Böyüklərdə meningit
EBM Klinik protokolları
28.08.2017 • Sonuncu dəyişiklik 28.08.2017
ElinaKolhoSariAtula
Böyüklərdə meningit
Əsasları
- Baş ağrısı, yüksək hərarət və boyun sərtliyi olan xəstədə həmişə bakterial meningitdən şübhələnilməlidir. Bu simptomlara həmçinin, şüur səviyyəsinin azalması da daxil ola bilər.
- Kəskin bakterial meningitin antimikrob müalicəsinə dərhal başlamaq lazımdır.
- Bakterioloji etiologiya yaranan kimi, müalicə etiologiyaya uyğun aparılır.
- Aseptik meningit bakterial meningitdən daha çox yayılmışdır. Onun simptomları daha zəifir və çox nadir hallarda şüurun pozulmasına səbəb olur.
- Yavaş irəliləyən meningit boyun sərtliyi olmasa belə ümumi simptomlara və şuür pozğunluğuna səbəb ola bilər.
Kəskin xəstəxanadankənar qazanılmış bakterial meningit
- Böyüklərdə ən mühüm səbəblər meninqokokk (Neisseria meningitidis) və pnevmaniyadır (Streptococcus pneumoniae).
- Daha nadir törədicilərə qızılı stafilokokk (Staphylococcus aureus), qram neqativ çöplər və listerioz daxildir.
Simptomlar
- Yüksək hərarət
- Baş ağrısı
- Boyun sərtliyi
- Bulantı və ya qusma
- Ürəkkeçmələr
- Meninqokok xəstəliyində petexiya və endotoksik şok"?>
- Şüurluluq səviyyəsinin azalması
- Meninqokok xəstəliyində petexiya və endotoksik şok
- Üç klassik simptom, yəni, hərarət, boyun sərtləşməsi və şüur səviyyəsinin azalması yalnız xəstələrin yarıdan azında müşahidə olunur.
- Aşağıdakı simptomların ən azı ikisi xəstələrin 95%-də müşahidə olunur: baş ağrısı, hərarət, boyun sərtliyi və şüur səviyyəsinin azalması.
- Boyun sərtliyinin olmaması meningit olduğunu istisna etmir.
- Çox gənc və ya çox yaşlı xəstələrdə simptom mənzərəsi adi haldan fərqli ola bilər: bakterial meningitin yeganə əlaməti şüur səviyyəsinin azalması ilə müşahidə olunan və ya olunmayan pis ümumi vəziyyət ola bilər.
Diaqnoz
- Klinik şəkli
- CRP (C reaktiv zülal) konsentrasiyası artır.
- Antimikrob müalicəyə başlamazdan əvvəl onurğa beyin mayesi nümunəsi və qan kulturası ilə bağlı iki nümunə əldə olunmalıdır.
- Nümunə götürmə imkanı olan bir obyektə qədər olan məsafə uzun olarsa, nümunələri götürməzdən əvvəl antimikrob müalicə başladılır.
- Başın kompüter tomoqrafiyası maye nümunəsi götürülməzdən əvvəl göstərilərsə və ya iynə vasitəsilə aşağı hissədə onurğadan mayenin götürülməsi zamanı əks təsir baş verərsə qan nümunələrinin götürülməsindən dərhal sonra antimikrob müalicə başladılır (məsələn, trombosit sayı < 50 × 109/l).
- Onurğa beyin mayesi qeyri-şəffafdır. Diferensial ağ hüceyrə sayı, qlükoza, zülal, bakteriyanın rənglənməsi və bakteriyanın əkilməsi yoxlanılır. "?>
- Onurğa beyin mayesinin müayinəsi
- Onurğa beyin mayesinin müayinəsi qeyri-şəffaf olarsa böyük ehtimalla bakterial meningitdir.
- Diferensial ağ hüceyrə sayı, qlükoza, zülal, bakteriya rənglənməsi və bakteriya əkilməsi yoxlanılır.
Səciyyəvi onurğa beyin mayesi tapıntıları
Müalicə
- Antimikrob müalicə həmişə, təxirə salınmadan başladılır.
- Nevmokok meningitindən şübhələnildiyi təqdirdə 55 yaşdan yuxarı xəstələr üçün antimikrobun ilkin qəbulundan 15 dəqiqə əvvəl 4 gün müddətinə başladılan deksametazon 10 mq × 4 damardaxili (0.15 mq/kq × 4)
- Seftriaksion 2 q × 2 damardaxili və vankomisin 15 mq/kq × 2 damardaxili empirik müalicə kimi başladılır.
- Əgər xəstədə listeriya infeksiyası ilə bağlı risk faktorları olarsa (50 yaşdan yuxarı, alkoqolizm, immunetitin azalması) ilkin empirik müalicə ftriakson 2 q × 2 damardaxili, vankomisin 15 mq/kq × 2 damardaxili və ampisillin 2 q × 6 damardaxili müalicədən ibarətdir.
- Törədici və onun antimikrob həssaslığı müəyyən olunan kimi müəyyən antimikrob müalicə seçilir.
- Törədicinin pnevmakok olmadığı aşkar olunarsa deksametazon dayandırılır.
- Test götürmənin həssaslığını nəzərə alaraq meninqokok və ya pnevmokok meningitlə bağlı ya G-pensilin 4 milyon IU × 6 damardaxili və ya setriakson 2 q × 2 damardaxili istifadə oluna bilər.
- Listeriya meningitdə 2 mq/kq damardaxili (gentamisin) başlanğıc dozası ilə birləşdirilmiş ampisillin 2 q × 6 damardaxili istifadə oluna bilər və dəstəkləyici doza kimi gündə 3 dəfə 1.7 mq/kq damardaxili; pensillinə allergiyası olan xəstələrdə meropenem 2 q × 3 damardaxili alternativ müalicə hesab olunur.
- Stafilokok meningitdə kloksalin 2 q × 6 damardaxili.
- Escherichia coli tərəfindən səbəb olunan meningit test götürmənin həssaslığı nəzərə alınmaqla seftriakson 2 q × 2 damardaxili üsul ilə müalicə oluna bilər.
-
- Əgər etiologiya meninqokokkdursa müalicənin başlanmasından 24 saat ərzində profilaktik antimikrob müalicəsi və damcı izolyasiyası aşağıdakılar üçün tövsiyyə olunur:
- ailə üzvləri
- hər-hansı uşaq bağçasında digər uşaqlar və kadrlar
- xəstənin ağız və ya boğaz sekresiyaları ilə təmasda olan şəxslər
- xəstənin ağız və ya boğaz sekresiyaları ilə müdafiəsiz təmasda olan səhiyyə işçiləri
Profilaktik müalicə
- Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün:
- tək oral doza kimi siprofloksasin 750 mq və ya
- tək oral doza kimi azitromisin 500 mq və ya
- tək əzələdaxili doza kimi seftriakson 250 mq və ya
- 2 gün müddətinə rifampisin 600 mq × 2 oral şəkildə
- 12 yaşdan aşağı uşaqlar üçün:
- Əgər törədici meninqokok peyvənddə istifadə olunanla eyni serotip olarsa, onda həmçinin, profilaktik müalicə alan eyni şəxslərin peyvəndlənməsi həyata keçirilir. Tək gözlənti profilaktik müalicənin həyata keçirildiyi səhiyyə işçiləridir. Peyvəndləmənin təcili olmadığını nəzərə alsaq o, birinci pasiyentin xəstələnməsindən sonra 4 həftə ərzində verilə bilər.
Müalicənin müddəti
- Müalicənin minimal müddəti aşağıdakı kimidir
Kəskin viral meningit (aseptik meningit)
- Bakterial meningitdən 3-4 dəfə çoxdur. Əsas törədicilər koksaki və ECHO virusları kimi enteroviruslardır.
- Peyvəndləmə proqramları səbəbindən parotit (qulaqdibi) xəstəliyinə nadir rast gəlinib.
- Şiddətlənmə vaxtı adətən, payız və qışın əvvəlidir.
- İnsan İmmunodefisit Virusu (HIV) infeksiyasının ehtimalı kəskin, öz-özünə sağalan meningit zamanı nəzərə alınmalıdır.
- Böyüklərdə aseptik meningitin residivinə səbəb olan törədici adətən Sadə Herpes Virusu (HSV) -2-dir.
Simptomlar
- Bunlar bakterial meningitdə olduğundan daha yavaş inkişaf edir və xəstənin ümumi vəziyyəti aşkar şəkildə daha yaxşı olur.
- Baş ağrısı
- Bulantı və qusma
- Əzginlik
- Boyun sərtliyinə çox rast gəlinir, lakin, mütləq deyil.
- Çaşqınlıq, şüur pozğunluğu və beynin ocaqlı (fokal) simptomları simptom şəklinin bir hissəsi deyil (şübhəli ensefalit, beyin absesi və ya bakterial meningit).
Diaqnoz
- Klinik şəkli ən vacibdir.
- CRP (C reaktiv zülal) konsentrasiyası çox hallarda normaldır və ya yalnızca bir az yüksəlir.
- Bakterial meningitin qarşısını almaq məqsədilə lümbal punksiya istəkdən asılı olaraq aparılır.
- Onurğa-beyin mayesi təmiz olsa belə, bakteriya rənglənməsi və əkilməsi üçün nümunələrin götürülməsi tövsiyyə olunur. Tüberküloz rənglənməsi və əkilməsi istəkdən asılı olaraq həyata keçirilir.
- Bundan əlavə, zəruri hesab edildikdə, potensial sonrakı virusoloji müayinə üçün 2 ml onurğa mayesi saxlanılmalıdır.
- CRP (C reaktiv zülal) adətən, normaldır. "?>
Səciyyəvi onurğa beyin mayesi nəticələri
Müalicə
- Simptomlardan asılı olaraq əvvəlcə maye müalicəsi ilə.
- Ürəkbulanma üçün metoxlopramid, baş ağrısı üçün NSAID (qeyri-steroid iltihab əleyhinə preparatlar).
- Müvafiq müalicə obyekti ilə bağlı qərar xəstənin ümumi vəziyyəti və yekun diaqnoza əsaslanmalıdır. Xəstənin vəziyyəti və şəraitdən asılı olaraq evdə baxım da həmçinin, nəzərə alınmalıdır.
- Simptomlar davam edərsə və ya daha da kəskinləşərsə, təkrar diaqnostik qiymətləndirməyə ehtiyac yaranır.
Yarımkəskin və xroniki meningit
Səbəbləri
Simptomları və müalicəsi
- Hərarət, baş ağrısı, əzginlik
- Boyun sərtliyi olmaya bilər.
- Bu xəstələr müayinə və müalicə üçün kifayət qədər resursları olan xəstəxanaya aparılmalıdır.
Vərəmli meningit
- Bu gün bu hal çox nadir baş verir; lakin, nəzərdə saxlanmalıdır, çünki, erkən müalicə proqnoz üçün mühüm əhəmiyyət daşıyır.
- Vərəmli meningitdən şübhələnildikdə xəstə xəstəxanaya göndərilməlidir.
- Yaxın zamanlarda müalicə olunmuş vərəm ilə bağlı tarixçə təmin oluna bilər, lakin, vacib deyil.
- Simptomlar adətən 1-2 həftə ərzində yavaş-yavaş inkişaf edir. Simptomlara şüurun buludlaşdırılması, şəxsiyyət dəyişiklikləri, meningeal simptomlar və kəllə-beyin parezi daxildir.
- Müalicə xəstənin şüurunun pozulmağa başladığı andan gec başlamamalıdır.
Onurğa beyin mayesi nəticələri
- Nəticələr azalmış (<2 mmol / l) qlükoza konsentrasiyası və artan zülal konsentrasiyası istisna olmaqla, viral meningitdə (mononuklear pleositoz) olduğu kimidir. Qlükoza konsentrasiyasının qiymətləndirilməsi zamanı qanda qlükozanın səviyyəsini də nəzərə almaq lazımdır.
- Onurğa beyin mayesinin adenozin deaminazası (ADA) konsentrasiyası ≥ 10 vərəmli meningit xəstəliyi olduğunu göstərir.
- Xəstədə xüsusilə, qlükoza infuziyası olduğu halda ilkin olaraq qlükoza konsentrasiyası normal ola bilər."?>
- Əgər kultura əsaslı təsdiqin müalicə qərarlarında istifadəsi həddən artıq gec olacaqsa diaqnostik problemlər Sil–Nelsen üsulu ilə rəngləmənin etibarlı olmamasından qaynaqlanır.
- Onurğa beyin mayesinin PCR (polimeraz zəncir reaksiyası) analizi mikobakteriyalarla bağlı onurğa beyin mayesi rəngləməsindən daha çox həssaslığa malikdir (yalnız 5-30%-də pozitiv). Test nəticəsi bir-neçə günə çıxır.
- Döş qəfəsinin rentgenoqrafiyası həmişə, vərəmi nəzərə almaqla qiymətləndirilir. Klinik tapıntılar və laboratoriya və görüntü araşdırmalarının nəticələrini nəzərə alsaq vərəm rəngləmələri və əkilmələri həmçinin, bəlğəm və sidikdə həyata keçirilir.
Digər tədqiqatlar
Vərəm rəngləmələri və əkilmələri həmçinin, bəlğəm və sidikdə həyata keçirilir. Döş qəfəsinin rentgenoqrafiyası vərəm nəzərə almaqla həyata keçirilir. "?>
Müalicə
- Müalicə vərəmi həmişə, vərəm meningiti şübhəsi nəzərə alınmaqla başladılmalıdır, çünki, əkilmənin nəticəsinin əldə olunması vaxt aparır.
- Müalicə 4 antimikrob vasitənin birləşməsindən ibarətdir. İlk sırada dayanan dərmanlar pirazinamid, rifampisin, izoniasid və etambutoldur. Deksametazon həmin, müalicəyə daxil edilir.
- Müalicə müddəti adətən 12-24 aydan çox deyil. Müddəti həm xəstəliyin şiddətindən, həm də törədicinin dərmanlara həssaslığından asılıdır.
- Neyrocərrahi müalicə xəstəyə hidrosefaliya diaqnozu qoyulduqda vacib əhəmiyyət kəsb edir.
Funqal meningit
Onurğa beyin maye tapıntıları
- Vərəm meningitində olanlarla oxşardır, lakin, hüceyrə tərkibinə həmçinin, polimorfonuklear leykositlər də daxil ola bilər.
- Diaqnoz onurğa beyin mayesindəki göbələklərin aşkarlanmasına əsaslanır (yaxma, kultura, antigen və ya nuklein turşusunun aşkarlanması).
Digər tədqiqatlar
Başın MRT müayinəsi, kriptokok antigen, Aspergillus PCR, ilkin ocaqdan biopsiya nümunələrinin götürülməsi və müəyyənləşdirilməsi və ya mərkəzi sinir sistemi ocağından beyin biopsiyası"?>
Borrelia meningit
- Laym xəstəliyi ilə əlaqəlidir, erkən neyoborreliozun mümkün təzahürüdür
- Xronik miqrasiyəedici eritema dəri səpgisi ilə müşayiət oluna bilən gənə dişləməsindən 1-2 ay sonra simptomların şiddətlənməsi.
- Dişləməyə məhəl qoyulmaya bilər və yaxud dəri səpgisi həmişə olmur.
Simptomlar
- Yavaş-yavaş artan boyun və kürək ağrısı
- Baş ağrısı və əzginlik
- Bəzi xəstələrdə boyun sərtliyi olur.
- Kəllə beyin parezi tez-tez baş verir, əksərən, üz iflici.
- Sinir kökləri və ya periferik sinirlərdə meydana gələn gövdə və ya ekstremitələrdə nevralgiya və ya parez baş verə bilər.
Onurğa beyin mayesi tapıntıları
Müalicə
Meningitin digər xroniki növləri
- Bunlardan əksəriyyəti beyin qişasına yayılan ikinci dərəcəli sifilis və neyrosarkoidoz, eləcə də, karsinoma və limpfoma ilə əlaqəli meningitdir.
- Sifilis üçün ən müvafiq testlər bunlardır: zərdab treponemal anticisim testi, onurğa mayesinin treponema pallidum hemaqqlütinasiya sınağı (TPHA), zərdab və onurğa mayesi anti-kardiolipin anticisim testi və onurğa mayesi FTA-ABS.
- Bədxassəli hüceyrələrin olub-olmaması yalnız onurğa beyin mayesinin sitoloji müayinəsi ilə müəyyən oluna bilər.