəstənin məzuniyyətə göndərilməsi göstərişdir
.
Kəskin depressiya
Bəzi xəstələr yəni ağır komorbidlik müşahidə olunan , özünü məhv edən davranışlar və ya uzun müddət fəaliyyət qabiliyyəti olmayan xəstələr ixtisaslaşmış psixiatrik müalicəyə göndərilir.
Psixotik depressiya :
Kəskin depressiya əlamətlərindən başqa xəstədə psixotik əlamətlər olur (xülya, halüsinasiyalar) Psixiatrik xəstəxana şəraitində müalicə və ya intensiv ambulator müalicə
.
Diferensial diaqnoz
Xəstənin əhval - ruhiyyəsində bipolyar affektiv pozğunluqlar olubmu? Hal Pozğunluqları Anketi
(MDQ) faydalı ola bilər
.
Xəstə şizoaffektiv göstərəcək şizofreniya ilə əlaqəli xəyal qiriqlığı və ya halüsinasiyalar keçiribmi?
Affektiv pozğunluq . somatik xəstəlik, dərman və ya digər kimyəvi maddə (alkoqol və ya narkotik) səbəb ola bilər
.
Mənbələr
Koxreyn icmalı
Ədəbiyyat
Yuxarıya