Huşunu itirmiş pasient

EBM Klinik protokolları
28.08.2017 • Sonuncu dəyişiklik 28.08.2017
MikkoKallela PerttuJ.Lindsberg

Əsas 

Təcili müdaxilə

  1. ABC yoxlanması (nəfəs yolları, tənəffüz, qan dövranı)
  2. Aspirasiyanın qarşısını almaq
  3. Hipoqlikemiyanın qarşısını almaq 

Bayılmanın səbəbinin dəyərləndirilməsi 

Bayılmanın ümumi səbbələri 

  1.  Kəllədaxili struktural səbəb:
    • Məsələn, beyin infarktı, beyinə qansızma, beyin kontuziyası, beyin şişi, beyin absesi və ya beyində müəyyən yer tutan törəmə 
    • Əgər disfaziya, hemiparez, göz iflici ("pasient beyindəki zədə istiqamətində baxır,hemiparezin əksinə") və hemiparez olan hissədə Babinski simptomu varsa, səbəb supratentorial ola bilər.
    •  Əgər gözlərin bir-birilə uzlaşmaması, nistaqm, disfaqiya, dizartriya, ataksiya, hemiparez, göz iflici ("pasient zədənin əksi istiqamətində baxır"), tetraplegiya, birtərəfli Babinski simptomu, ənsədə ağrı və öyümə varsa, səbəb infratentorial ola bilər. 
    • Diaqnoz, nevroloji və nevroradioloji müayinədən asılıdır. Müayinə zamanı başın kompyuter tomoqrafiyası seçimə bağlıdır.
  2. Beyin mənşəli sistemik və ya diffuz səbəb, məsələn, metabolik, toksik, hipoksik və ya septik etiologiya (60-70% hallarda) 
    • Nevroloji olmayan tapıntılar, əlamətlər və simptomlar ilk öncə "simmetrikdirlər" (birtərəfli simptom deyillər). Tipik tapıntılara, çaşqınlıq, yuxulama, mioklonik tutma, asterikis (əllərin silkələnməsi), əsmə və göz bəbəklərinin daralması (opioid zəhərlənməsi).
    • Klinik müayinəyə əlavə olaraq, laborator müayinə diaqnozun əsasını təşkil edir. 
  3. Mərkəzi sinir sisteminin iltihabı (meninqoensefalit, ensefalit)
    • Pasientin vəziyəti meningeal qıcıqlanmanın əlamətlərini daşıyır, məsələn, qızdırma, ənsə hissənin bərkliyi və bayılmadan öncə konfuziya.
    • Diaqnoz, onurğa beyni mayesinin və qan analizinin nəticələrinə əsaslanır.
  4. Epileptik və ya digər tutmalar və tutmadan sonrakı vəziyyət 
    • Diaqnoz, tutmanın şahidi olan şəxsin dediklərinə, tutmalara qarşı həssaslıq barədə xəstəlik tarixçəsinə və elektroensefaloqrama (EEG) əsaslanır. Dilin ucunda dişlək izləri, tutmadan sonrkı vəziyyətin əlamətidir. 

Huşunu itirmiş pasientin klinik müayinəsi 

Ümumi vəziyyəti

 Nevroloji müayinə

  1. Huşun dərəcəsinin dəyərləndirilməsi sistematik şəkildə aparılmalıdır. 
    • Gözlərin açılması (pasientin qulağına qışqırmaq lazım gələ bilər), hərəkət reaksiyası (lazım gələrsə, ağrıya reaksiya; məsələn, supraorbitala, dırnaq yatağına və ya sinəyə təzyiq) və danışığa reaksiya.
    • Bu parametrlər Glasgow Coma Scale cədvəlində göstərilib (GCS, məqalədə cədvəl "?>). Pasientin reaksiyaları tibbi qeydlərdə yazılır. 
  2. Nevro-oftolmoloji vəziyyət 
    • Beynin, qavrama və zehin ayıqlığına cavab verən beyin mərkəzi, gözlərin hərəkətilə əlaqəli olan beyin kötüyünə yaxın yerləşir. Buna görə də, gözlərin müayinəsi xüsusilə vacibdir. 
    • Daha sonra göstərilənlər yoxlanmalıdır: bəbəklərin reaksiyası (ölçüsü, simmetriyası, işığa reaksiyası), optik disk (nəbzin pulsasiyası, papilloedema, qansızma; təcrübədə, papillanı aydın müşahidə etmək çətin ola bilər) və gözlərin hərəkəti (hərəkətsiz vəziyyəti, spontan hərəkətlər və, lazım gələrsə, okulosefalik refleks)
      • Okulosefalik refleks: pasientin başı bir yandan digər yana cəld çevrilir: bu zaman gözlər bir nöktədə sabitlənməlidir. 
      • Gəlincik gözü refleksi: baş çevrildikçə gözlər də onunla birgə çevrilir = beyin kötüyünün zədələnməsi.
  3. Beyin kötüyü refleksi
    • Kiprik və korneal refleks, yuxarı Varoli körpüsünün funksiyasını yoxlayır.
    • Öskürək refleksi (məsələn, traxeal aspirasiya) aşağı Varli körpüsünün funksiyasını yoxlayır. 
    • Okulosefalik refleks həm beyin kötüyünün refleksini yoxlayır, həm də aşağı Varoli körpüsü funksiyasının göstəricisidir. 
  4. Nevroloji birtərəfli simptomlar 
    • Hər hansı bir dəyişiklik, spontan hərəkətlər, ağrıya reaksiya, ətrafların tonusu və refleksi, həmçinin Babinski simptomu qeyd edilməlidir. 

Glasgow Koma Şkalası Bal Gözün açılması Spontan 4  Danışığa 3 Ağrıya 2 Reaksiya yoxdur 1 Hərəkət reaksiyası Göstərişləri yerinə yetirir 6 Ağrını göstərir 5 Aörıdan qaçır 4 Ağrıdan bükülür 3 Ağrıdan dartılır 2 Reaksiya vermir 1 Şifahi reaksiya Müvazinətli 5 Çaşqın 4 Uyğunsuz 3 Anlaşılmayan 2 Reaksiya yoxdur 1 Ümumi 3–15 "?> 

 

Glasgow Koma Şkalası  (GCS)
Kriteriya   Qiymət 
Göz qapaqlarının açılması  Spontan 4
Səsə reaksiya  3
Təzyiqə reaksiya  2
Mənfi  1
Şifahi reaksiya  Yönləndirilmiş  5
Anlaşılmaz 4
Sözlərlə 3
Səslə  2
Mənfi  1

 

Hərəki reaksiya

Göstərişləri yerinə yetirir 6
Lokal  5
Normal əyilmə  4
Anormal əyilmə 3
Dartılma  2
Mənfi  1
Ümumi    3–15 xal

Təcili hallar 

 

Həyati təhlükə daşıyan bayılmaların səbəbi 

  1.   Beyin yırtığına və beyin kötüyünün sıxılmasına səbəb olan və surətlə inkişaf edən kəllədaxili proses. 
    • Huş birdən itir
    • Bəbəklər assimetrikdir: biri genişlənmiş və sabitdir (okulomotor sinirin parezi)
    • Bu neyrocərrahiyyə tələb edən haldır, və baş təcili TK edilməlidir.
  2. Artan kəllədaxili təzyiq 
    • Pasientdə başağrı, öyümə və papilyar staz baş verirsə, bu ocular fundidir.
    • Bu neyrocərrahiyyə tələb edən haldır, və baş təcili TK edilməlidir
  3.  Laxtalanma əleyhinə dərman qəbul edən pasientlər və ya əksinə, qanaxmaya meyilli pasientlərdə (hemofiliya) bayılma   .
    • Tipik əlamətlərə yerli nevroloji simptomlar və ayıqlıq dərəcəsindəki dəyişikliklər aiddir
    • Əksi sübut olunmayanadək, beyinə qansızma ehtimal edilir 
    • Bu neyrocərrahiyyə tələb edən haldır, və baş təcili TK edilməlidir
  4. Bazilyar tromboz 
    • Tipik əlamət və simptomlara, spazm, zəif ayıqlıq, ayqın olmayan nitq, göz hərəkətlərinin pozulması, hemiprez və ya tetraparez
    • Bu nevroloji haldır, və baş təcili KT + KT angioqrafiya (anju) və ya maqnit rezonans tomoqrafiyası + MRT angioqrafiya edilməlidir.
  5. Bakterial meningit 
    • Tipik əlamət və simptomlara, konfuziya, qızdırma, ənsə hissədə bərklik, tutmalar və dəridə dəyişiklik (petechia (nöqtə şəklində dəri altı qanamalar)) aiddir.
    • Müalicə dərhal baçladılmalıdır. Diaqnoz, beyin onurğa iliyi mayesinin (+qan kuıturası) nəticələri əsasında qoyulur.

Laboratoriya müayinəsi 

Nevroradioloji müayinə 

Digər müayinələr 

 

Əlaqəli mənbələr

 

 

Yuxarıya