Həmçinin bax: Yaşlılarda yıxılma və epizodik simptomların differansial daqnostikasi üçün məqalələr
Əsaslar
Başgiçəllənmə və duruşun pozğunluğu , servikal vertigo, ortostatik hipotenziya və vestibulyar neyronit geniş araşdırmalar olmadan tanınmalıdır.
Əgər başgicəllənmə nevroloji simptomlarla müşahidə olunarsa bu serebral sirkulasiya pozğunluqları ilə əlaqdər ola biler (tranzitor işemik infarkti, insult). Bu vəziyyətdə xəstə simptom başlanandan 2 həftədən az vaxt müddətində təcili olaraq xəstəxana müayinələrinə göndərilir.
Əlavə müayinələr təkrarlanan və ya uzun müddətli başdicəllənmələrdə, həmçinin nistaqmusa əlavə olaraq eşitmə və nevroloji simptomlar və ya tapıntılar müşayət olunduqda aprılır.
Başgicəllənmə yaradan dərman yoxlanmalı və əgər mümkündürsə dozası azaldılmalıdır.
Əksər hallarda başgicəllənməni dərmanlarla müalicə tmək məqsədəuyğun deyil. Kəskin başgicəllənmədə əgər xəstə qusarsa qusma əleyhinə dərman vasitələri təyin olunur.
Etiologiyası
Başgicəllənmənin səbəbi adətən oqranik funksional pozğunluqlar olur. Başgicəllənmənin ən geniş yayılmış səbəbi asağıdakılardır(rastgəlinmə tezliyi ilə sıralanmamışdır).
Vestibulyar neyronitdə(üfüqi) baş verir, Menyer xəstəliyi və postural başgicəllanmə(üfüqi və qismən fırlanan nistaqm adətən arxa yarımdairəvi kanalda olan pozğunluqdan yarnır).
Nadir hallarda meydana gələn şaquli nistaqm adətən beyin kötüyündə olan pozğunluğu bildirir, ancaq şaquli komponent bəzən postural başgicəllənmə ilə bağlı üfüqi nistaqm zamanı da müşahidə edilə bilər).
Baş titrəməsi testi üfüqi yarımdairəvi kanalın mümkün pozulmasını göstərir, xəstənin başı qəfildən təsirlənmiş tərəfə sarsıldıqda nəzər(baxış) sabit (stabil) qalmır, lakin gecikmiş düzəldici hərəkət müşahidə olunur.
Nuxal sahənin müayinəsi:əzələ gərginliyi,boyun fəqərələrinin hərəkətləri və onların səbəb olduğu ağrı və ya həssaslıq
Nevroloji, otoloji və qan dövranı müayinəsi
Romberq testi və gözübağlı yeriş testi (Unterberqer addımlama testi) tarazlığın pozulma dərəcəsini obyektiv qiymətləndirir.
Adətən gənc insanlara təsir göstərir və ya davamlı fırlanmayan başgicəllənmə kimi müxtəlif vəziyyətlərlə (növbələr, mağazalar, teatr kimi mühitlərdə) əlaqələdar başgicəllənmə kimi özünü göstərir. Diaqnoz orqanik səbəblər kifayət qədər əminliklə xaric edildikdən sonra edilə bilər.
Klinik müayinədə anormal tapıntılar yoxdur, fırlanan başgicəllənməsi nistaqmus yarada bilməz.
Boyun mənşəlli başgicəllənmə
Servikal bölgədə hərəkət və mövqe hissi pozulur.
Əzələ gərginliyi və / və ya servikal bölgədə sinir kökü simptomları ilə əlaqəli servikal sindromdan yaranır.
Tapıntılar ya gərilmiş boyun ya da çiyin əzələsidir (palpasiya nəticələri (tapıntıları) diaqnoz üçün gərəkli deyil) və ya müsbət kompressiya testidir.
Nistaqm rast gəlinmir.
Qocalarda yaşlanma ilə əlaqədar başgicəllənməsi
Adətən hissiyyat qavranmasının, qan dövranın, qan təzyiqinə və dərmanlara nəzarətin zəifləməsi kimi bir neçə amilin birləşməsi nəticəsində inkişaf edir.
TİT,serebral infarkt ya da serebellar və beyin kök bölgələrində beyindaxili qanaxma başgicəllənməyə səbəb ola bilər.
Başgicəllənmə ilə yanaşı digər MSS simptomlarına da rast gəlmək olar (məsələn, diplopiya, dizartiya, ətraflarda motor və ya sensor iflic əlamətləri, koordinasiya pozuntuları).
Ayaqların qəflətən olduğu yerdən qaçması (bəzən Menyer xəstəliyində də görülən vertebrobazilar TİT-in bir əlaməti ola bilər)
İnsultun risk faktorları (hipertenziya, ateroskleroz, diabet) həm diaqnoz ehtimalını, həm də təkrarlanma riskini artırır.
Vestibular Şvannoma (akustik neyrinoma)
Vestibulokoklear sinirin yavaş-yavaş inkişaf edən şişidir
Tədricən əmələ gələn proqressiv birtərəfli eşitmə qüsuru əsas simptomdur.
Bəzən tinnit
Gəzinti zamanı qeyri-müəyyənlik hissi, daha nadir hallarda fırlanma tipli başgicəllənmə
Dağınıq sleroz
Bax .
Başlanğıc simptomlarda gəzinti zamanı başgicəllənmə və qeyri-müəyyənlik hissi ola bilər.
Digər nevroloji simptomlar və tapıntılar diaqnozun qoyulmasına səbəb olur..
Ürək mənşəli başgicəllənmə
Ortostatik hipotenziyada, səhər və yeməkdən sonra simptomlar daha pisdir.
Aritmiya və keçirmə pozğunluqları başgicəllənmə (fırlanmayan tip) və kollaps tutmaları ilə müşayiət oluna bilər.
Başgicəllənmə fiziki işlə də əlaqəli ola bilər.
Əlavə araşdırmalar
Birincili tibb müəssisəsində müayinələr
Şübhəli etiologiyaya görə EKQ, laboratoriya müayinələri və Holter monitorinqi
Qulaq pozğunluğundan şübhələnirsinizsə, audioqram
Başın rentgeni faydalı deyil.
İxtisaslaşdırılmış müayinələr
Serebellar və ya beyin kökü mənşəli bir səbəb olduğunda beyin MRT-si
Vestibulyar şvannoma (akustik neyrinoma) şübhəsində təcili olmayan beyin kökü MRT-si
EEQ yalnız epilepsiya şübhəsi olduqda
Konsultasiyalar
Klinik hal tarixi və statusu əsasında iş. Xəstələrin əksəriyyəti ilkin tibbi müəssisəsində mütəxəssis ilə məsləhətləşmədən menecmenti mümkündür.
Müşahidə olunan əlamət və simptomlardan asılı olaraq xəstə bir burun-boğaz mütəxəssisi, nevropatoloq və ya kardioloqa müraciət edilə bilər.
Müalicə
Kəskin başgicəllənmə, qusma ilə müşayiət olunur: tablet şəklində proxlorperazin
Postural başgicəllənmə: kanal daşlarının yerini dəyişdirmək üçün dərman müalicəsi yoxdur
Vestibulyar neyronitin kəskin mərhələsində, effektivliyin qəti sübutu olmadıqda da, qlükokortikoidlərin kursu təyin edilə bilər; məsələn metilprednizolon 5 gün gündə bir dəfə 64 mq, sonra 5 gün ərzində gündə 1 dəfə 32 mq.
Digər otogen və ya təyin olunmamış başgicəllənmə: betahistin yalnız Menyer xəstəliyində istifadə olunur.
Nevroloji pozğunluqlar: beyin qan dövranı pozğunluqlarının təkrarlanma riski müvafiq olaraq ikincili profilaktikadan təsirlənə bilər.
Servikal mənşəli: özünü- gərmə hərəkətləri, artan fiziki fəaliyyət, fizioterapiya, akupunktur; dərman müalicəsi olaraq bəlkə bir trisiklik antidepresant istifadəsi mümkündür.
Vəlvələ tutması: Seçici serotonin tutma inhibitorları antidepresantları birinci dərəcəli müalicəsidir.
Təkrarlanan başgicəllənmə olan bütün xəstələr: tarazlığa nəzarəti yaxşılaşdırmaq üçün bir təlim proqramı mümkündür.
Pisləşən simptomların qüsurlu dövranı pozulmalıdır: zəif müvazinət minimal hərəkətliliyə səbəb olur və məşq olmaması tarazlığı daha da pisləşdirir.