Həyəcan pozğunluğu
EBM Klinik protokolları
23.07.2018 • Sonuncu dəyişiklik 28.09.2018
HannuKoponen
UllaLepola
Əsas məqamlar
- Həyəcan normal emosional vəziyyət olub təhlükəli situasiyalara qarşı qorunmanı təmin edir.
- Həyəcan pozuntusu həyəcanın gərgin, uzun müddət davam edən, psixoloji və sosial əngəllər yaratması halına deyilir.
- Xronik və ya şiddətli həyəcan zamanı vəziyyətin təbiəti və fonu dəyərləndirilməlidir. Pasiyentin problemlərinin tələsmədən tədqiqi, səbəb-nəticə əlaqələrinin koqnitiv rekonstruksiyası və pasiyentin emosiyalarının analizi həyəcanın müalicə strategiyası elementləridir.
- Həyəcan əngəllər yaratdığı halda müvəqqəti dərman istifadəsi də təyin edilə bilər. Həmçinin, şiddətli xronik həyəcan zamanı uzun müddətli farmakoterapiyaya ehtiyac ola bilər.
- Dissosiasiya çox zaman psixi travmalarla əlaqəli olur. Bu psixoloji və somatik simptomlar şəklində təzahür edə bilər. Dissosiasiya şüur, yaddaş, şəxsiyyət, və qavrayışın inteqrasiyasının pozğunluğu ilə əlaqəlidir.
Yayğınlıq
- Həyəcan ən çox görülən mental pozuntulardan biridir.
- Populyasiyanın 25%-i həyatının bəzi mərhələlərində həyəcandan əziyyət çəkir, qadınlar buna kişilərdən daha çox məruz qalır.
Patogenez
- Pasiyent tez-tez gündəlik situasiylarda həyəcan hiss edir və bu həyəcan çox zaman sıradan gündəlik məsələlərlə bağlı narahatlıqla əlaqəlidir.
- Uzun müddətli həyəcan ikincili qaçınmaya yaxud davranış və ya psixoloji müdafiə mexanizminə gətirib çıxarda bilər. Həyəcan və mümkün səbəbləri, narahatlıq və şanssızlıq də daxil olmaqla diqqətdən kənar və ya şüuraltı qala bilər.
- Normal həyəcanı patoloji həyəcandan ayırd etmək hər zaman asan deyildir. Önəmli kriteriya pasiyentin normal işləmə və icraetmə bacarığını qorumasıdır.
Simptomlar
- Davamlı həyəcan situasiyası və ya spesifik situasiyalarla bağlı paroksismal həyəcan
- Qorxu, konsentrasiya çətinlikləri, hərəki narahatlıqlar, yuxuya getməkdə çətinliklər
- Periferal somatik "?>simptomar tipikdir: palpitasiya, tremor, başgicəllənmə, tərləmə, ürəkbulanma, boğulma hissi, tez-tez sidiyə çıxma, abdominal simptomlar, səs titrəməsi və qızarma.
- Davamlı rahatsızlıq, əzələ ağrıları, Boyun və beldə gərilmə, başağrısı, boğazda şişkinlik hissi, yorğunluq.
Həyəcan pozuntusu müalicəsində əsas prinsiplər
- Öncə pozuntunun təbiəti müəyyən edilməlidir.Müalicə simptomları tanımağa, düzgün diaqnoz qoymağa, pasiyentin biliyini artırmağa, vəziyyətini və duyğularını aydınlaşdırmağa, habelə mövcud vəziyyətini yüngülləşdirməyə əsaslanır.
- Hər hansı bir fon amili və dərman ehtiyacı dəyərləndirilməlidir.
- Farmokoterapiya xəttindəki fərqlər generalizə edilmiş həyəcan pozğunluğu, vəlvələ pozuntuları, obsessiv-kompulsiv pozuntu, sosial fobiya və qarışıq həyəcan-depressiya pozğunluğunun müalicəsiylə əlaqədardır. Şiddətli, xronik həyəcan zamanı farmakoterapiya yəni antidepresantlarla müalicə uyğun görülür. SSRİ-lər and SNRİ-lər (duloksetin, milnasipran, venlaflaksin) adətən seçim dərmanlarıdır.
- Uzun müddətli benzodiazepin istifadəsindən qaçınılmalıdır.
- Koqnitiv psixoterapiya çox hallarda yararlıdır.
- Selektiv serotonin geri tutulum inhibitorları (SSRI-lər)
- Venlafaksin
- Benzodiazepinlər
- Benzodiazepinlər (məsələn, alprazolam, klonazepam) xüsusi situasiyalarda, məsələn, müalicənin başlanğıc fazasında qısa müddətlik istifadə edilə bilər, lakin uzun müddətli istifadədən qaçınılmalıdır.
- Alprazolam başlanğıc doza 0.25 mq - gündə 3 dəfə. Saxlanım dozası 1.5–4 mq. 0.25mq/həftə artım dozasıyla yavaş-yavaş azaldılır. Əgər doza azaldılması uğursuz olarsa, alprazolam klonazepama dəyişdirilə bilər, hansı ki azaldılması daha asandır. "?> Klonazepam başlanğıc doza 0.5 mq həftədə 2 dəfə. Saxlanım dozası 1–4 mq "?> Venlafaksin başlanğıc doza 37.5 mq. Saxlanım dozası 75–225 mq "?>
- Farmakoterapiyanın müddəti
- Terapevtik dozalar 8-12 ay üçün
- Rekurrent həyəcan atakları rekurrent depressiya ilə eyni üsulla müalicə edilir.
Psixoterapiya
- Həm fərdi, həm də qrup terapiyası olaraq verilən qısa koqnitiv psixoterapiyanın təsirli olduğu göstərilmişdir.
- Təsir terapiyası
- Rəhbər görüntülər
- Diskussiya və relaksasiya qrupları
Sosial fobiyalar
- Xarakterik xüsusiyyət, sosial situasiyalarda şiddətli narahatlıq və onunla əlaqədar qaçınma davranışıdır.
- Ümumi populyasiyanın 3-8%-də görünür.
- Fobiya əsasən assosiasiya olunur:
- ictimaiyyətdə yemək və ya içmək
- səlahiyyətli şəxslərlə yaxud yad adamlarla münasibətdə olma
- ictimaiyyətdə danışmaq və ya performans
- çalışarkən müşahidə olunma
- sosial toplaşmalar
Diferensial diaqnoz
- həyəcan pozuntusu
- Şəxsiyyətin həyəcan pozuntusu
Farmakoterapiya
- SSRİ-lər və həmçinin venlafaksin seçim dərmanlarıdır.
- MAO inhibitorları (moklobemid) da istifadə edilə bilər.
- Spesifik situasiyalarla bağlı depressiya hallarında beta blokatarların istifadə edilə bilər.
- Lazım gələrsə, farmakoterapiyanın monitorinqi lazımi qaydada aparıldığı təqdirdə, ağır simptomları idarə etmək məqsədilə benzodiazepinlərdən istifadə edilə bilər.
Psixoterapiya
Generalizə olunmuş həyəcan pozuntusu
- Həyat boyu görülmə ehtimalı 4-7%"?>, Lakin sadəcə 20-30% pasiyent simptomlarına uyğun adekvat müalicə qəbul edir.
- Simptomlara gündəlik həyat və gələcəklə bağlı məsələlərə qarşı davamlı eksessiv həyəcan, narahatlıq, vəlvələ aiddir. Həyəcanı idarə etmək çətindir.
- Pasiyent tez-tez daxili gərginlik, yuxusuzluq, konsentrasiya problemləri və əzələ gərginliyi yaşayır.
- Həyəcan hər hansı bir vəziyyətlə məhdudlaşmır və epizodik deyildir.
- Generalizə edilmiş həyəcan pozğunluğu tez-tez digər psixiatrik xəstəliklər ilə birlikdə görülür.
Diferensial diaqnoz
- Bir çox fizioloji xəstəliklər həyəcanı stimulyasiya edə bilər, və ya əksinə. (məsələn, anemia, ürək xəstəlikləri, xronik pulmonar emboliya, astma, hipertiroidizm və digər endokrin xəstəlikləri, infeksiyalar və s.)
- Müəyyən dərman və intoksikantlar həyəcana səbəb ola bilər(simpatomimetiklər, kafein, illeqal dərmanlar, alkoqol və sedativ abstinensiyası simptomları)
- Digər həyəcan pozuntuları və depressiya
- Bu pozuntular çox zaman eyni anda baş verir.
- Normal narahatlıq əngəlliyə səbəb olan narahatlıqdan fərqləndirilməlidir.
Farmakoterapiya
- Generalizə edilmiş həyəcan pozuntusu pasiyentin funksional qabiliyyətini zədələyən xronik bir haldır və adətən dərman terapiyası uyğun görülür. Hər bir altda yatan amil müəyyən edilməlidir (stres, artıq miqdarda dərman və ya kofe istifadəsi və s.).
- SSRİ-lər və serotonin-norepinefrin geri tutulum inhibtorları (SNRİlər; duloksetin, milnisipran, venlafaksin) seçim dərmanlarıdır və həyəcanın uzun müddətli müalicəsində benzodiazepinlərdən daha yararlıdır.
- Benzodiazepinlərin ən çox görülən əks təsirləri sedasiya, psixomotor funksiyaların pisləşməsi və keçici yaddaş pozğunluqlarıdır. "?>.
- Benzodiazepin törəmələri antidepresantların başlanması zamanı qısa müddətə mümkün olan ən az dozada istifadə edilə bilər, (4–6 həftə). Mümkün olan əks təsirlərin azaldılması üçün benzodiazepinlər həmişə diqqətlə azaldılmalıdır.
- Buspiron"?> bir azapiron törəməsidir. Antidepresantlarda olduğu kimi, müalicəvi təsiri müalicəyə başlandıqdan 1-3 həftə sonra görülür. Simptomların dərhal aradan qaldırılmasına ehtiyac olmadığı, xroniki həyəcan halında uyğun görülür. Dərman dayandırıldıqdan sonra abstinensiya əlamətləri, psixomotor və ya koqnitiv funksiyalara təsir müşahidə edilməmişdir.
- Preqabalin də həmçinin generalizə edilmiş həyəcan pozuntularında istifadə edilə bilər.
Sadə fobiyalar (xüsusi fobiyalar)
- Ən çox yayılmış tətikləyicilər yüksək yerlər, qaranlıqlıqlar, qapalı yerlər, ilanlar və böcəklərdir.
- Farmakoterapiyanın rolu digər narahatlıq pozuntularında olduğu qədər əhəmiyyətli deyil.
- Pasiyent motivasiyalıdırsa, təsir terapiyasından istifadə edilə bilər.
Post-travmatik stres pozuntusu
Obsessiv-kompulsiv pozğunluq
Həyəcan pozuntusu müalicəsinin əsas prinsipləri. Əvvəlcə pozğunluğun təbiəti müəyyən edilməlidir. Müalicə simptomların müəyyənləşdirilməsinə, düzgün diaqnoza, xəstənin problemləri və duyğularının araşdırılmasına və mövcud vəziyyəti yaxşılaşdırılmasına və həmçinin xəstənin adekvat məlumatlarına əsaslanır. Hər hansı fon amili və uyğun görülən dərman ehtiyacı müəyyənləşdirilməlidir. Generalizə edilmiş həyəcan pozuntusu, həyəcan pozuntusu, obsessiv-kompulsiv pozuntu, sosial fobiya və qarışıq həyəcan-depressiv pozuntusunda fərqli farmakoterapiyadan istifadə olunur. Məsələn, antidepresantlarla farmakoterapiya şiddətli xronik həyəcan pozuntularında istifadə olunur. SSRİ və SNRİ-lər adətən seçim dərmanlarıdır. Uzun müddətli benzodiazepin istifadəsindən qaçınılmalıdır. Koqnitiv psixoterapiya bir çox hallarda faydalıdır."?>
Baldwin DS, Anderson IM, Nutt DJ et al. Evidence-based guidelines for the pharmacological treatment of anxiety disorders: recommendations from the British Association for Psychopharmacology. J Psychopharmacol 2005;19(6):567-96. "?>