Yaşlı şəxslərdə təkrari göz simptomlarının mümkün səbəbi kimi göz qapaqlarının düzgün yerləşməməsi yadda saxlanmalıdır.
Konyuktivanın hipertrofiyası və ya buynuz qişanın xorası inkişaf etməmişdən əvvəl ektropion müalicə olunmalıdır.
Buynuz qişanın xorası inkişaf etməmişdən əvvəl entropion müalicə olunmalıdır.
Simptom və əlamətlər
Aşağı göz qapaqları daha çox prosesə qoşulur. Yaş artdıqca göz qapaqlarının birləşdirici toxuması yumşalır, piy toxumasının miqdarı azalır, dəri nazikləşir və onun elastikliyi azalır.
Entropion
Göz qapağı tərsinə çevrilmişdir. Kirpiklər daxilə çevrilir və buynuz qişaya sürtülür, bu isə ağrı və ya yad cisim hissiyatına, göz yaşının axması və konyuktivada qızarmaya səbəb olur.
Qıcıqlanma davam etdikcə ikincili infeksiyaya meyllilik yaradan buynuz qişada bulanıqlıq və xora inkişaf edir.
Vəziyyət adətən ahıl yaşla assosiasiya olunur.
Xornik infeksiya (məsələn, traxoma) səbəbindən daha gənc xəstələrdə (məsələn, imiqrantlarda) müşahidə oluna bilər.
Ektropion
Göz qapağı xaricə çevrilmişdir. Göz qapağının kənarı və ya bütün göz qapağı tərsinə çevrilmişdir. Konyuktivanın üzəri açıldığından o qıcıqlanır, eritematoz və hipertrofik olur.
Sonrakı fazalarda açıq qalmış konyuktiva və ya buynuz qişada xoralar inkişaf edir.
Aşağı göz qapaqlarının senil ektorpionu ən tez-tez rast gəlinən göz qapağı anomaliyasıdır.
Üz sinirinin iflici paralitik aşağı göz qapağında (göz qapaqlarının bağlanmasına cavabdeh olan m. orbicularis oculi əzələsi üz siniri ilə innervasiya olunur) paralitik ektropiona səbəb ola bilər.
Dəridə qabarlar qabarın gərilməsinə və bununla da aşağı göz qapağının ektropionuna səbəb ola bilərlər.
Müalicə
Həm entropion, həm də ektropionda xəstəyə simptomatik nəmləndirici müalicə təyin edilməlidir, hansı ki, buynuz qişanın qurumasını və kirpiklərin buynuz qişaya zədələyici təsirini azaldır.
Əgər göz açıq qalır və quruma problemi yenidən ortaya çıxırsa gecə gözün lent vasitəsilə tamamilə bağlanması mümkündür (məsələn, əgər xəstə palatada müalicə olunursa).
Lent vasitəilə dartılma entorpion simptomlarını müvəqqəti olaraq yünglləşdirə bilər; göz qapağını düzgün vəziyyətdə saxlamaq üçün kəpənək tipli lenləmə tətbiq olunur.
Entopion və ektropion cərrahi olaraq müalicə olunmalıdır. Əgər çevrilmə azdırsa əməliyyata ehtiyac yoxdur, lakin o simptomatik (qıcıqlanma, göz yaşının axması, qızartı, təkrari konyuktivit) olmağa başlayırsa əməliyyat göstərişdir.
Cərrahi əməliyyat erkən mərhələdə tətbiq edilməlidir.
Entropion buynuz qişa zədələnməmişdən əvvəl düzəldilməlidir.
Ektopion konyuktivanın hipertrofiyası inkişaf etməmişdən əvvəl düzəldilməlidir.