Koqnitiv funksiyaların, yəni məlumatın işlənməsi və davranışın tənzimlənməsi geniş, daim dəyişən neyron şəbəkənənin aktivliyinə əsaslanır.
Neyropsixoloji pozuntular şəxsin koqnitiv funksiyalarının, yəni məumatın işlənməsi və davranışında dəyişiklik mənasını verir.
Pozuntunun təbiəti tənzimlənmə mərkəzinin zədələnməsinin və ya beyin funksiyasının zəifliyinin yerləşdiyi yerdən asılıdır.
Neyropsixoloji pozuntular müxtəloif ağırlıq dərəcəsində ola bilər, keçici və ya davamlı ola, bir funksiya ilə məhdudlaşa və ya bir neçə koqnitiv funksional sahəni əhatə etməklə geniş şəkildə ortaya çıxa bilər.
Beynin disfunksiyası və ya zədələnməsi xəstənin koqnitiv və emosional performansında və davranışında müvəqqəti və ya davamlı dəyişikliklərə səbəb ola bilər. Neyropsixoloji simptomların ağırlığı dəyişkəndir və təsvir olunan neyropsixoloji simptomların təbiəti beyin disfunksiyasının yerilə assosiasiya olunur. Koqnitiv performansda zəif və güclü tərəflər tez-tez olur, hansı ki, nevroloji xəstəlikdən daha çox şəxsi koqnitiv profilin bir hissəsi ola bilər.
Ümumi neyropsixoloji simptomlar
Adətən xəstəliyin kəskin fazasında ortaya çıxır.
Ümumi koqnitiv performansa təsir edir.
Yorğunluq
Konsentrasiyada dəyişiklik
məlumatın işlənməsində yavaşıma
Spesifik neyropsixoloji pozuntular
Verbal disfunksiya və ya afaziya Baxın
Oxuma, yazma və hesablama qabiliyyətinin pozuntuları
Artıq qazanılmış bacarıqlarda müxtəlif dərəcəli disfunksiyalar görmə qabiliyyətinin azalması, hərəki idarəetmənin zədələnməsi və ya məhdud təhsil kimi faktorların nəticəsi deyildir. Onlar beyin disfunksiyası və ya spesifik ilkin öyrənmə pozuntularının təzahürləri ilə əlaqəli ola bilər.
Oxuma və yazma çətinlikləri adətən verbal pozuntuları ilə assosiasiyada ortaya çıxır, lakin onlar həmçinin qeyri-verbal neyropsixoloji simptomlarla assosiasiya oluna bilər.
Əlavə olaraq, onlar ilkin spesifik öyrənmə pozuntuları kimi ortaya çıxa bilər.
Vizual (görmə) qavramanın pozuntuları
Görmə aqnoziyası
Vizual məlumatın tanınması və interpretasiyasında çətinlik
Obyektlərin müşahidəsində ümumi pozuntu kimi və ya üzlər, hərflər və ya rənglər kimi xüsusi obyektlərin müşahidəsində məhdudlaşma kimi ortaya çıxa bilər.
Aqnoziya hissi orqanların normal işləməsinə baxmayaraq məlumatın tanınması və interpretasiyasında çətinlik mənasını verir. Müxtəlif hissi modaalıqlarda özünü göstərə bilər. Gördüyünün tanınmasında çətinlik (görmə aqnoziyası) Eşitdiyinin tanınmasında çətinlik (eşitmə aqnoziyası) Toxunduğunun obyektlərin tanınmasında çətinlik (somatosensor aqnoziya)
Məkan qavramasının pozulması
Məkanın (nisbi) qavranmasında çətinlik aşağıdakılarda çətinlik kimi ortaya çıxa bilər
yerləşdiyin yerin təyin edilməsi, istiaqmət və məsafənin qiymətləndirilməsi
ətraf-mühitin dərk edilməsi.
Görmə-konstruktiv pozuntular
Bir neçə koqnitiv funksiyaların (məkan qavraması, planlaşdırma bacarığı / icraedici funksiyalar və hərəki funksiyalar kimi ) cəlb olunmasını tələb edən ayrı-ayrı komponentlərin bir tamlıqda birləşdirməsi bacarığında çətinlik
Bir neçə koqnitiv funksiyaların pozuntuları və ya bir neçə beyin sahələrinin pozuntularının nəticəsi kimi üzə çıxa bilər.
İradi hərəkətlərin pozuntuları, apraksiya
Apraksiya iradi hərəkətlərin pozulmasıdır. bu hərəki və ya hissi funksiyalarda çətinlik və ya ümumi koqnitiv vəziyyətlə əlaqəli olan problemlər ilə bağlı deyil.
Ən geniş yayılmış pozuntu qolların və ya üz sahəsinin apraksiyasıdır.
Əşyaların istifadəsi və məqsədyönlü hərəkətlərin/müxtəlif pozalarda duruşların yerinə yetirilməsində çətinliklər kimi ortaya çıxır.
Yaddaş pozuntuları
Baxın .
Yaddaş pozuntuları nevroloji xəstələr arasında ən geniş yayılmış koqnitiv simptomdur.
Yaddaş birlikdə paralel işləyən çoxlu hissəvi sistemlərdən ibarətdir. Yaddaş mərhələli şəkildə işləyir.
Yaddaş sisteminin müxtəlif hissələrində və ya yaddaş prosesinin müxtəlif mərhələlərində yaddaş itirilə bilər.
Problemin tipi və ağırlığı beyin zədələnmiş sahəsindən asılıdır.
Yaddaş pozuntuları yadda saxlamanın yüngül pozuntularından qısamüdddətli yaddaşın ciddi pozuntularına qədər dəyişə bilər.
Amnestik sindrom zamanı qısamüddətli yaddaşın anteroqrad geniş şəkildə itirilməsi müşahidə olunur, hansı ki, hissəvi və ya tam, keçici və ya davamlı, stabil və ya proqressiv ola bilər.
Müxtəlif altdayatan beyin patologiyaları ola bilər. Yaddaş pozuntuları beyin disfunksiyasının ən geniş yayılmış koqnitiv simptomları arasındadır. Yaddaş pozuntuları mülayim problemlərdən ciddi yaddaş pozuntularına qədər dəyişir. Amneziya yaddaş hissəvi və ya tam, keçici və ya davamlı, stabil və ya proqressivləşən itirilməsi mənasına gəlir. Yaddaş sisteminin müxtəlif hissələrində və ya yaddaş prosesinin müxtəlif mərhələlərində yaddaş itirilə bilər.
Diqqətin pozuntuları
Diqqət huşun aydın olması, motivasiya, əhval-ruhiyyə, qəbul olunan dərmanlar, psixotrop maddələrin istifadəsi, nisbi gərginlik (stres), yaş və bacarıq (təhsil) səviyyəsi kimi bir çox faktorlardan asılıdır.
Diqqət pozuntuları nevroloji xəstəliklər və zədələnmələr olan xəstələrdə tez-tez rast gəlinir.
Onlar yaddaşın istiqaməti, davamlılığı və ya bölüşdürülməsində və ya seçici diqqətdə ortaya çıxa bilər.
Bunlar yaddaş pozuntularına əlavə olaraq ən geniş yayılmış koqnitiv simptomlar arasındadır. Onlar yaddaşın istiqaməti, davamlılığı və ya bölüşdürülməsində ortaya çıxa bilər. .
Qıcığa qarşı laqeydlik
Zədələnmənin əksinə olaraq funksiya və qavrama sahəsində stimulun qeyd edilməsi və reaksiya verilməsində çətinlik
Sağ yarımkürədə zədələnmə olan xəstələrdə daha çox rast gəlinir
Daha çox görmə (vizual) qavraması sahəsində rast gəlinir (vizual laqeydlik)
Eşitmə (eşitmə aqnoziyası) və taktil (taktil aqnoziya) stimullarının qavranmasına da təsir edə bilər.
Əlavə olaraq, öz bədənini qavramağa da təsir edə bilər.
Simptomlara tez-tez vizual yaddaş problemləri, görmə-məkan və ya görmə-konstruktiv problemlər və yaxud simptomlarla bağlı bələdliliyin və icraedici funksiyaların çatışmazlığı kimi digər neyropsixoloji pozuntular daxildir.
İcraedici funksiyaların pozulması
İcraedici məlumatın işlənməsi tək hadisəni komplekslə əlaqələndirən, məqsədyönlü fəaliyyət və çevik tənzimləmə və şəraitdən asılı olaraq fəaliyyətin dəyişməsi prosesləridir.
Ön alın payı öz qabıqaltı yol birləşmələri ilə birlikdə vacib rol oynayır.
İcraedici funksiyaların pozuntuları aşağıdakı sahələrdə üzə çıxa bilər:
təşəbbüs və motivasiya
davranışın idarə edilməsi
məlumatın işlənməsinin idarə edilməsi.
İcraedici (məqsədyömlü fəaliyyət) funksiyaların pozulması digər koqnitiv funsiyalara təsir edə bilər.
Sol yarımkürənin zədələnməsi
Sağaxay şəxslərdə və bir çox solaxaylarda sol yarımkürə dominantdır.
Nitq funksiyasının pozuntuları
Nitq produksiyası, təkrarlanması və ya qəbul edilməsində çətinlik
Nitqin qəbul edilməsində (başa düşülməsində) çətinlik
Nitq konseptual bacarıqların pozuntuları
Konseptual düşünmədə çətinlik
Ad deməkdə çətinlik
Oxuma, yazma və hesablamada çətinlik
Nitq (verbal) yaddaşında çətinlik
Qolların iradi idarə edilməsində çətinlik və ya apraksiya
Görmə-konstruktiv funksiyalarda çətinlik
Sağ yarımkürədə zədələnmə
Görmə qavramasında çətinlik
Görmə-konstruktiv çətinliklər
Məkan qavramasının çətinlikləri
Sol qavrama sahəsinə laqeydlik
Görmə diqqətində çətinlik
Qeyri-verbal yaddaşın pozulması
Simptomlara qarşı laqeydlik
Emosional dəyişiklik
Ənsə sahəsinin zədələnməsi
Görmə qavramasının pozuntuları
Obrazların tanınmasında pozuntu və ya aqnoziya
Yaddaş pozuntuları
Beynin ön (frontal) sahələrinin zədələnməsi
İcraedici funksiyaların pozuntuları
Məlumatın işlənməsinin pozuntuları
Davranışın idarə edilməsi
Təşəbbüs və motivasiya
Diqqətin tənzimlənməsində çətinlik
davranışın tənzimlənməsində çətinlik
İşlək (operativ) yaddaşın pozuntuları
Davranışın idarə edilməsində dəyişiklik
Emosiya və şəxsiyyətin dəyişiklikləri
Neyropsixoloji simptomlarla müşayiət olunan xəstəliklər
Ürək-damar sistemi xəstəlikləri
Beyin travması
Proqressivləşən beyin xəstəlikləri
Dağınıq skleroz
Parkinson xəstəliyi
Beyin şişləri
Epilepsiya
Beynin iltihabi xəstəlikləri
Anoksiya vəziyyətləri
Psixoaktiv madddə istifadəsi xəstəlikləri
Psixi xəstəliklər
Ürək xəstəlikləri
Yuxu pozuntuları
Neyropsixoloji müayinə
Göstəriş ola bilər
diferensial diaqnostika etmək üçün
xəstənin vəziyyəti və ehtiyacları ilə onun performansının təsvir edilməsi
İşləmək bacarığı və performans qabiliyyətini qiymətləndirmək
Reabilitasiya şərtləri və ehtiyacı ilə bağlı qiymətləndirmə və planlaşdırma
İş və təhsilin planlaşdırılması
xüsusi problemlərin həlli üçün.
Sürücülük bacarığının qiymətləndirilməsi
Hüquqi yetkinliyin qiymətləndirilməsi
Koqnitiv funksiyaların, yəni məlumatın işlənməsilə bağlı funksiyalar, onlarda hər hansı dəyişikliklər və qorunmuş funksiyaların qiymətləndirilməsi.
Müayinələrdə performansların dəyişiklikləri heç də həmişə beyin funksiyasının pozuntusunu göstərmir.
Əhval-ruhiyyə və ya yorğunluq kimi psixi performansa təsir edən faktorların qiymətləndirilməsi.
Neyropsixoloji müayinə əldə olunmuş anamnez, söhbət, müşahidə və müayinə və qiymətləndirmə nəticələrinin keyfiyyətcə və normativ interpretasiyasına əsaslanır.
Adətən xəstənin həkiminə yönəldilməklə edilir.
Neyropsixoloji reabilitasiya
Neyropsixoloji müayinəyə əsaslanaraq tibbi reabiltasiyanın bir hissəsi
Məqsəd beyin zədələnməsi səbəbindən məlumatın işlənməsi və davranışda dəyişikliklərdən yaranan ziyanın azaldılmasıdır.
Multidisiplinar reabilitasiyanın bir hissəsi formasında və ya tələb olunan yeganə reabilitasiya forması ola bilər.
Həmişə hərtərəfli neyropsixoloji müayinəyə əsaslnaır və neyropsixoloq tərəfindən həyata keçirilir.
Tək və ya qrup şəklində və reabiliyasiya mərkəzi və ya ambulator şəkildə həyata keçirilə bilər.
Neyropsixoloji reabilitasiyaya diaqnostikanın vaxtından, neyropsixoloji simptomlar və xəstənin ümumi vəziyyətindən asılı olaraq koqnitiv reabilitasiyanın müxtəlif metodları, psixoedukasiya və psixi və psixososial dəstək daxildir.
Xəstənin emosional və psixososial vəziyyətini nəzərə alaraq koqnitiv pozuntular, davranış dəyişiklikləri və simptomlara bələdlilik hədəfə alınır. Xəstə üçün koqnitiv reabilitasiya və psixi dəstək mədsədi olan müdaxilələr daxildir.