Metal mənşəli yad cismin səbəb olduğu paslı halqa da daxil olmaqla bütün yad cisimlər gözdən kənarlaşdırılmalıdır.
Simptomlar
Buynuz qişada yad cisim yuxarı göz qapağının altında yad bir cismin olması kimi hiss edilir.
Metal mənşəli yad cisim sürətlə korroziyaya uğrayır (şəkil). Bütün paslar kənarlaşdırılmalıdır, çünki onlar qıcıqlanmaya səbəb olur. Onlar həmçinin buynuz qişada çapığın əmələ gəlməsinə səbəb ola bilər.
Yad cisim kənarlaşdırıldıqdan sonra gözdə yad cismin olması hissi buynuz qişanın epitel qatının regenerasiya etməsinə qədər hələ 1-2 gün davam edir.
Əgər yad cisim buynuz qişanın mərkəzi hissəsində yerləşərsə, xəstədə görmə qabiliyyətinin müvəqqəti pozulması halı müşahidə edilə bilər. Buynuz qişanın mərkəzi hissəsinin yad cisimlərlə zədələnməsi zamanı normal görmə qabiliyyətinin bərpası buynuz qişannın epitelizasiyasından uzun çəkir, çünki yeni epitel qatının işıq keçiriciliyi yetkin epitel qatındakı kimi olmur.
Yad cismin kənarlaşdırılmasının texnikası
Xəstə arxası üstə uzanır.
Göz gözə damızdırılmış yerli anesteziya (oksibuprokain, tetrakain) vasitəsilə keyləşdirilir.
Böyüdücü şüşədən istifadə edilməlidir. Yad cismi və pası kənarlaşdırmaq üçün küt uclu iynədən istifadə edilməlidir.
Metal qırıntısının ətrafında formalaşmış pas kənarlaşdırılmalıdır.
Buynuz qişanın periferik nahiyyəsində yerləşən yad cismin kənarlaşdırılması mərkəzi nahiyyədə yerləşən yad cismin kənarlaşdırılmasından adətən daha ağrılı olur.
Növbəti müalicə
Əgər cüzi eroziya ocaqları qalıbsa, tək dozalı okulentum kifayət edir. Əgər buynuz qişanın bərpası gecikirsə, yerli antibiotiklər tətbiq edilməlidir.
Eroziyanın müalicəsi üçün antibiotik damcılarından (məs. xloramfenikol) və ya okulentumdan (3-4 gün ərzində gündə 3-4 dəfə) istifadə edilməlidir.
Gözü bağlamaq buynuz qişanın eroziyasının sağalmasını sürətləndirmir, lakin bu yolla göz qapaqlarının hərəkəti nəticəsində meydana gələn ağrıları azaltmaq mümkündür.
Eroziyanın residivləşməsinə yeni epitel qatının möhkəm birləşməsinin qarşısını alan xoranın müalicəsinin gecikdirilməsi səbəb olur. Buna bazal membranın anomaliyası, xoranın üzərinə gözün qırpılması və ya xoranın müalicə edilməsi üçün təyin edilmiş yerli anastetiklər səbəb ola bilər.
Oftalmoloq müayinəsinə göndəriş üçün əsas göstərişlər
Yad cisim və ya pas kənarlaşdırıla bilmədikdə göz gecə boyu yağlı tənzif ilə örtülə və növbəti gün kənarlaşdırılma prosesi yenidən təkrarlana bilər. Əgər gözdə əhəmiyyətli miqdarda pas qalıbsa, xəstə 1-2 günün ərzində oftalmoloq müayinəsinə göndərilməlidir (iş günündən sonra və ya həftə sonları təcili olaraq göndərilməsinə ehtiyac duyulmur).
Okulentumun ilkin tibbi yardım zamanı gözə kifayət qədər tətbiq edilməsi pasın daha asan kənarlaşdırılmasına kömək edir.