Osessiv-kompulsiv pozuntu (OKP)
EBM Klinik protokolları
25.08.2017 • Sonuncu dəyişiklik 25.08.2017
UllaLepola
EsaLeinonen
HannuKoponen
Əsas müddəalar
- Başlanma yaşı təxminən 20-dir; buna baxmayaraq xəstələrin 1/3-də ilk dəfə olaraq yeniyetmə yaşlarında OKP büruzə verir. xəstəlik adətən xroniki xarakter daşıyır.
- Depressiya və təşvişdən əziyyət çəkən xəstələri müayinə edərkən, obsesif düşüncələr və kompulsiv davranışlar barədə suallar verin.
- Effektiv müalicə formalarına koqnitiv davranış terapiyası ilə yanaşı kifayət qədər yüksək dozada serotoninin intraneyronal udulmasının seçici inhibitoru (SIUSI) və klomipramin, həmçinin uyğun şəkildə pasiyentin cavab reaksiyasının uzun müddətli müşahidəsi (izlənməsi) daxildir.
Epidemiologiya
- Çarpaz tədqiqatlara əsasən OKP-nin ümumi əhali arasında yayılma tezliyi 1.6%-dir. OKP-nin bütün həyatı boyu rastgəlmə nisbəti təxminən 2.5%-dir.
- OKP yayılmasında cinsi fərq müşahidə olunmur.
Etiologiya
- Genetik tədqiqatlar, ən son neyrogörüntüləmə metodları ilə yanaşı psixocərrahiyyənin əldə etdiyi nəticələr OKP-nin bioloji əsasının olmasını düşündürür.
- Serotoninergik sistem tədqiqatların əsas fokusu olmağa başlayıb, çünki OKP-də yaxşı müalicəyə cavab selektiv-serotonin dərmanları ilə əldə edilib.
- Heç bir spesifik OKP geni təyin edilmətib, amma bəzi tədqiqatlar göstərir ki, genetik meyllilik pozuntu ilə bəzən assosiasiya oluna bilir. Uşaqlıqda ortaya çıxan OKP anadangəlmə kimi özünü göstərir (bəzən tik pozuntuları ilə assosiasiya şəklində).
Klinik təzahürlər
- OKP hal-hazırda XBT-10-da təşviş pzuntularının daxilində təsnif edilmişdir. DSM-5-də o özünə bənzər pozuntularla birlikdə ayrıca obsessiv-kompulsiv spektr pozuntuları qrupunu formalaşdırır.
- Xəstədə obsessiv fikirlər (obsessiyalar) və/və ya kompulsiv davranış (kompulsiyalar) olur. Obsessiya və kompulsiyalar təkrarlanır və onlar xəstəni narahat edir.
- OKP olan xəstələr öz obsessiyalarının onların beyinlərinin məhsulu olduğunu qəbul edirlər.
- Tez-tez rast gəlinən obsessiyalara daxildir:
- yoluxma qorxusu, çirklənməkdən yayınmaq, mikroblardan qorxmaq
- özünə və ya digər insanlara zərər verdiyini düşünmək
- idarəetməni (kontrolu) itirmək qorxusu
- sarışan cinsi fikirlər
- həddindən çox dini və mənəvi şübhələr
- qadağan edilmiş fikirlər
- əşyaları xüsusi tipdə saxlamağa ehtiyac
- danışmaq, sual vermək, öyrətmək və ya etiraf etməyə kompulsiv ehtiyac.
- Tez-tez rast gəlinən kompulsiyalara daxildir:
- bezdirici yumaq, yuyunmaq, eyni şeyləri təkrar etmək, yoxlamaq, saymaq
- müəyyən bir sistemlə mülklərin orqnizasiyası, əşyaların toplaması və ya saxlanması.
- Kompulsiyalar adətən dəqiq rituallara əsasən yerinə yetirilir və təkrarlanır. Kompulsiyaların məqsədi bezdirici təkrarlanan hərəkət vasitəsilə ziyanın azalmasına nail olmaqdır, bu zaman pasiyent bir müddətə rahatlanmaya nail olunur. Xəstələr adətən onların davranışlarının səbəbsiz olduqlarını başa düşürlər.
- OKP simptomları stresə səbəb olur, zaman alır (gündə 1 saatdan çox) və ya xəstəlik gündəlik həyatına ciddi şəkildə mane olur.
- OKP adətən uzunmüddətli olur, hətta həyati boyu davam edə bilər. Simptomlar zaman keçdikcə yaxşılaşır, lakin bəzi xəstələrdə proqressiv şəkildə pisləşə də bilər. Simptomlar tamamailə zəifdən ağır psixi pozuntularadək dəyişir.
- OKP az diaqnoz qoyulan, az aşkarlanan və az müalicə olunan xəstəlikdir, çünki xəstələr öz simptomlarını gizlədirlər və ya onları xəstəlik əlaməti kimi qəbul etmirlər.
Differensial diaqnostika
- Bir çox psixi xəstəliklərdə obsessiv fikirlər olur, amma kompulsiv davranış olmur. Kompulsiv davranışın olması müvafiiq olaraq OKP diaqnozunu təstiqləyir.
- Tik xəstəlikləri (Tourette sindromu və digər tik xəstəlikləri) OKP-ni xatırlada bilərlər. Tiklər və OKP tez-tez birlikdə olur, xüsusilə xəstəliyin uşaq yaşlaırnda başlandığı hallarda.
- qeneraliz' olunmu. təşviş pozuntularında xəstə öz təşvişinin səbəbini obyektiv səbəblər olmadıqda real olaraq görür, amma OKP simptomlarının arxasında real səbəblər yoxdur.
- OKP xəstələrində bəzən təşviş hücumları olur, amma bunlar obsessiv qorxulara ikincili olaraq yaranır.
- OKP və depressiya tez-tez böyüklərdə birlikdə rast gəlinir, uşaq və yeniyetmələrdə isə daha az olur.
- Qidalanma davranışı pozuntuları və şizofreniyaya OKP ilə birlikdə normadan daha çox rast gəlinir. Psixotik xəstələrdən fərqli olaraq OKP olan insanlar nəyin real olduğunu və nəyin olmadığına dair aşkar fikirləri vardır.
- Uşaq və yeniyetmələrdə OKP dağıdıcı davranışa səbəb ola və ya onu pisləşdirə bilməsilə yanaşı diqqət və konsentrasiya problemlərinə səbəb ola bilər.
- Stressin OKP-ni kəskinləşdirə bilməsinə baxmayaraq simptomlar stressin olmasında asılı olmayaraq baş verir.
- OKP xəstələri adətən obsessiya və ya kompulsiya səbəbindən deyil depressiya və ya təşviş səbəbindən müalicə axtarırlar. 80% hallarda təkrarlanan əl yuma, əşyaları yoxlamağa ehtiyac və ya obsessiv fikirlərə dair qısa suallar OKP-nin tanınmasına gətirib çıxarır.
- Yalnız OKP xəstələrinin az bir hissəsi obsessiv-kompulsiv tip şəxsiyyət pozuntusundan (XBT-10-da anankast tipli şəxsiyyət pozuntusu) əziyyət çəkirlər. Bu şəxsiyyət pozuntusu özündə qaydalar, cədvəllərə həddindən artıq önəm vermək, perfeksionizm, rigidlik və sərtliyi özündə birləşdirir.
Yanaşı rast gəlinnən xəstəliklər
- OKP ilə eyni zamanda rast gəlinə bilən psixi xəstəliklərə daxildir:
- Təşviş pozuntuları (panik pozuntu və ya sosialfobiya)
- Depressiya / distimiya
- Davranış və diqqət pozuntuları (məsələn, diqqət əksikliyi hiperaktivlik pozuntusu DƏHP)
- Öyrənmə pozuntuları
- Tik pozuntuları
- Trixotilomaniya (saç qopartma)
- Bədən disformofobiya pozuntusu.
Müalicə
- OKP-nin idarə edilməsi və onun ağırlaşmalarının qarşısını alınmasını öyrənmək üçün xəstə və ailəsinə yardım edilməsində təhsil vacibdir.
- OKP-də koqnitiv davranış terapiyası effektivdir.
- SİUSİ ən effektiv müalicə formasıdır. Cavab mümkün depressiya ilə əlaqəli deyil.
- SİUSİ depressiyaya nisbətən daha yüksək dozalarda istifadə olunur və doza tədricən artırılır. Ən tez-tez istifadə olunan SİUSİ-lər:
- escitalopram (10–20 mq/gün)
- fluvoxamine (250 mq/gün)
- fluoxetine (5–60 mq/gün)
- paroxetine (10–40 mq/gün)
- citalopram (20–60 mq/gün)
- sertraline (50–150 mq/gün)
- Kontrollu tədqiqatlarda Klomipramin 50-85% hallarda effektivdir. Başlanğıc doza 25 mq-dır. Doza 150-200 mq/gün-ə qədər qaldırıla bilər, hansı ki, depressiyada istifadə olunana nisbətən yüksəkdir. Klomipramin 25-75 mq/gün dozada dərman müalicəsinə cavabı gücləndirmək üçün SİUSİ ilə kombinasiya şəklində yardımçı dərman müalicəsi kimi faydalıdır. Əgər müalicəyə cavab qeyri-adekvat olaraq qalırsa terapevtik effekti gücləndirmək üçün mümkün olan əlavə dərmanlara ikinci nəsil antipsixotiklər (məsələn, risperidon və ya aripiprazol) və ya klomipramin və aripiprazolun kombinasiyası daxildir.
- Effekt yavaş-yavaş (2-3 ay ərzində) ortaya çıxa bilər və effektlik 1 ilə qədər yüksəlməkdə davam edə bilər.
- Dərman müalicəsi ən azı 1.5 il, bəzən isə bütün həyatı boyu davam etməlidir.
- Residiv dərmanın dayandırılmasından sonra tez-tez rast gəlinir, xüsusilə koqnitiv davranış terapiyasından (KDT) fayda əldə etməmiş şəxslərdə. Əgər KDT-nın tətbiqi mümkün deyilsə xəstələrə dərman müalicəsini davam etdirmələri məsləhət görülür.
- Digər trisiklik antidepressantlar effektiv deyil. Antipsixotiklər SİUSİ-yə yardımçı müalicə kimi və tik simptomlarını yüngülləşdirmək üçün istifadə oluna bilər.
- Dərman müalicəsi və koqnitiv davranış terapiyasının kombinasiyası adətən faydalıdır. Ən şiddətli vəziyyətlərdə transkranial maqnit stimulyasiyanın digər müalicələrlə kombinasiyası cavabı yaxşılaşdıra bilər.
Əlaqəli mənbələr
Atli A, Boysan M, Çetinkaya N et al. Latent class analysis of obsessive-compulsive symptoms in a clinical sample. Compr Psychiatry 2014;55(3):604-12. Pallanti S, Marras A, Salerno L et al. Better than treated as usual: Transcranial magnetic stimulation augmentation in selective serotonin reuptake inhibitor-refractory obsessive-compulsive disorder, mini-review and pilot open-label trial. J Psychopharmacol 2016;30(6):568-78.