Gözdə və gözətrafında ağrı: həmçinin nəzər salın"?>
Kontakt linza istifadə edənlərdə xəstə göz: nəzər salın
Qırmızı göz
Şəklə baxın.
Konyunktival qızartı
Ən aydın şəkildə konyuktival forniksdə görünür; perikorneal sahə xarakterik olaraq açıq rəngdə qalır.
Adətən bilateral olur
Gözün müayinəsi zamanı konyuktiva hərəkət etdikdə genişlənmiş damarlar onunla birlikdə hərəkət edir.
Episklerit zamanı sklerada yasəmən rəngli damarlar görünür: bunlar, konyuktiva ilə birlikdə hərəkət etmirlər.
Ən çox rast gəlinən səbəb, mikrob (bakteriya, virus) və ya atopiyanın (şəkil) səbəb olduğu konyuktivitdir. Müxtəlif dərəcəli konyuktival ifrazata, gözdə yad cismə və ya yandırıcı\ağrılı hissiyata, allergiya zamanı isə qaşınmaya rast gəlinir.
Konyuktivalar, quru gözdə həmçinin qırmızı və asanlıqla qıcıqlanan olurlar.
Konyuktivit "?>
Perikorneal qızartı
Göyümtül qırmızı, buynuz qişanın ətrafında dairəvi sahə, unilateral.
Gözün ön siliar arteriyaları, buynuz qişa, qüzehli qişa və ya siliar cism, iltihabının əlaməti olaraq genişlənir.
Kəskin irit
İşığa qarşı həssaslıq, göz ağrısı
Kiçik və qeyri-müntəzəm bəbək
Görmə itiliyi pozulmuş ola bilər
Təzyiq zamanı ağrı"?>
Sulu göz
Kəskin bağlı bucaqlı qlaukoma
Okulyar bölgədə kəskin ağrı
Ürəkbulanma və qusma
Pozulmuş görmə itiliyi
Buynuz qişanın bulanıqlığı
Orta-ölçülü, reaksiya verməyən bəbək
Xəstə, işıqlandırılmış obyektin ətrafında rəngli dəlik görə bilər
Okulyar təzyiqin yüksəlməsini aydın bir şəkildə müşahidə etmək mümkündür. O, 50 mmHG qədər yüksələ bilər.
Yerli qızartı
Subkonyuktival hemorragiya (ekximoz)
Həm spontan olaraq, həm də travma nəticəsində yarana bilər. Travma qaynaqlı ekximozu, əksi sübut edilmədikdə perforasiya olaraq qəbul etmək lazımdır.
Yad cismin səbəb olduğu qızartı da həmçinin ən azından başlanğıcda yerli xarakter daşıyır.
Buynuz qişanın iltihabı (keratit) və xorası
Anomaliyanın mövcud olduğu istiqamətdə qırmızılıq
İşığa qarşı orta dərəcəli həssaslıq
Okulyar sahədə dəyişkən tipli ağrılara, bəzən də yad cism hissinə təsadüf edilir
Flüoressensiya ilə rənglənə bilən buynuz qişa xorası
Buynuz qişanın kiçik xoralarında göz qırmızı və ağrılı olur, görmə qabiliyyətində pozğunluq görülmür və buynuz qişada fluoressent-adsorbsiyalı xora görünür
Episklerit (şəkil)
Göz yaşında artım görülmür
Ağrı və yad cism hissi, bəzən də işığa qarşı həssaslıq
Palpasiyada yerli həssaslıq
1-2 həftə ərzində spontan olaraq sağalma
Qıcıqlı sulu göz və ya yad cism hissi
Qapaq kənarında itdirsəyi (hordeolum externum)
Xalazion-meybomi vəzisinin ətrafındakı qığırdağın proliferasiyası
Buynuz qişada və ya konyuktivada yad cism (şəkil)
Buynuz qişanın xorası və ya iltihabı
Trixiaz
Entropiya və Ektropiya
Quru göz, paradoksal olaraq təsadüfən bol miqdarda göz yaşının istehsalı ilə birgə təsadüf edilə bilər.