Neyrooftalmoloji zədələnmənin yeri və onun mümkün səbəbi barədə təəssürat aşağıdakı müayinələri aparmaqla əldə edilə bilər:
görmə itiliyi
görmə sahələri
göz hərəkətləri
bəbəyn işığa reaksiyaları
bəbəklər arasında ölçü fərqi.
Diaqnoz və müalicə üçün oftalmoloq və nevroloqun əməkdaşlığı tələb olunur.
Görmə itiliyinin pozulması
Diqqətli anamnez vacibdir.
Görmə yalnız bir gözdə və ya hər iki gözdə pozulmuşdur?
Görmə qəfil və ya tədricən pisləşmişdir?
Qəfil pisləşmə: damar mənşəli?
Yaşı 50-dən çox olan pasiyentlər: görmə sinirinin işemik neyropatiyası (başlanğıc həmişə qəfil deyil və bəzi hallarda görmə bir neçə gün ərzində pisləşə bilər)
Bir neçə gün ərzində pisləşmə: görmə sinirinin nevriti?
Xüsusilə, gənc yaşlı böyüklərdə
Görmənin tədricən pisləşməsi: görmə sinirinin kompressiyası?
Pasiyent bu problemi necə fərq etdi?
Təsadüfən digər gözünü qapayıb: etiologiya gözdən qaynaqlana bilər, məsələn, katarakta və ya makular degenarasiya (sarı ləkənin degenerasiyası).
Əgər görmə itiliyi yalnız bir gözdə pozulubsa dilatasiya edici göz damcılarının təyin edilməsindən öncə bəbəyin işığa reaksiyalarını müayinə etmək vacibdir: nisbi afferent bəbək defekti (NABD) birtərəfli və ya asimmetrik görmə siniri zədələnməsinin yeganə obyektiv əlamətidir.
Həmçinin, baxın .
Bəbəklərin qeyri-bərabər ölçüsü (anizokoriya)
Fizioloji anizokoriya çox geniş yayılmışdır: adamların 20%-də bəbəklərin ölçüsü tam bərabər deyil.
İlk öncə gözlərdə aparılmış əməliyyatlar və ya travma, göz damcıları barədə soruşun. Bəbəklərin ölçüsü nə qədər müddətdir ki, qeyri-bərabərdir (köhnə fotoşəkillər varmı)?
Hər iki bəbəyi müayinə edin: onlar normal reaksiya verir?
Əgər hər iki bəbək normal reaksiya verirsə pasiyentdə ya Hörner sindromu, ya da fizioloji anizokoriya var.
Bir bəbək genəlib, simmetrikdir, girdədir və işığa heç bir reaksiyası yoxdur: gözün hərəki sinirinin anevrizma və ya digər bir kompressiya nəticəsində yaranan iflici. Demək olar ki, həmişə diplopiya (yüngül ola bilər) var.
Gözün hərəki sinirinin iflici + fiksə olunan genəlmiş bəbək: təxirəsalınmaz maqnit rezonans tomoqrafiya (MRT) və maqnit rezonans angioqrafiya (MRA) və ya kompüter tomoqrafik angioqrafiya (KTA)
Zədələnmiş və ya huşsuz pasiyentlərdə bir bəbəyin genəlməsi kəllədaxili təzyiqin yüksəlməsinin və beynin qaçılmaz dislokasiyasının göstəricisi ola bilər.
Əgər yeganə əlamət bir bəbəyin fiksə olunan genəlməsidirsə hər bir gözə 1%-li pilokarpin göz damcıları təyin edin (zədələnməmiş göz nəzarət rolunu oynayır).
Əgər bəbək daralırsa: əsas arteriyanın zirvəsinin anevrizması?
Əgər bəbək daralmırsa: farmakoloji blokada? Təsadüfən və ya bilərəkdən gözə atropinə bənzər dərman tətbiq edilib.
Pasiyent bitkilərlə təmas edib, xəstəxanada işləyir, irit xəstəliyi olan bir ailə üzvü var və ya ürəkbulanma əlayhinə plastrlardan istifadə edib?
Əgər bir bəbək azca qeyri-rəvandır, işığa pis cavab verir və parlaq yanıb-sönən işıqlar bəbəyin kənarında soxulcana bənzər hərəkətləri induksiya edirsə pasiyentdə güman ki, "tonik bəbək" (Edi bəbəyi) vardır
Zədələnmiş bəbək ilkin olaraq əks tərəfdəki bəbəkdən daha böyükdür, lakin illər ərzində kiçilir. Buna baxmayaraq bəbəyin reaksiyaları pis, ləng və tonik olaraq qalacaqdır.
Gənc qadınlarda daha çox rast gəlinir.
Bu vəziyyət halların 20-30%-də iki tərəfli olur. Pasiyentlərin üçdə birində diz refleksləri itmiş olur.
Tonik bəbək 0,1%-li pilokarpin damcısı ilə daralır (denervasiya superhəssaslığı)
Tonik bəbək xoşxassəli bir vəziyyətdir və əlavə heç bir müayinəyə ehtiyac yoxdur.
Diplopiya (ikigörmə)
Diqqətli anamnez vacibdir: binokulyar və ya monokulyar diplopiya?
Əgər pasiyent bir gözünü bağladıqda diplopiya davam edirsə diplopiyanın mənbəyi bağlanmamış gözdədir: buynuz qişa, billur, sarı ləkə.
Oftalmoloqa göndəriş
Binokulyar diplopiya: həqiqi iki görmə
İntermittə edən (fasiləli) diplopiya, yorulduqda daha çox: pasiyentdə heteroforiya ola bilər.
Bağlama testi göstərişdir.
Göz almasının hərəkətlərinin diapozonunu müayinə edin: hər hansı defisit var?
Oftalmoplegiya
Gözün hərəki siniri (üçüncü kəllə-beyin siniri)
Gözün hərəki siniri gözün hərəkətlərinə cavabdeh əzələlərin əksəriyyətini, eləcə də yuxarı göz qapağını qaldıran əzələni və bəbəyi daraldan əzələni innervasiya edir.
Gözün hərəki sinirinin tam iflici: gözün yuxarıya, aşağıya və içəriyə hərəkətinin pisləşməsi ilə birgə ptoz, göz içəri (+azca aşağıya) istiqamətə çevrilib və bəbək genələrək işığa cavab vermir. Təxirəsalınmaz görüntüləmə müayinəsi tələb olunur; anevrizma və sinirin digər bir kompressiyası mümkündür.
Əgər gözün hərəki sinirinin iflici digər cəhətdən tamdır, lakin bəbəklər qoşulmayıbsa ehtimal olunan diaqnoz sinirin özünü cəlb edən bir mikroinfarktdır.
Bir neçə ay ərzində aradan qalxacaq.
Əgər pasiyent yaşlıdır və damar xəstəlikləri risk faktorları varsa görüntüləmə müayinələri göstəriş deyil. Lakin mütləq pasiyentin mütəzəm təqib olunmasına ehtiyac var.
Gicgah arteriyalarının arteriitinin mümkünlüyü mütləq yadda saxlanılmalıdır.
Gözün hərəki sinirinin natamam iflicində normal bəbək sinirin kompressiyasını inkar etmir.
Blok siniri (dördüncü kəllə-beyin siniri)
Blok siniri gözün aşağıya hərəkəti, adduksiyası və içəri rotasiyasına imkan verən əzələni innervasiya edir.
Blok sinirinin iflici aşağı baxdıqda, spiral şəkilli pilləkənlərdə, oxuduqda, qida qəbul etdikdə və s. hallarda pisləşən diplopiyaya səbəb olur.
Çox zaman doğuşda mövcuddur, lakin nəzərəçarpacaq diplopiya təxminən 20-30 yaşa qədər inkişaf etməyə bilər. Köhnə fotoşəkillər diaqnozda faydalıdır: başın xarakterik əyilməsi.
Blok siniri baş beyin kötüyünün arxa tərəfindən xaric olduğu üçün travma nəticəsində (məsələn, arxası üstə yıxılmaq) bu sinirin zədələnməsi ehtimalı ən çoxdur; qəfil zərbə zədələnmə ilə nəticələnə bilər.
Blok sinirinin iflici həmçinin, mikroinfarkt nəticəsində baş verə bilər. Daha nadir hallarda səbəb sinirin kompressiyasıdır.
Uzaqlaşdırıcı sinir (altıncı kəllə-beyin siniri)
Uzaqlaşdırıcı sinir bayır düz əzələni innervasiya edir. Uzaqlaşdırıcı sinirin iflicində zədələnmiş tərəfdəki gözün abduksiya edə bilməməsi ezotropiya ilə nəticələnir.
Yaşlı pasiyentlərdə ən çox rast gəlinən səbəb uzaqlaşdırıcı sinirin mikroinfarktıdır və bu problem bir neçə ay ərzində spontan olaraq aradan qalxır.
Digər etiologiyalara sinirin kompressiyası və kavernoz cib daxilində zədələnmələr aiddir. .
Əgər kəllədaxili təzyiq yüksəlibsə pasiyentdə uzaqlaşdırıcı sinirin birtərəfli və ya ikitərəfli zəifliyi qeyd edilə bilər.
Beyin kötüyündə nüvənin zədələnməsi çox zaman həmçinin digər nevroloji əlamətlər və tipik parezlə müşayiət olunur.
Uzaqlaşdırıcı sinirin nüvəsinin zədələnməsi altıncı sinirin izolə olunmuş zədələnməsinə deyil, baxışın iflicinə səbəb olur.
İnternuklear oftalmoplegiya (İNO)
İNO dağınıq skleroz xəstəliyində ən çox rast gəlinən göz hərəkətləri pozulmasıdır.
Zədələnmə iç boylama dəstədə baş verir və nəticədə impuls uzaqlaşdırıcı sinirdən iç düz subnüvəyə keçmir.
Məsələn, sola baxdıqda sağ göz adduksiya edə bilmir və sol gözdə sarsınıtılı hərəkətlər (nistaqm) nümayiş oluna bilər.
Yaşlı pasiyentlərdə İNO üçün ən çox rast gəlinən etiologiya damar mənşəlidir.
Myasthenia gravis (ağır miasteniya)
Əgər pasiyentdə yorulduqda daha pisləşən fasiləli diplopiya və birtərəfli və ya ikitərəfli ptoz varsa myasthenia gravis ehtimalı yadda saxlanılmalıdır.
Myasthenia gravis göz-hərəki sinirin iflici və İNO da daxil olmaqla hər hansı bir göz hərəkətləri pozunluğunu yamsılaya bilər.
Görmə siniri diskinin ödemi
Bu vəziyyət (demək olar ki, həmişə) iki tərəflidir (şəkillər ).