İlkin səhiyyə sistemi səviyyəsində əqli geriliyi (ƏG) olan şəxslərin psixoloji problemlərinin müalicəsi
EBM Klinik protokolları
14.05.2016 • Sonuncu dəyişiklik 14.05.2013
TerhiKoskentausta
Əsas məqamlar
Əsas məqsədlər aşağıdakılardır:
mümkün psixi pozuntuları və ya çətin vəziyyətlərin səbəbini təyin etmək üçün daha spesidik müayinə tələb edən vəziyyətləri tanımaq
mümkün somatik səbəbləri təyin etmək və onları müalicə etmək
lazım olduqda ilkin psixiatrik yardımla təmin etmək
müvafiq şöbədə xəstənin sonrakı qiymətləndirməsini və müalicəsini təmin etmək.
ƏG olan xəstənin psixoloji inkişafında xüsusi çətinliklər
Əqli gerilik (ƏG) öyrənmə bacarıqlarına, təfəkkürə və şəxsiyyətə təsir edir.
ƏG olan uşaq potensial olaraq məyus və depressiya valideynlər olan ailədə böyüyür - ailələr fərdi olaraq yaxşılaşırlar.
Emosional bağlılığın bəzən xüsusi təzahürləri olur: uşaq alçaldıla bilər, utana, gizlənə və ya zorakılığın qurbanı ola bilər və yaxdu digər tərəfdə uşaq həddindən artıq qoruna və ya onun qabiliyyətləri qiymətləndirilməyə bilər.
Xəstəxanada müayinələr səbəbindən uşaq dəfələrlə valideynlərindən ayrıla bilər.
Etioloji qiymətləndirmə, əlavə əlillik (hərəki əlillik, hissi əlillik, əlaqə yaratmaqda çətinlik, epilepsiya) və digər xəstəliklər şəxsi müxtəlif yaşlarda davamlı müayinə və fizikal kontaktın hədəfi edir.
Uşağın qabiliyyətlərində gözləntiləri və tələbləri tənzimləmək çətin ola bilər.
Uşaqğın gündəlik yardıma ehtiyacının olması faktı əldəetdiyi sərbəstlik sonsepsiyasına təsir edir.
Dostluq əlaqələri və cinsi münasibətlər adətən qarışıq olur. Digər insanlar heç də həmişə tanışlıq və seksuallığı qəbul etmirlər. Hətta uşaqları sevsə belə uşağının olması müzakirə mövzusu deyil.
Psixi və davranış pozuntuları
ƏG olan şəxslərin 30-50%-də psixi və davranış pozuntuları müşahidə edilir. Bu əlilliyi olmayan şəxslərlə müqayisədə ən azı 2-3 dəfə çoxdur. ƏG ilə əlaqəli yanaşı xətəliklər, məhdud ünsiyyət və qeyri-normal görünüşə görə onları fərqləndirmək çətin ola bilər.
Autizm spekt pozuntuları
Autizm spekt pozuntuları ekən uşaq yaşlarında başlayan qarşılıqlı sosial münasibətlər və ünsiyyət yollarının keyfiyyətcə qeyri-nomallığı və məhdud, stereotipli, təkrarlanan maraq və fəaliyyətin olması ilə xarakterizə olunur.
Autizm spekt pzuntuları digər uşaqlara nisbətən ƏG olan uşaqlarda daha tez-tez rast gəlinir.
Autizm spekt pozuntularına əlavə olaraq hissi defektlər və kəskin ƏG müxtəlif davranış və "qəribə" vərdişlərlə assosiasiya oluna bilər: məsələn, kor insan qoxubilmə hissini ətraf mühitdə istiqaməti tapmaq üçün istifadə edə bilər və ya zəif görən insan parlaq işığa baxa və əllərini gözünün qarşısında yelləyə bilər.
Diqqət əksikliyi hiperaktivlik sindromu (DƏHS)
Diqqət əksikliyi hiperaktivlik sindromunun əsas simptomları uşaqğın inkişaf səviyyəsi ilə uyğun olmayan hiperaktivlik, diqqətin cəmlənə bilməməsi və impulsivlikdir.
Narahatlıq və diqqətin tez yayınması psixi və ya autizm spekt pozuntusu, somatik xəstəlik və ya dərman müalicəsinin yan təsirlərinin əlamətləri ola bilər.
Əhval (Affektiv) pozuntuları
Xəstə heç də həmişə öz əhvalını və ya depressiyanın digər simptomlarını izah edə bilmir.
Ümumi görünüş və funksional qabiliyyətdə dəyişikliklə yanaşı, qıcıqlılıq, aqressivlik, özünə zərərvermə, konsentrasiya çətinlikləri və yuxu pozuntuları depressiyanı düşündürə bilər.
Enejinin çatışmazlığı və narahatlıq kimi təzahür edən dövrü dəyişikliklər bipolyar aaffektiv pozuntunu düşündürə bilər.
Aqressivlik, özünə zərərvermə davranışı və davranış pozuntuları
Aqressivlik və ya özünə zərərvermə psixi pozuntulardan başqa ağrı, somatik xəstəlik və ya ünsiyyət və yaxud əlaqələrdə problemlər səbəbindən də həmçinin ola bilər.
Davranış pozuntuları qəzəb partlayışı, aqressivlik və destruktiv davranışla assosiasiya olunan təkrarlanan qeyri-sosial davranışla xarakterizzə olunur.
Çeynəmə
Simptom müalicə tələb edən reflüks ezofaqitlə assosiasiya oluna bilər.
Narahat edici seksuallıq
Digər insanların qarşısında masturbasiya edilməsi düzgün intimliyin öyrədilməsi və aşkar sərhəd / məhdudiyyətlərin qoyulması ilə aradan qaldırıla bilər.
Yaradıcı fəaliyyət, iş və xobbilərin təşkil edilməsi adətən faydalıdır.
ƏG-yə səbəb olan sindromlarla assosiasiya olunan xüsusi problemlər
Kövrək X sindromu, Prader-Villi sindromu, fetal alkoqol sindromu (FAS) və ya aspartilqlukozaminuriya kimi xüsusi sindromlar tipik pisix pozuntular və davranış xüsusiyyətlərilə assosiasiya olunur. Məsələn, kövrək X sindromu tez-tez sosial təşviş və qorxaqlıqla və mümkün autizm və DƏHS xüsusiyyətləri ilə özünü göstərir.
Çətin davranışın somatik səbəbləri
Narahatlıq somatik xəstəlik və ya ağrının nəticəsi ola bilər (məsələn, otit, diş və ya sinusların xəstəlikləri, qastroezofaqela reflüks və ya mədə xorası, bud-çanaq oynağının çıxıq və ya yarımçıxıqları, sınıqlar).
Psixiatrik dərman müalicəsi, epilepsiya əleyhinə dərmanlar və somatik xəstəliklər üçün olan dərmanlar psixoloji simptomlara səbəb ola bilərlər. Epilepsiyaəleyhinə dərmanların bir-biri və digər dərmanlarla bir neçə qarşılıqlı təsiri vardır. Eritromisin karbamazepinin konsentrasiyasını yüksəldə və karbamazepin isə öz növbəsində məsələn risperidon və kvetiapinin konsentrasiyasını azalda bilər.
Yanaşı bir neçə antixolinergik dərmanlar antixolinergik sindrom adlandırılan sindroma səbəb ola bilər.
Qalxanabənzər vəzilərin funksiyasının pozulması adətən Daun sindromu ilə assosiasiya olunur; ipotiroidizm simptomları depressiaynı xatırlada bilər, buna baxmayaraq həddindən artıq ifraz edilmə ajitasiyaya gətirib çıxara bilər.
Kəllədaxili proses qəribə davranış və funksional qabiliyyətin azalmasına səbəb ola bilər.
Travmalı təcrübələr və həyat dəyişiklikləri
ƏG olan şəxslər uğursuzluq, fiziki və psixoloji zorakılıq və cinsi zorakılıq yaşaya bilərlər. Anormallıq ilə əlaqədar bullinq və ayrıseçkiliyə tez-tez rast gəlinir.
Həyat dəyişiklikləri və krizislərin uzunmüddətli təsir edən effekti ola bilər və simptomlar uzun müddətdən sonra ortaya çıxa bilərlər.
ailədə dəyişiklik, yeni ailə üzvünün dünyaya gəlməsi, xəstəlik, ölüm olduöu zaman
qrup evləri, sosial evlər və oxşar yerlərə köçdükdə
krizis zamanı öz əliliyinin və ya qeyri-normallığının dərk edilməsi daha da gücləndiyi zaman
reabilitasiyanın aktiv mərhələsindən sonra daha az dəstəklənən həyat şəraitinə qayıdan zaman.
Ünsiyyət problemləri
Nitqi dəstəkləyən və ya əvəz edən ünsiyyət metodları (məsələn, şəkillər və işarə dili) nitq ünsiyyəti çatışmazlığını tamamlaya və ya əvəz edə bilər.
ƏG olan şəxs cəmiyyətin bir hissəsi kimi
Adətən ƏG olan şəxsin sosial qrupda diqqətlə qorunan yeri və ya mövqeyi olur; bu mövqenin pozulması simptomlara aparıbçıxara bilər.
Qrup hakimiyyət (güc) mücadiləsi üçün qaydalar toplusu yaradır; bu hakimiyyət mücadiləsini (güc) mücadiləsini təyin etmək və müzakirə etmək yalnız əlaqələrdən azad edə bilər.
Anlaşılmaz gözlənti və məhdudiyyətlər və ya anlaşılmaz siyasət (heyaətin bir üzvü sərt olduğu halda digəri yola verə bilər) birləşdirilməyə rhtiyac duya bilər.
Xoşagələn məqsədəə çatmaq, xoşagəlməz tapşırıqlardan yayınma və ya diqqəti özündə cəmləşdirmək üçün simptomlar ən yaxşı yol ola bilər.
Narahatlıq və digər simptomlar həqiqi öyrənmə çətinliklərindən yan keçmək üçün yol ola bilər.
Psixi və davranış pozuntularının qiymətləndirilməsi və müalicəsi
Adətən çoxsaylı mütəxəssis tərəfindən ətraflı qiymətləndirilmə lazım ola bilər.
Mümkün psixiatrik pozuntuların tanınmasından başqa qiymtləndirmənin məqsədi çətin davranışın arxasında dayanan qeyri-psixiatrik səbəblərin müşahidəsidir (somatik xəstəliklər, sensor defekt və anomaliyalar, ünsiyyətə mane olanlar,psixoloji və sosial faktorlar).
Diaqnozun təyin edilməsi və müalicə izləməsi zamanı məlumat bir neçə mənbədən toplanır (xəstənin özü, valideynlər, digər yaxın şəxs, məllim, peşə fəaliyyəti təlimçisi).
Diaqnostika və müalicə izləməsinə yardınm etmək üçün strukturlaşmış qiymətləndirmə şkalalarından istifadə oluna bilər.
Uğurlu müalicə adətən xəstə və əlaqəli digər insan şəbəkəsinin hər ikisinin öhdəliyini tələb edir.
Məntiqli dərman müalicəsinin prinsipləri
Psixiatrik dərman müalicəsi aşkar təyin deilmiş psixiatrik göstəriş tələb edir.
Müalicə əsasən ƏG olmayan şəxslərdəki oxşar prinsiplərlərə riayət edir.
Uşaq və yeniyetmələr üçün dərman müalicəsi ən azı diaqnostikanı və dərmanların başlanmasını düşünən mütəxəssisin məsuliyyətidir.
Psixiatrik mənşəli olmayan çətin davranışların menecmentində psixiatrik dərman müalicəsi düzgün deyildir.
Çətin davranışın arxasında dayanan səbəbin qiymətləndirilməsi və müalicə edilməsi vacibdir: somatik xəstəlik və ya ağrı, kifayət etməyən ünsiyyət metodları, maraqlı fəaliyyətlərin çatışmazlığı, istiqamət verən şəxsin hərəkət yolları.
Əgər dərman müalicəsinə düzgündürsə izlənməli olan simptomlar təyin edilməlidir ki, onların dəyişikliyin qiymətləndirmək mümkün olsun. Hazılanmış qiymətləndirmə şkalaları və ya xəstənin simptomların əsasən fərdi uyğunlaşdırılmış formalar müşahidəni dəstəkləmək üçün istifadə edilə bilər.
Farmakoloji müalicə mümkün olduqca az dərmanlarla və ən aşağı effektiv doza ilə məhdudlaşdırılmalıdır. İki oxşar tipldə dərmanın eyni zamanda istifadəsindən qaçılmalıdır.
Əgər çoxsaylı dərman müalicəsinin düzgün olması təyin edilirsə, effekti qiymətləndirə bilmək məqsədilə istənilən vaxt yalnız bir dərman dəyişdirilməlidir. Müşahidə uzunmüddətlidir (həftələr.. aylar).
Dərman müalicəsini izləymək üçün yadda saxla - məqsədlərə çatmağınıza əmin olun, dozanı uyğunlaşdırın və effekt olmayan müalicəni dayandırın.
Digər müalicələr
ƏG olan şəxsin həyatı bir çox yollarla normaldan fərqlidir və bu fərqlilik digər insanlarda təşviş yarada bilər. ƏG olan şəxsə hətta ən kiçik köməyi belə qiymətləndirə bilər və onun vəziyyətini başqa insanlar tərəfindən qoyulmuş ideallar ilə qiymətləndirməyə ehtiyac yoxdur. Digər vəziyyətdə isə şəxsin özünün qoyduğu qeyri-real idealları ola bilər. Hərtərəfli reabilitasiya proqramını planlaşdırarkən köməyin təmin edilə biləcəyi sahələri axtarın.
Vəziyyətdən asılı olaraq, nitq terapiyası, peşə terapiyası, musiqi terapiyası və ya fizioterapiya düşünülə bilər.
Psixoterapevtik metyodlardan davranış terapevtik metodlar, problem həll edən yanaşmalar, fərdi və qrup şəklində psixodinamik terapiyalar və yaradıcı fəaliyyyətin müxtəlif formaları istifadə olunur.
Aqressivlik və özünə zərərvermə davranışının müalicəsi funksional analizə əsaslanan, narahat edici davranışın daha uyğun hərəkət formaları ilə əvəz edilməsi və ya davranış terapevtik təhsil proqramlarından yararlana bilər.
Stabil sosial şəbəkə və məntiqli proqramlaşdırılmış peşə və ya gündəlik yardım fəaliyyətləti vacib başlanğıc formasıdır.
Qayğı çəkənlərin işi
ƏG olan şəxsə qayğı ailə üzvləri və digər qayğı göstərənlər üçün fiziki və psixi ağırdır. Öhdəçilik hissi digərlərinə onların yorğunluğu haqqında danışmaq / etiraf etməsinin qarşısını ala bilər. Bəzən ailə üzvləri ƏG olan ailə üzvü üçün böyük qurbanlar verə bilərlər. Valideynlər, digər ailə üzvləri və ya qayğı göstərənlərdə yorğunluğun ilk əlaməti səlin ƏG olan şəxsin simptomları kimi özünü göstərə bilər.
Ailə və qayğı göstərənlərə qayğı göstərin və onların necə öhdəsindən gəldiklərini soruşun.
Ailə necə yaşayır, digər insanlar onları ziyarət edirlərmi, onlar əvvəlki kimi digər insanlarla görüşə bilirlərmi?
Hər kəsin öz istədiyi qədər istirahət vaxtı varmı?
Ailənin imkanları uşağın müvəqqəti olaraq evdən kənar qayğısını təmin etməklə dəstəklənə bilər. Bunun üçün sosial xidmət vasitəsilə xüsusi müavinətlər təşkili ola bilər.
ƏG olan şəxslər üçün xüsusi tibbi xidmət mərkəz və təşkilatları asudə fəaliyyətlər, düşərgələr, dəstəkləyici inanlar və ailələr, həmyaşıd qruplar, adaptasiya təlimi kursları və s. təklif edirlər.