Klinik neyrofiziologiya tibbin mərkəzi sinir sistemi, periferik sinirlər və əzələlərdə elektrik fəallığın ölçülməsi ilə məşğul olan bir şaxəsidir.
Elektrik fəallığının ölçülməsi adətən həssasdır, lakin zədələnmənin etiologiyası baxımından qeyri-spesifikdir.
Bu müayinələr zəhmət tələb edir və təbiəti etibarilə konsultasiyalardır.
Bu müayinələrdən bəzisi pasiyent üçün narahat edicidir. Buna görə də neyrofizioloji müayinələr skrininq məqsədlər üçün yararlı deyil.
Əks-göstərişlər və ya yaş məhduduiyyətləri yoxdur.
Hər hansı müsbət tapıntıların əhəmiyyəti həmişə pasiyentə aid klinik təfərrüatlar ilə tutuşdurularaq qiymətləndirilməlidir.
Neyrofizioloji müayinələr anamnez toplanması və fiziki müayinənin yardımı ilə ilkin anatomik diaqnoz təyin edildikdən sonra neyroradioloji və digər testlərlə birgə nevroloji diaqnostikada istifadə edilir.
Elektroensefaloqrafiya (EEQ)
Göstərişlər
Epizodik simptomlar, xüsusilə epilepsiya şübhəsi və epilepsiyanın təsnifatı
Ensefalit
Delirium, kəskin ensefalopatiya, daha nadir hallarda xroniki ensefalopatiyalar (məsələn, demensiya-induksiya edən Kreytsfeldt-Jakob xəstəliyi)
EEQ yazılışı üçün epilepsiya əleyhinə dərman vasitəsinin dayandırılmasına ehtiyac yoxdur. Lakin benzodiazepinlərin dozası azaldılmalıdır.
Epilepsiya şübhəsi olan pasiyentdə, xüsusilə böyüklərdə epilepsiya formal EEQ görünüşü ilə epilepsiya diaqnozu və onun tipi (birincili generalizə olunmuş epilepsiya və ya fokal epilepsiya) arasında qüvvətli korrelyasiya var. Digər qeyr-normallıqların epilepsiya ilə korrelyasiyası daha az etibarlıdır.
Gicgah payı epilepsiyasında yuxu EEQ müayinəsi (erkən saatlardan oyaq), generalizə olunmuş epilepsiyada isə yuxusuz EEQ müayinəsi (bütün gecəni oyaq) epilepsiya formalı qeyri-normallqıların tezliyini artıracaq. Yuxu EEQ yazılmasına adətən uşaq və yenidoğulmuşlarda cəhd edilir.
Xüsusi EEQ müayinələri (klinik neyropsixologiya bölməsi ilə təşklil edilməlidir): ambulator EEQ, videotelemetriya EEQ, kəmiyyət EEQ analizi, epilepsiya cərrahiyyəsi məqsədilə ediən müayinələr
Bir neçə kanallı davamlı EEQ monitorinqi, məsələn, epileptik status zamanı müalicəyə cavabı qiymətləndirmək üçünistifadə edilə bilər. Uzanmış epileptik statusun müalicəsində mümkün EEQ monitorinqi həmişə göstərişdir.
Həmçinin, EEQ neonatal mərhələnin monitorinqində, eləcə də hipoksik-işemik zədələnmənin və anesteziyanın dərinliyinqiymətləndirilməsində istifadə olunur.
Elektroneyromioqrafiya (ENMQ)
ENMQ ön buynuz hüceyrələri, sinir kökləri, sinir kələfləri, periferik sinirlər, sinir-əzələ sinapsları və əzələ hüceyrələri fəlaiyyətinin müayinəsidir.
Bu müayinə üsulu mərkəzi sinir sisteminin (baş beyin, onurğa beyni) disfunksiyası barədə məlumat vermir.
Əgər pasiyent yuxarı motor neyron zədələnməsini göstərən əlamətlərlə (cəld reflekslər, patoloji Babinski əlaməti) və/və ya məsələn, aşağı ətrafların proqressiv zəifliyi ilə təqdim olunursa ilkin müayinələr neyroradioloji sınaqlar, serebrospinal mayenin müayinəsi və nevroloq tərəfindən müvafiq hesab edilən digər müayinələrdən ibarət olmalıdır.
ENMQ üçün ən çox qeyd edilən göstərişlər ağrı, hissiyyat itirilməsi və əzələ zəifliyinin müxtəlif kombinasiyalarıdır.
Təqdim olunan nevroloji tapıntılar (paresteziyalar və zəiflik) əsasında adətən səbəb (işçi hipotez) və zədələnmənin səviyyəsi barədə şübhələnmək mümkündür.
Sinir kompressiyasının klinik müayinəsində (xüsusilə, biləkdə orta sinirin kompressiyası) heç nə qeyri-normal aşkar olunmaya bilər, lakin pasiyentin anamnezində məsələn orta sinirə aid sahədə təkrarlanan keyləşmə epizodları qeyd olunur.
Akson zədələnməsi şübhəsi müayinəyə göndərilmə üçün ən çox rast gəlinən səbəbdir. Akson zədələnməsini göstərən iynə elektromioqrafiyası (EMQ) tapıntılarının yaranması 2-3 həftə çəkir. Əgər bundan daha tez müddətdə ENMQ müayinələri tələb olunursa klinik neyrofiziologiya mütəxəssisi ilə konsultasiya edilməlidir. İynə EMQ müayinəsi qanda əzələ fermentlərinin (KK) miqdarını yüksəldə bilər.
Lazımsız geniş və xoş olmayan müayinələrdən qaçınmaq məqsədilə göndərişdə diaqnostik hipotez və müyinə üçün əsas aydın surətdə bəyan edilməlidir.
Ən çox rast gəlinən göstərişlər
Sinir kompressiyası, sinirin lokal zədələnməsi: karpal tunel ətrafında orta sinirin kompressiyası, dirsək nahiyəsində ulnar nevropatiya, bazuda mil sinirinin nevropatiyası, diz ətrafında incik sinirinin nevropatiyası, ayaqda Morton metatarzalgiyası
Sinir kökü zədələnməsi: bel-oma radikulopatiyası, boyun radikulopatiyası
Polinevropatiyalar, neyromiopatiyalar, motor neyron xəstəliyi və s.
Sinir kələfi zədələnməsi, məsələn çiyin zdələnməsindən sonra və digər travmalar
Poliradikulit (həmçinin, kəskin mərhələ zamanı), sinir kələfi nevriti, radikulit, mononevrit
Əzələ və sinir sinapslarına təsir göstərən xəstəliklər (nadir hallarda, mütəxəssis müayinələrini tələb edə bilər)
Neyroqrafiya, yəni yalnız sinir keçiriciliyi sürətinin ölçlüməsi müayinəsi neyrofiziologiya texniki tərəfindən, məsələn, orta sinirin kompressiyasının mövcudluğunun təyini və ya inkar edilməsi üçün aparılır. Bu müayinə boyun radikulopatiyasının mövcudluğunu yoxlamır.
Latentlik ölçülməsi skrininqi: tamamilə normal sınaq əhəmiyyətli dərəcədə olan (yəni cərrahiyyə üçün uyğun) karpal tunel sindromunu inkar edəcək. Digər tapıntılar qeyri-müəyyən əhəmiyyətə malikdir və adətən nəticələri aydınlaşdırmaq üçün ENMQ sınağı tələb olunur.
EMQ nəzarəti altında botunlinum toksini inyeksiyası terapiyası: gösətrişlərə məsələn, distoniya, bəzi hallarda spastiklik daxildir.
Hissiyyatın kəmiyyət yoxlanması (HKY)
Kiçik lifli nevropatiya, nevropatik komponentin (məsələn, bir simptom kimi sensitizasiya ilə birgə) uzanmış ağrılı vəziyyətlərdə yoxlanışı; bu tip qeyri-normallıq ENMQ müayinəsi ilə aşkar edilmir.
Adətən ENMQ-dən sonrakı təqib müayinəsi kimi təklif edilir.
Çağrılmış potensial müayinələri
Nevroloji diaqnostikada çağrılmış potensial (ÇP) müayinələri görmə yolu (görmə çağrılmış potensialları, GÇP) və ya hissi yol ilə əlaqəli (hissi çağrılmış potensiallar, HÇP) mielinsizləşməni (Dağınıq Skleroza şübhə zamanı) tədqiq etmək üçün istifadə edilir.
Hərəki yollar baş beyin qabığının maqnit stimulyasiyasının köməyi ilə müayinə edilə bilər. Baş beyin qabığının maqnit stimulyasiyası həmçinin depressiya, ağrı və s. zamanı terapevtik məqsədlərlə müalicədə istifadə edilə bilər.
Üzvi yuxu pozğunluqlarının diaqnozu
Yuxu pozğunluqlarını müalicə edən zaman adətən pasiyentdən alınmış anamnez kifayət edir. Ailə üzvlərindən pasiyentin gecə davranışı ilə bağlı əlavə məlumatlar da əldə edilməlidir.
Yuxu gündəliyi gündüz yuxululuğunu tədqiq etdikdə çox zaman faydalıdır və belə gündəlik həmçinin yuxusuzluğun səbəbləri nəzərdən keçirildiyi zaman da faydalı olacaq.
Əgər üzvi yuxu pozğunluğu, məsələn, iş qabilyyətinin azalmasına gətirib çıxarırsa və fəal müalicənin mümkünlüyü nəzərdən keçirilirsə pasiyentin gecə yuxusu ərzində aparılan diaqnostik yazılışlara ehtiyac vardır.
Polisomnoqrafiya (PSQ): tənəffüsün ölçülmələri, oksigen saturasiyası və s daxil olmaqla eyni zamanda aparılan bir sıra yoxlamalar.
Uzanmış polisomnoqrafiya: yuxu analizi, EEQ yazılışı və bir sıra ölçmələrin yoxlamaları daxil olmaqla.
Yuxu laboratoriyasında gecə ərzində zəhmət tələb edən bir müayinə
Həmçinin, evdə də kifayət qədər yaxşı bir keyfiyyətlə aparıla bilər
Çoxsaylı Yuxu Latentlik Sınağından öncə, məsələn, narkolepsiyaya şübhə zamanı
Gecə ərzində məhdud poliqrafiya: yuxu analizi edilmir və ona görə də icra ermək daha asandır
Müxtəlif üzvi pozğunluqların (yuxu apnoesi, xoruldama, narahat ayaqlar) dərəcəsini müəyyənləşdirmək üçün yazılışlar pasiyentin evində aparılır. Həmçinin, differensial diaqnozda faydalıdır.
Müxtəlif yazılışların ölçüsü və diapozunu müxtəlif bölmələr arasında geniş surətlə fərqlənir. Bu müayinə kiafayət qədər geniş olmalıdır.
Çoxsaylı Yuxu Latentliyi Sınağı (ÇYLS) və Oyaqlığın Saxlanılması Sınağı (OSS): bu sınaqların məqsədi gündüz yorğunluğunun dərəcəsini yuxu laboratoriyasında aparılan 4-5 yazılışın köməyi ilə təyin etmək olub tamamlanması tam bir gün çəkir.
ÇYLS: narkolepsiyaya şübhə olduqda
OSS: məsələn, peşəkar sürücüdə diqqətliliyin saxlanması qabliyyətinin qiymətləndirilməsində
Aktiqrafiya müayinəsi zamanı pasiyentin fəaliyyəti və hərəkətləri bir neçə gün ərzində qol saatına bənzər sensor ilə, məsələn, yuxu-oyanma tsikli, uzanmış yuxu mərhələsi, insomniya və gündüz yorğunluğunu sənədləşdirmək üçün monitorinq edilir.