Qeyri-ixtiyari hərəkətlər (diskineziyalar) çox vaxt ekstrapiramidal sistemdə zədə və ya pozuntudan yaranır, və ya degenerativ beyin pozuntusu ilə əlaqəlidir.
Onların etiologiyası çox vaxt bilinmir. Bəzi pasientlərdə əsas səbəb genetik olur.
Qeyri-ixtiyari hərəkətlər çox vaxt müalicəyə tabe olmur.
Fokus distoniyası
Servikal distoniya, və ya əyriboyunluq (spasmodic torticollis)
Yetkin yaşda başlayır
Baş, ilk öncə, bir trəfə dönür, əyilir və ya dartılır; yavaş-yavaş boyunun əyri vəziyyətdə qalmasına gətirib çıxarır. Boyunun arxa hissəsindəki ağrı, simptomla əlaqəli ola bilər.
Müalicə üçün aktiv həddindən artıq aktiv olan əzələyə botulizm toksini inyeksiya edilir. İnyeksiya mini-EMG aparatı ilə həyata keçirilə bilər. İnyeksiyaların mənfi tərəfi əzələ zəifliyi yaratmasıdır, məsələn, disfaqiya. İnyeksiyanın təsiri 2-4 ay çəkir; buna görə, təkrar inyeksiyalar lazımdır.
Farmakoloji müalicənin təsiri məhduddur. Ən çox istifadə edilən dərmanların tərkibi klonazepam, analgetiklər və antixolinergikdən ibarət olur.
Fizioterapevtin təyinatına əsasən hazırlanmış gündəlik dartılma proqramı və həmçinin, digər idman hərəkətləri simptomların aradan qaldırılmasına kömək edir.
Yazı yazan əldə əzələ spazmaları çox vaxt qələmlə yazı yazmağa, bəzən isə klaviaturadan istifadəyə mane olur. Oxşar simptomlar musiqiçilərdə, məsələn, piano və ya gitara ifaçılarında müşahidə oluna bilər (musiqiçi spazmı).
Bu vəziyyət daha çox, pasient stress altında çoxlu yazı yazmağa məcbur edildiyi hallarda baş verir. Əlin funksiyası isə normaldır, və sinir zədəsi müşahidə olunmur.
Bu hal çox vaxt, pasientin, onun spazmalarına səbəb olan işdən ayrılmasına gətirib çıxardır. Müalicə üçün botulizm toksinindən istifadə edilə bilər. İnyeksiyalar EMG aparatı ilə edilir.
Blefarospazm
Göz qapaqlarının məcburi bağlanması
Simptomu yüngülləşdirmək üçün botilizm toksini müalicəsindən istifadə edilə bilər.
Çox vaxt, pasientdə eyni vaxta blefarospazm da müşahidə olunur (Meige sindromu).
Spazmodik disfoniya
Gərgin və ya qırıq-qırıq səsə səbəb olan larinxeal əzələlərin sıxılması
Botilizm toksinilə müalicə müsbət nəticələr verir.
EMG ilə aparılan botulizm toksini bir çox xəstələrə kömək olur.
Üz spazmaları
Üz əzələlərinin qeyri-ixtiyari spazmı, bəzən üzün bir hissəsini əhatə edir (distoniya olaraq dəyərləndirilmir).
Mümkün etioloji faktorlara, üz parezinin ağırlaşması, üz sinirinin degenerasiyası və ya onun uzunsov beyin nahiyəsində qan damarları ilə sıxılması aiddir (üzün bir tərəfini əhatə edən spazmalar).
Botilizm toksinilə müalicə ən effektivdir. Bəzən, üz sinirlərinin dekompressiya üsulu ilə cərrahiyyəsi tətbiq olunur.
Tipik distoniya
Adətən genetik olur
Uşaq yaşlarında başlayır
Antixolinergik tərkiblər simptomları azalda bilər. Az dozada levodopa, Segawa sindromunda effektiv olur.
Hemibalizm
Daha çox, beyin infarktı nəticəsində, subtalamik nüvənin və ya onun ətraf hissələrinin zədələnməsilə yaranır. Belə hallarda, simptomların başlanğıcı ağır olur və adətən pasient yaşlı olur.
Ballistik hərəkətlər, yuxarı və aşağı ətrafların proksimal əzələlərinə təsir edir; əllər və ayaqlar geniş şəkildə atılır.
Müalicəsi: gündə 3 dəfə 1-2 mq haloperidol sindromu əhəmiyyətli dərəcədə yüngülləşdirir. Gündə 800-1200 mq Valproate bəzi hallarda effektiv edə bilər. Ümumiyyətlə, hemibalizm bir neçə həftə ərzində azalır; lakin, simptomlar davamlı ola bilir.
Xoreya və atetoz
Xoreya, tez aritmik hərəkətlərlə və atetoz periferik qıvrılma, "soxulcanvari" qeyri-ixtiyari hərəkətlərlə müşaiyət olunur. Onlar eyni anda baş verirsə, bu hal xoreatetoz adlanır.
Xoreatetoz, bazal nüvə daxil olmaqla, beyin iflicilə əlaqəli ola bilər.
Revmatik xoreya, streptokok infeksiyasının ağırlaşması kimi təzahür edir və artrit, bazal nüvə sahəsində kiçik arterialara təsir edir. Pasientlər uşaq və ya yeniyetmələrdir. Bu xəstəlik, revmatik qızdırma və ya karditlə müşaiyət olunur.
Huntington xəstəliyi (əvvəllər Huntington xoreaysı) əsasən genetik xəstəlik deyil və orta yaşlarda başlayan yaddaş pozğunluğu yaradır. Xoreya xəstəliyinin ciddiliyi müxtəlif olur və vəziyyətə uyğun aritmik, xüsusi tipik yerişə səbəb olur.
Antipsixotik dərmanların istifadəsindən yaranan gecikmiş diskineziya və dopamin tərkibli dərmanların istifadəsindən yaranan diskineziyalar adətən xoreatikdir.
Tetrabenazin xoreanı yüngülləşdirə bilər (simptomun adı "Huntington xəstəliyində xorea"-dır).
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromunda pasient, xüsusən gecələr, aşağı ətraflarda xoşagəlməz hiss və ya ağrı hiss edir. Pasient tez-tez yataqdan qalxıb ətrafda gəzişmək məcburiyyətində qalır.
Simptomlar ya ilkin olur, ya da dəmir çatışmazlığı, uremiya, hamiləlik və ya nevropatiyayla əlaqələndirilir.
Müalicə, dəmir çatışmazlığını aradan qaldırmaq, kiçik dozalarda dopamin tərkibli dərmanlar (məsələn, pramipexole, ropinirole, rotigotine), pregabalin, və ya daha ağır hallarda gabapentin və ya tramadoldan ibarət olur.
Uzun müddətli Parkinson xəstəliyi olan pasientlərdə levadopa, xoreoatetoz hərəkətlər (diskineziya, bax) və ağrılı əzələ tutmalarına gətirib çıxarır (distonia).
Antixolinergik müalicə (5 mq biperidenin venadaxili ehmalca yeridilməsi) tez sağalmanı təmin edir; 5-10 mq venadaxili diazepam daha uzun müddətli efekt verəcək.
Pasient, bu hala səbəb olan dərmanı dərhal dayandırmalıdır.
Akatiziyaya səbəb olan ən çox yayılmış dərmanlar antipsixotiklər (beş adi antipsixotik istifadəçisindən biri), metoclopramide və bəzən antidepresantlardır.
Akatiziyanı, pasientlərin uzanmaqda və yatmaqda çətinlik çəkdikləri, narahat ayaqlar sindromundan (yuxarıda qeyd olunub) ayırd etmək lazımdır. Akatiziyada pasient yerində gəzir və oturaqlı vəziyyətdə qalmaqda çətinlik çəkir.
Dozanı azaltmaqla və ya dərmanı dəyişməklə simptomu yüngülləşdirmək olar. Alternativ müalicəyə atipik antipsixozlar (məsələn, risperidone, olanzapine, quetiapine, aripiprazole, clozapine) daxildir.
Gecikmiş diskineziya, antipsixotiklərlə əlaqədar olan ən çətin hərəkət pozğunluğudur, çünki, qalıcı ola bilər. Ümumiyyətlə,bu sindrom, antipsixotiklə illər boyu müalicədən sonra meydana çıxır, lakin, müalicədən altı ay sonra müşahidə edilib. Atipik antipsixotiklərlə əlaqədar olan gecikmiş diskineziya riski, adi antipsixotiklərlə olandan daha aşağıdır. Ən tipik göstəriciləri, ağız ətrafında qeyri-ixtiyari hərəkətlərdir, lakin aşağı və yuxarı ətraflar və bədən gövdəsi də təsirlənə bilər. Adətən, simptomlar, antipsixotiklərin dozası azaldılanda meydana gəlir və ya artır. Yaşlılar və qadınlar böyük risk altındadırlar.
Müalicəsi
Əgər mümkünsə, antipsixotiklə müalicə dayandırılmalıdır və ya, əgər pasient adi antipsixotik qəbul edirsə, atipik antipsixotiklə əvəz edilməlidir. Dərman dayandırıldıqda, qeyri-ixtiyari hərəkətlər əvvəlcə daha da intensivləşir, lakin, bir neçə həftə və ya aydan sonra yavaş-yavaş aradan qalxa bilər.
Digər mümkün müalicəyə valproate, propranolol, clonidine və tetrabenazine daxildir, ancaq onların efekti çox vaxt qənaətbəxş olmur.
Botulizm toksini bəzi hallarda nəzərdə tutula bilər.
Ən əsas müalicə üsulu, uzunmüddətli antipsixotiklərlə müalicəni dayandırmaqdır.
Digər qeyri-ixtiyari hərəkətlər
Miokloniya qısa əzələ sıxılması ilə səciyyələnir. Bu, fizioloji ola bilər, məsələn, yuxuya gedərkən ətraflarda baş verən qıcolmalar və hıçqırıq. Bunlar genetik fenomen ola bilər və ya proqressiv mioklonik qıcolma və Creutzfeldt-Jacob xəstəliyi kimi, müxtəlif nevroloji pozğunluqla əlaqədar ola bilər. Bəzi hallarda piracetam ən effektiv müalicə vasitəsidir.
Tik, daha çox üzdə və ya boyunda olan qısa, kompulsiv hərəkətdir. Bu, Tourette sindromu ilə əlaqədar ola bilər.