Xarici otit
EBM Klinik protokolları
25.06.2018 • Sonuncu dəyişiklik 25.06.2018
MerviStarck
Əsas məqamlar
- Həm kəskin, həm də xroniki xarici otitlə mübarizədə atopik müalicə istifadə edilir; buraya xarici eşitmə kanalının (qulaq kanalı) tam yuyulması və qulaq damcılarının/mazın tətbiqi daxildir.
- Xəstəliyi doğuran və ağırlaşdıran səbəblər barədə xəstə məlumatlandırılmalıdır.
- Davamlı olduqda, göbələk infeksiyası, allergiya və bədxassəli şişlərin mümkünlüyü nəzərə alınmalıdır.
- Adi simptomları olan və ağrıdan əziyyət çəkən, eləcə də müalicəyə inad göstərmə hallarında xəstədə bədxassəli xarici otitin mümkünlüyü nəzərə alınmalıdır.
Təsir edən amillər
- Qulaq kanalını özü təmizləmə cəhdləri"?>
- Üzgüçülük və/yaxud çirkli suyun qulaq kanalına daxil olması (yayda kəskin xarici otit daha geniş yayılır)
- İsti və rütubətli atmosfer (isti iqlimli yerlərə səyahət)
- Atopik və digər allergiyalar, seboriyalı eqzema, psoriaz və digər dəri vəziyyətləri, həmçinin diabet
- Xroniki və bəzi hallarda kəskin, orta qulaq iltihabı
- Xarici otit həmçinin qızıl yel iltihabı və kəmərləyici dəmrov xəstəlikləri ilə əlaqələndirilə bilər.
Səbəb olan orqanizmlər
- Kəskin infeksiyanın ümumi səbəblərinə Göy irinli çöp və Qızılı Stafilokokk kimi qram-müsbət kokklar aiddir. Xroniki xarici otit xəstəliyinə adətən, qram-mənfi (məs. Göy irinli çöp) törədicilər və nadir hallarda, kandida göbələyi, yaxud aspergillotoksikoz növləri kimi göbələklər aid ediir"?>.
Tədqiqatlar
Kliniki kulturası
- Davam etmə müddəti və simptomların erkən başlanğıcı
- Adətən qulaq kanalının özünü manipulyasiyası, hər hansı travmalar, üzgüçülük, yaxud da qulağa su daxil olmasından sonra simptomlar artır"?>.
- Allergiyalar, dəri vəziyyətləri və diabet kimi sistemli xəstəliklərin keçmiş tibbi tarixi
- Qulağa və ya qulaq ətraflarına tətbiq olunan hər hansı dərmanlar və kosmetik preparatlar da xarici otitin artmasına şərait yarada bilər.
Müayinəsi və kliniki əlamətləri
- Cədvələ bax
- Kəskin xarici otit zamanı qulaq kütləşir, bəzən toxunanda ağrı verir.
- Xüsusən də, qulaq seyvanını hərəkət etdirdikdə və onun traqusunu basdıqda ağrı verir.
- Müayinə prosesini gücləndirmək və müalicənin effektliyini arırmaq üçün lazım gəldikdə qulaq kanalı ehtiyatla təmizlənməlidir. Əvvəlcə hər hansı çirk fiziki olaraq çıxardılır, daha sonra qulaq kanalı adi duzlu məhlulla yuyulur və sorularaq qurudulur.
- Kəskin xarici otit zamanı kanal keçəcəyi dərisi eritomatoz, nəm, şişkin və adətən irinli axıntılı olur. Qulaq kanalının yan tərəfində balaca irinli çiban da görülə bilər. Qulaq kanalı şişkin olduqda timpanik membran görünməyə bilər.
- Göbələk infeksiyası zamanı qulaq kanalında kif göbələyi müşahidə oluna bilər, yaxud da boz-qara membranla örtülmüş ola bilər.
- Prurit xroniki iltihabın əsas simptomudur. Dəri adətən, qalınlaşır və pulcuqlu olur"?>.
- Kəskin və ya xroniki xarici otiti uzaqlaşdırmaq üçün timpanik membranın vəziyyəti müəyyən edilməlidir. Timpanik membran əvvəl şişkin olduğundan yoxlanılmayıbsa, yenidən izlənilməlidir.
- Qulaq kanalı normal görünürsə, qulaq kütləşməsi/ağrısı üçün digər mənbələr,məsələn, temporomandibular oynağı və ya əsnək nəzərə alınmalıdır.
Kəskin və xroniki xarici otitin əlamətləri, simptomları və müayinəsi
| |
Kəskin xarici otit |
Xroniki xarici otit |
| Simptomun başlaması |
bir neçə saat - günlərlə |
Günlər, həftələr və ya aylar |
| Təsir edən amillər |
Qulaqların manipulyasiyası; qulağa su daxil olması; dəri vəziyyətləri |
Qulaqların manipulyasiyası; qulağa su daxil olması; dəri vəziyyətləri |
| Ağrı |
Bir az-sərtə doğru |
heç, bir az |
| Kanal keçəcəyi dərisi |
Şişkin, eritomatoz |
Qulaq kanalının keçəcəyində adətən müşahidə olunan pulcuqlu və bəzən də nazikləşmiş, yaralar olan, çapıqlı dəri |
| Axıntı |
İrinli |
Heç və ya təmiz |
| Analgeziya |
Əhəmiyyətli |
Adətən əhəmiyyətli olmur |
| Müalicə |
Antibakterial/qlükokortikoid damcılar, çox kəskin olmayan hallarda antiseptik vasitələr |
Damcılar, yaxud da maz şəkilndə qlükokortikoid monoterapiya, kəskin olmayan hallarda kanal keçəcəyi dərisinə qulluq |
Laboratoriya və vizual tədqiqatlar
- İltihablanma davam edərsə və ya xronikləşərsə, bakterial və göbələk müəyyən etmə proseduru qeyd olunur.
- Kəskin, qısamüddətli xarici otit və kəskin mastoiditi bir-birindən fərqləndirmək çətin ola bilər. Lakin, xarici otit zamanı orta qulaqda heç bir axıntı müşahidə olunmur. Mübahisəli hallarda qulaqların kompüter tomoqrafiyası (CT), qulaqların vizula yoxlanması nəzərdə tutula bilər.
Müalicəsi
- Qulaq kanalının diqqətlə və kifayət qədər tezliklə təmizlənməsi (aural dezinfeksiya) müalicənin əsas hissəsidir. Qulaq kanalı əvvəlcə mikroskopik sorma ilə kirlərdən təmizlənməlidir, daha sonra qulaq adi duzlu məhlulla yuyulur və sonda sorularaq qurudulur. Timpanik membran sağlamdırsa, yuma mayesi kimi tibbi spirtlə qarışdırılmış adi duzlu məhlul da istifadə edilə bilər.
- Sistemli əks təsirləri olmayan qulaq damcıları ilə yüksək yerli antibiotik konsentrasiyası əldə edilir. Müalicə 7–10 gün davam edir"?>.
- Çox şişkinləşmiş qulaq kanalı içərisinə lentçəkilli tənzif sarğı və ya atopik preparatla isladılmış qulaq fitili yerləşdirilə bilər"?>. Qulaq kanalı yenidən açılana qədər qulaq damcıları birbaşa fitilin üzərinə yeridilir və bu fitil gündəlik olaraq dəyişdirilir.
- Qulaq kanalı daxilindəki irinli çiban məsələn, yerli anesteziya ilə mirinqotomiya iynəsi köməyilə deşilməlidir.
- Xarici otit xəstəsi üçün effektiv analgetik preparat lazımdır.
Ototopik preparatlar
- Atopik preparatların istifadəsi zamanı dərmana müqavimətin artması çox nadir hallarda müşahidə olunur.
- Ayrı-ayrı atopik antibakterial preparatlar arasında cüzi fərq olması müşahidə edilir .
- Yüngül iltihablanma: antiseptik və bakteriostatik/fungistatik qarışığı, məs. tərkibində bor turşusu/etil spirti olan qulaq damcıları.
- Şişkin qulaq kanalı ilə əlaqədar olan kəskin infeksiya üçün iltihab əleyhinə vasitə və bakterisid qarışığı, məs. tərkibində siprofloksasin və qlükokortikoid olan qulaq damcıları tələb olunur. Həm qram-neqativ, həm də qram-pozitiv patogenlər əleyhinə seçilmiş terapiya effektiv olmalıdır"?>. Tərkibində oksitetrasiklin, polimiksin B və hidrokortizon qarışığı olan birləşmə alternativ vasitədir; lakin, bu preparat ototoksikdir və yalnız timpanik membran zədəsiz olduqda istifadə edilə bilər. Tərkibində həm klioxinol, həm də flümetazon pivalat olan qulaq damcıları qram-müsbət bakteriyalar və kandida göbələyi əleyhinə yeganə effektiv vasitədir.
- Atopik göbələk əleyhinə dərman yalnız göbələk infeksiyası üçün gərəklidir. Göbələk infeksiyaları adətən yüngül xarakter daşıyır və məs. tərkibində bor turşusu/etil spirti olan qulaq damcıları vasitəsilə atopik müalicəylə yanaşı, yaxşıca təmizləmə adətən, kifayət edir. Göbələk infeksiyası daha kəskin oluqda, dəri və ya xarici infeksiyalar üçün göstərilən göbələk əleyhinə mazlar və müvəqqəti dayandırma vasitələri istifadə edilə bilər.
- Xroniki xarici otit adətən, dərinin iltihablı reaksiyasıdır və heç bir infeksiya olmur. Prurit və şişkinlik üçün ən effektiv müalicə atopik qlükokortikoiddir"?>.
Sistematik qəbul edilən dərman vasitələri
- Kəskin infeksiya ilə bağlı ağrılar üçün iltihab əleyhinə analgetik preparat istifadə edilə bilər.
- Ətraf dəridə panikülit yayılıbsa sistematk antibakterial vasitəyə işarədir"?>.
Təkrarlanan və ya xroniki iltihablanma
- Xəstəyə qulaq kanalı içərisinə hər hansı bir əşyanın daxil edilməməsi tapşırılmalıdır.
- Prurit qlükokortikoidmaz və ya damcılarla nəzarət edilə bilər.
- Xarici otit zamanı qulaq kanalına su daxil olmamasına çalışmaq lazımdır. Xarici otitə meylli xəstələr daima xəbərdarlıqlara əməl etməlidir.
Mütəxəssis məsləhətinə dair göstərişlər
- Kəskin yerli ağrılar, aural dezinfeksiya üçün uöursuz cəhdlər, sistematik simptomlar və ya qulaq ətrafında yayılmış iltihab
- Diabet və yaşlılıq amilləri bədxassəli xarici otitə təsi edir"?>.
- Qeyri-normal toxuma forması ilə əlaqədar olan xarici otit
- Mikrobioloji araşdırmalar və müalicə cəhdlərinə baxmayara xroniki və təkrarlanan infeksiya
- Bir tərəfli xarici otit xüsusən də, yaşlı xəstədə bədxassəli şiş əlaməti la bilər.
Müvafiq mənbələr
- Kliniki göstərişlər
- Ədəbiyyat
Nussinovitch M, Rimon A, Volovitz B et al. Cotton-tip applicators as a leading cause of otitis externa. Int J Pediatr Otorhinolaryngol 2004;68(4):433-5. Roland PS, Stroman DW. Microbiology of acute otitis externa. Laryngoscope 2002;112(7 Pt 1):1166-77. Emgård P, Hellström S. A group III steroid solution without antibiotic components: an effective cure for external otitis. J Laryngol Otol 2005;119(5):342-7. Rosenfeld RM, Brown L, Cannon CR et al. Clinical practice guideline: acute otitis externa. Otolaryngol Head Neck Surg 2006;134(4 Suppl):S4-23. Pond F, McCarty D, O'Leary S. Randomized trial on the treatment of oedematous acute otitis externa using ear wicks or ribbon gauze: clinical outcome and cost. J Laryngol Otol 2002;116(6):415-9. Dohar JE, Roland P, Wall GM et al. Differences in bacteriologic treatment failures in acute otitis externa between ciprofloxacin/dexamethasone and neomycin/polymyxin B/hydrocortisone: results of a combined analysis. Curr Med Res Opin 2009;25(2):287-91. Guevara N, Mahdyoun P, Pulcini C et al. Initial management of necrotizing external otitis: errors to avoid. Eur Ann Otorhinolaryngol Head Neck Dis 2013;130(3):115-21. Hajioff D, MacKeith S. Otitis externa. BMJ Clin Evid 2015;2015():. Heward E, Cullen M, Hobson J. Microbiology and antimicrobial susceptibility of otitis externa: a changing pattern of antimicrobial resistance. J Laryngol Otol 2018;132(4):314-317.