Uzanmış epileptik qıcolmanın və epileptik statusun müalicəsi
EBM Klinik protokolları
28.08.2017 • Sonuncu dəyişiklik 28.08.2017
ReettaKälviäinen
Əsas məqamlar
Huşun itirilməsi ilə müşayiət olunan uzanmış qıcolma ləngidilmədən tibbi yardım tələb edən həyati təhlükəli təxirəsalınmaz vəziyyətdir.
Beş dəqiqədən artıq davam edən epileptik qıcolma yaxınlaşan epileptik status kimi müalicə edilməlidir.
Huşun itirilməsi ilə müşayiət olunan qıcolma 30 dəqiqədən artıq davam etdikdə ölüm və əlillik riski artır. Mümkün qədər effektiv olan erkən müalicə proqnoza təsir göstərə bilər.
Epileptik status (ES) xəstəxanada müşahidənin aparılmasını və etioloji səbəblərin araşdırılmasını (baş beyinin radioloji görüntüləməsi, serebrospinal maye analizləri, əlavə laborator analizlər), eləcə də kəskin vəziyyət aradan qalxdıqdan sonra davamlı terapiyanın aparılmasını tələb edir.
Məlum epilepsiyası olan pasiyentdə uzanmış qıcolma qeyd olunduqda adətən nevroloq tərəfindən əsas dərman müalicəsinin intesivləşdirilməsinin və mümkün digər tədbirlərinin nəzərdən keçirilməsi məqsədəuyğundur.
İlk yardım üçün dərmanlar
Epileptik hücumların əksəriyyəti qısa müddətlidir (4 dəqiqədən az çəkən) və spontan olaraq kəsilir. İlk tibbi yardım zamanı dərman müalicəsi yalnız hücum spontan olaraq bir neçə dəqiqə ərzində dayanmadıqda və ya pasiyent əvvəlki hücumdan bərpa olmadan residiv hucum qeyd olunduqda tələb olunur. Buna görə də, epilepsiyası olan yaşlı xəstələr onlara davamlı qəbul üçün təyin edilmiş dərman preparatı ilə yanaşı özləri ilə daim gəzdirilən və yardımçı şəxs tərəfindən verilən hansısa əlavə dərmanlara ehtiyac duymurlar.
Uzanmış epileptik qıcolma riski olan epilepsiyalı pasiyent üçün transbukkal midazolam və ya rektal diazepam ilk tibbi yardım dərmanı kimi təyin edilə bilər. Hər iki dərmana ailə üzvü və ya pasiyentə baxan müntəzəm köməkçi şəxs tərəfindən nəzarət tələb olunur. Bu dərmanlar epilepsiyalı böyük yaşlı pasiyentlərin müntəzəm müalicəsinə daxil deyil, lakin yalnız uzanmış qıcolmaların və ya epileptik statusun meydana çıxdığı və onların tətbiqi üçün fərdi göstərişlərin təmin edilə bildiyi hallarda istifadə olunur. Həmçinin, ilk tibbi yardım üçün dərman vasitələri həmçinin venadaxili preparatların istifadəsi mümkün olmayan tibb bölmələrində də istifadə olunur.
Venadaxili diazepam və ya lorazepam təxirəsalınmaz tibbi yardım üçün seçim dərmanıdır. "?>Lorazepam daha uzun müddətli təsirə malikdir, lakin diazepam ilə müqayisədə daha az əlçatandır.
Rektal təyin edilən diazepam əvəzinə transbukkal midazolam ilk tibbi yardım dərmanı kimi istifadə edilə bilər (səlahiyyətli təşkilatların dərmanların təyini ilə bağlı xüsusi qaydalarına diqqət yetirin). Hər iki dərmana ailə üzvü və ya pasiyentə baxan müntəzəm köməkçi şəxs tərəfindən nəzarət tələb olunur. Bu dərmanlar epilepsiyası olan böyük yaşlı pasiyentlərin müntəzəm müalicəsinə daxil deyil, lakin yalnız uzanmış qıcolmaların və ya epileptik statusun meydana çıxdığı və onların tətbiqi üçün fərdi göstərişlərin olduğu hallarda istifadə edilir. Həmçinin, ilk tibbi yardım vasitələri venadaxili dərmanın yeridilməsinə imkan olmayan tibb bölmələrində də istifadə edilir."?>
İlk 10 dəqiqə
Həyati funksiyaların qorunması və nəzarət edilməsi
Hava yolunu açın, oksigen verin və əgər lazımdırsa hava yolunun keçiriciliyini təmin edin
Həmçinin, dərman təyini zamanı və təyindən sonra da pasiyentin diqqətlə təqib edilməsi lazımdır.
Tiamin 100 mq vena daxilinə (hipoqlikemiyanın korreksiyasından əvvəl yeridilir)
Qanda qlükozanın səviyyəsini yoxlayın (ekspres test) və hipoqlikemiyanı müalicə edin.
Venadaxili yeridilməsinə üstünlük verilməklə, 5-10 mq şırnaqla (və ya rektal yolla) diazepam və ya 4 mq lorazepam 2 dəqiqə ərzində verilir.
Transbukkal 10 mq midazolam və yaxud rektal 10 mq diazepam ilk tibbi yardım dərmanı kimi istifadə olunur. Təxirəsalınmaz yardım şəraitində midazolamın venadaxili dozası transbukkal yolla və ya püskürdücü qurğu istifadə edərək intranazal təyin oluna bilər.
Anamnez və klinik müayinə
Laborator analizlər: trombositlərin sayı da daxil olmaqla qanın ümumi analizi, qan zərdabında C-reaktiv zülal, natrium, kalium, kreatinin, antiepileptik dərmanların konsentrasiyaları, intoksikasiyanın qiymətləndirilməsi üçün qanın analizi
10-40 dəqiqə davam edən konvulsiyalar
Əgər qıcolma 10 dəqiqədən artıq davam edirsə və artıq bir neçə benzodiazepin dozası verilibsə, yaxud qıcolma gün ərzində 3 dəfə təkrarlanırsa, fosfenitoin dərman vasitəsinin (ProEpanutin®) yükləyici dozası təyin edilir. Fosfenitoin fenitoinin pro-dərmanı olaraq bədəndə fenitoinə transformasiya olunur. Fosfenitoin suda həll olur və buna görə venaların daha az qıcıqlanmasına səbəb olur. ProEpanutin® istifadədən öncə fenitoin ekvivalentinin (FE) 25 mq/ml maksimum konsentrasiyasına kimi (1,5-25 mq FE/ml) durulaşdırılmalıdır. İnfuziya sürəti 150 mq FE/dəqiqə, ümumi doza isə 18 mq/kq-dır.
Əgər konvulsiyalar kəsilmirsə diazepamı 5 mq dozalarda təkrar edin. Maksimum doza 30 mq venadaxilidir. Yaxud ilk dozadan 5-10 dəq keçdikdən sonra 4 mq dozada lorazepamı təkrar verin. Hər iki dərmanın təsiri 2-3 dəqiqədən sonra başlanır. Diazepamım təsir müddəti yalnız 15-30 dəqiqə, lorazepamda isə 12-24 saatdır.
Əgər lazımdırsa əlavə olaraq venadaxili fosfenitoin 7–10 mq PE/kq verin. Əgər pasiyent fenitoinə qarşı allergiyalıdırsa venadaxili bolyus şəklində 15-20 mq/kq dozada valproat turşusu preparatı (infuziya sürəti 200 mq/dəq) verin və bundan sonra isə 1-2 mq/kq/saat dozada davam edin. Yaxud 5-15 dəqiqə ərzində 20 mq/kq dozada (böyüklər üçün maksimum doza 2000 mq) levetirasetam preparatı verin və 24 saat ərizndə iki yerə bölünmüş saxlayıcı doza (40 mq/kg/24 saat, maksimum dosa 4 000 mq/24 saat) ilə davam edin.
Levetirasetam preparatı 0,9%-li natrium xlorid məhlulu, ringer-laktat məhlulu və ya 5%-li qlükoza məhlullarından birinin 100 ml-də durulaşdırılır.
40 dəqiqədən artıq davam edən konvulsiyalar (qıcolmalar)
Pasiyent midazolam, propofol və ya tiopental istifadə etməklə ümumi anesteziyanın təmin edilə bilməsi mmükün olduğu intensiv terapiya bölməsinə köçürülür.