Adətən 50-70 yaşlarında, orta hesabla 62 yaşında başlayır.
Xəstəlik zamanı müşahidə edilən hərəki simptomlar niqrostriatar sinir ötürücü yolunda neyronların destruksiyası və bununla əlaqədar zolaqlı cisimdə dofaminin azalması nəticəsində yaranır.
Əksər hallarda etiologiya naməlumdur. Nadir hallarda səbəb genetik defekt ola bilər ki, bu xəstəliyin 50 yaşdan əvvəl meydana çıxmasına səbəb ola bilər.
Həmçinin Parkinsona-bənzər simptomlar Parkinsonizm Plyus adlandırılan sindromlar üçün xarakterdir (aşağıda bax).
Yatrogen ikincili parkinsonizm antipsixotik dərmanlar və ya metoklopramid (metoclopramide) preparatından istifadə edən pasiyentlərdə geniş rast gəlinən əlavə təsirdir.
İkincili parkinsonizmin digər, nadir səbəblərinə zəhərlənmə (karbon monooksid, manqan, MFTP (metilfenil-tetrahidropiridin), metanol) və baş beyin qan dövranı pozğunluqları, şişləri və zədələnmələri aiddir.
Simptomlar
Adətən başlanğıcda birtərəflidir. Pasiyent, tremor olmadan simmetrik ikitərəfli simptomlara malik olduqda, digər səbəblərdən şübhələnmək lazımdır.
Ən geniş rast gəlinən
Sakitlikdə tremor pasiyentlərin təxminən 75%-də (video )
Normal təzyiq ilə hidrosefaliya (aşağı ətraflarda ataksiya, sidik saxlamama)
Levi cisimcikləri ilə demensiya (erkən demensiya, hallüsinasinasiyalar)
Multi-infarkt sindromu (yaddaş və emosional pozğunluqlar, spastiklik və/və ya müsbət Babinski əlaməti, sakitlikdə tremor yoxdur).
Alsheymer xəstəliyi (ağır demensiya)
Dərman-səbəbli Parkinson xəstəliyi (adətən sürətli başlanğıc, tremor daha nadirdir)
Parkinsonizmə səbəb olan bəzi xəstəliklər (Levi cisimcikləri ilə demensiya, çoxsaylı sistem atrofiya, kortikobazal degenerasiya, proqressiv supranuklear iflic) erkən illərdə Parkinson xəstəliyindən həmişə əminliklə fərqləndiriə bilmir.
Müalicə
İxtiyari fiziki hərəkətlər, dərman preparatları və bəzən cərrahi əməliyyatdan ibarət olur.
Fiziki hərəkətlər funksional qabiliyyətin, oynaqlarda hərəkət balansı və sərbəstliyinin qorunması məqsədi daşıyır.
Müalicə, xüsusilə də cavan yaşlı pasiyentlərdə (məs., hələ əmək fəaliyyəti göstərən), uzunmüddətli müalicənin əlavə təsirlərinin minimuma endirilməsi məqsədilə nevrologiya mütəxəssisi tərəfindən tərtib etməlidir.
Dərman müalicəsi, yaş və digər xəstəliklərin nəzərə alınması ilə, fərdi qaydada seçilir.
Simptomlardan tam azad olma mütləq şəkildə müalicənin məqsədi kimi çıxış etmir.
Pasiyentlər dərman preparatlarının təsirləri barədə məlumatlandırılmalıdırlar. Həmçinin onların kontrol-baxış üçün həkim qəbulundan əvvəlki 2-3 gün ərzində dərman preparatları, qida və dərmanların effekti gündəliyini doldurması təşviq edilir.
Pasiyentin təlimatlandırılması üçün materiallar, həmçinin adaptasiya üçün təlimlər və reabilitasiya kursları mövcuddur. Onların regionunuzda mövcudluğu məsələsini araşdırın.
Dekarboksilaza inhibitoru (karbidopa (carbidopa), benserazid (benserazide)) ilə birgə istifadə edilir ki, bu mərkəzi sinir sistemindən kənarda levodopanın metabolizmini inhibə edir və beləliklə, periferik əlavə təsirləri azaldır.
İlkin dozalar kiçikdir (50 mq gündə üç dəfə), və doza aylar-həftələr ərzində pilləli şəkildə artırılır ki, bu müalicəyə alınan cavab və əlavə təsirlərdən asılıdır. İlkin fazada, gündəlik dozanın 400 mq-ı aşmaması tövsiyə edilir.
Sorulması fərdi olaraq dəyişkəndir, və çox zaman xəstəliyin proqressivləşməsi ilə daha yüksək dozalara tələbat yaranır.
Dərman preparatının qəbul qrafiki oyaq vəziyyətə uyğun planlaşdırılır. Müalicənin erkən mərhələlərində (ilk bir neçə il), pasiyentin oyaq qalma müddəti 7:00 və 22:00 arasındadırsa, dərman preparatı səhər saat 7 ərəfəsində, günorta, və axşam saat 5-də (təxminən 5 saatlıq intervallarla) qəbul edilməlidir.
Müalicənin ilk 1–2 ayı üçün, dərman preparatı qida ilə birgə (uyğunlaşma dövrü), sonralar isə, təsirinin başlanması və absorbsiyasının daha yaxşı və güvənli olmasının təminatı məqsədilə boş mədəyə, məs., yeməklərdən təxminən 30–45 dəq əvvəl qəbul edilir. Bəzi prolonqasiyalı təsirə malik preparatlar bu qaydadan kənara çıxır, belə ki, onlar pasiyent az miqdarda qida qəbul etdiyi halda bir qədər daha yaxşı sorulur.
Prolonqasiyalı təsirə malik preparatların biomənimsənilməsi standart preparatlarla müqayisədə təxminən 70%-dir, plazmada pik konsentrasiyaları nisbətən aşağıdır, effektin davam etməsi daha uzundur və təsirləri daha ləng başlayır (2 saat ərzində). Standart preparatların təsiri, udulmadan öncə çeynənilməmələri şərtilə, 45 dəqiqə sonra başlayır. Suda həll olan preparatların (Madopar Quick®) təsiri maksimal tez başlayır.
Preparat çox zaman rigidlik və hərəki pozğunluqlara qarşı effektlidir və əlavə təsirlər başlanğıcda tolerə ediləndir.
Antipsixotik preparatlar və metoklopramid effekti zəiflədir və dəmir preparatları dərmanın absorbsiyasını aşağı salır.
Levodopa ilə uzunmüddətli müalicə bir çox pasiyentlərdə diskineziya və ya distoniyaya səbəb olur. Dozanın aşağı salınması bu simptomları azaldacaq, lakin çox hallarda eyni zamanda Parkinson xəstəliyinin simptomları pisləşir. Digər tipik problem levodopa təsirinin davam etmə müddətinin qısalmasıdır (effektin tükənməsi - "wearing-off" ). Gün ərzində pasiyentin vəziyyətində fluktuasiyalar qeyd olunur.
Daha cavan pasiyentlər diskineziyaya daha həssasdır. Bu pasiyentlərdə müalicə müddətinin uzun olacağı gözlənildiyi üçün, məqsəd müalicəni monoterapiya şəklində istifadəsi zamanı diskineziya törətməyən dərmanlar ilə başlamaqdır (məs., MAO-B inhibitorları və dofamin aqonistləri). Levodopaya başlanılması çox zaman ertələnə bilir və ya ən azından sutkalıq doza azaldıla bilər.
Entakaponun ayrıca 200 mq-lıq tabletləri ilə yanaşı, levodopa, karbidopa və entakapon dərman maddələrinin bir tabletdə birləşdiyi kombinə olunmuş preparat da mövcuddur.
Antixolinergik dərman preparatlarının əlavə təsirlərinə bağlı bucaqlı qlaukomanın (müalicə edilməmiş) ağırlaşması, yaddaşın, hətta o zamanadək normal yaddaşa malik pasiyentlərdə zəifləməsi, görmə pozğunluqları, şüurun alaqaranlıqlaşması (pasiyent yaddaş defisitinə malik olduqda nəzərdə saxlanılmalı), ağızda quruluq, qəbizlik, sidik ləngiməsi (pasiyent prostat vəzi hipertrofiyasına malik olduqda yadda saxlanılmalı) aiddir.
Distoniya uzun müddət çəkən və bəzən xeyli ağrılı əzələ yığılmasıdır.
Levodopa müsbət effektə malik ola bilər; bununla yanaşı, dərman preparatının plazmada konsentrasiyasının yüksəlməsi və düşməsi ilə distoniyanın intensivliyi də arta bilər.
Səhər və ya gecələr meydana çıxan distoniya, uzun-müddətli təsirə malik olmaları ilə əlaqədar dofamin-reseptorları aqonistləri preparatları ilə müalicə edilə bilər, həmçinin yatmazdan öncə diazepam (diazepam) (5mq) qəbul oluna bilər.
Səhər, levodopanın maksimal sürətli effekti Quick® dərman forması ilə əldə edilə bilir.
Antiparkinsonizm dərman preparatları ilə assosiasiya olunan şüurun alaqaranlıqlaşması və hallüsinasiyalar.
Tez-tez ciddi problem təşkil edir.
Uzun-sürən xəstəlikdə və yaşlılarda, şüurun alaqaranlıqlaşması əksər hallarda koqnitiv funksiyada zəifləmə ilə korrelyasiya edir və həmçinin, levodopa xaricində antiparkinsonizm preparatlarının istifadəsi fonunda da meydana çıxır.