Əksər hallarda heç bir müalicə mümkün olmur. Xəstəyə izah edin ki, narahatçılıq olduğuna baxmayaraq yaranan hal zərərsizdir.
İzahı və Epidemologiyası
Tinnitus xarici eşitmə siqnalları olmadan eşitməni qəbul etmək ilə bağlıdır.
Subyektiv tinnitus yalnız xəstənin özü tərəfindən eşidilir. Obyektiv tinnitus stetoskopun olub-olmamasından asılı olmayaraq, həmçinin yoxlayan şəxs üçün də eşidilən olur. Obyektiv tinnitusa nadir hallarda rast gəlinir.
.Əgər tinnitus ürək döyüntüsünün ritmi ilə vurursa, bu halda ola bilsin damar anomaliyası nəticəsində yaranmışdır və xəstədə daha geniş analizlər aparılmalıdır.
Demək olar ki hər kəs həyatı boyunca keçici tinnitus yaşamışdır. Əhalinin təxminən 10%-də tinnitus davamlı və narahatvericidir.
.Ciddi tinnitusun yayılması ehtimalı təxminən 1%-dir. Yaşa dolduqda tinnitus xəstəliyinə daha çox rast gəlmək ehtimalı daha çoxdur.
Etiologiyası
Ən ümumi səbəbi səs-küydür. (işdə olan səs, musiqi, partlayış, atəşpəşanlıq və ya güllə səsi)
Etimologiyasından asılı olmayaraq Tinnitus əsasən eşitmə qabiliyyətinin sensoneyral və ya konduktiv itkisi ilə əlaqədardır.
Tinnitus adətən qulağın daxili zədələnməsi nəticəsində baş verir ki, bu da koklear sinirin fəaliyyətinin avtomatik artmasına və beyin tərəfindən səslərin yanlış qəbul olunmasına gətirib çıxarır.
Klinik forması
Dərk olunmuş səsin keyfiyyəti dəyişə bilər(tıqqıltı, dalğalı səs, pışırlı, sızıltı, fısıltı, vızıltı, küyültü və.s.)
Aşağı dərəcəli səs əsasən orta qulaq xəstəliyi və ya Miniere xəstəliyi ilə bağlı ola bilər.
Səsin dərəcəsi onun etiologiyasını müəyyən etmək üçün kifayət deyildir.
Tinnitus nəticəsində yaranan narahatlığın dərəcəsi də, yalnız səssiz ətraf mühitdə eşidilən tinnitusdan tutmuş həyatın keyfiyyətinə təsir edən tinnutusa qədər, dəyişir.
Tinnitus yuxuya getmə, əsəbilik, diqqəti tam toplaya bilməməlk və depresiya kimi hallarda çətinliklərə səbəb ola bilər.
Araşdırmalar və xəstəliyə yanaşma ilə bağlı göstərişlər
Tinnitusun xüsusiyyətlərini və xəstənin həyat tərzinə olan təsirlərini tam şəkildə aydınlaşdırın.
Tinnitusun başgicəllənməsi (vertigo) ilə əlaqəsi olub olmadığını soruşun (vertigonun diaqnozu və müalicəsi məqaləsinə bax)
Xəstənin güclü bir səslə üzləşdiyini və ya dərman qəbul etməsi barədə soruşun (məsələn, aspirin,valproic turşusu, ototoxic dermanı)
Qulaq pərdəsini analiz edin və onun mobilliyini yoxlayın
Weber və Rinnerin səs tonları ilə bağlı testlərini həyata keçirin
Audioqram
Birtərəfli koklear (sensorineyral) eşitmə pozğunluğunda akustik nevrinomanı nəzarətdə saxlamaq üçün daha geniş araşdırmalar tələb olunur. Xəstəni ENT(Qulaq, burun, boğaz) mütəxəssisinə yönləndirin.
Əgər xəstənin qulaq pərdələri normal vəziyyətdədir, lakin eşitmə qabiliyyətinin konduktiv itkisi müşahidə olunursa, xəstəni mümkün otosklerozu dəqiqləşdirmək üçün əlavə yoxlanışlara göndərin.
Əgər xəstənin eşitmə qabiliyyəti zədələnməyib və ya birtərəfli zədələnibsə, xəstəni əlavə yoxlanış üçün harasa yönləndirmək tinnitusun müalicəyə ehtiyac olub-olmadığından asılıdır. Adətən daha geniş yoxlanış zəruri olmur.
Müalicə
Xəstəliyin simptomlarının səbəb olduğu narahatlıqlar azaldıla bilər.
Xəstə ilə məsləhətləşməklə (simptomun birtərəfli xüsusiyyətini və ümumiliyini izah etməklə)
Ətraf aləmdə fon səsləri yaratmaqla, məsələn, radionu yanılı saxlamaq və ya şəxsi maqnitafondan istifadə etməklə
Bununla bağlı yaranan depresiyanı müalicə etməklə (Tinnitusun xəstənin həyat tərzinə etdiyi zərərli təsirləri azalmaq mümkündür)
Eşitmə vəsaitlərinə ehtiyacı olan xəstələrdə, səsin gücləndirilməsi tinnitusu unutmağa kömək edəcəkdir.
Müxtəlif farmakoloji müalicələrin faydası barədə əsaslı sübut olmasa da, aşağıdakı dərman vasitələri istifadə oluna bilər ki, bəzi hallarda bunlar faydalı ola bilərlər:
Qulağın daxilində qan dövranını gücləndirən dərman (məsələn, betahistine və ya pentoxifylline) və ya diuretics (Meniere xəstəliyində)
Əsəb sistemini normaya salan antipilepktik dərmanlar (carbamazepine)
əhval-ruhiyyəni qaldıran dərmanlar
Xəstənin həyat tərzini korlayan daha ciddi tinnitus hallarında səs terapiyası, təcridetmə terapiyası, və tinnitusun yenidən yaranmasının qarşısını alan terapiya kimi digər müalicə metodlarından istifadə oluna bilər.
Otoskleroz və damar anomaliyası zamanı cərrahi müalicə mümkündür.