Müalicənin əsas məqsədi zədələnmənin sağalmasını sürətləndirməkdir ki,
qulaq seyvanının xarici görününşü mümkün qədər saxlanılısın
qığırdaq açıq qalmasın.
Lidokain / adrenalin kombinasiyası qulaq seyvanının lokal anesteziyası üçün istifadə edilə bilər.
Müalicə
Qulaq seyvanı zədələnmələrinin müalicəsində aseptika qaydalarına ciddi riayət olunmalıdır. Əgər qığırdaq və ya qığırdaqüstü toxuma qatı (perixondriya ) açıq qalarsa, üzəri dəri ilə örtülməlidir. Mümkün qədər dəriyə qənaət edin.
Kiçik, təmiz, kəsik yaralar 5-0 -n-li monofilament sap ilə tikilə bilər. Kiçik yaralarda qığırdaq dəri ilə bərpa olunur, geniş yaralarda isə perixondriya bəzən 4-0 və ya 5–0 n-li sorula bilən sapla tikilməli olur.
Əziklər və çirklənmiş kəsik yaraları əvvəlcə mexanili olaraq təmizlənməli, sonra isə fizioloji məhlulla yuyulmalıdır. Əgər qulaq seyvanının hissələri kəsilməli olarsa, bunun daha yaxşı yolu pazabənzər kəsiklə icra olunmasıdır, belə ki, bu zaman pazın iti kənarı qulaq seyvanının mərkəzinə doğru yönəlir. Kəsiyin kənarları bir yerdə tikildikdə qulaq seyvanı öz orijinal quruluşunu saxlamış olur, lakin, əvvəlkindən daha kiçik olur. Ayaqlı loskut istifadə etməklə qulaq seyvanına daha çox dəri köçürülə bilər.
Müalicə ilkin yardım səviyyəsində icra oluna bilər:
bütün zədələnmələr qulaq sırğalığı nahiyəsində yerləşdikdə (qığırdaq olmadan)
qulaq seyvanının qığırdaq nahiyələrində olan zədələnməri zamanı qığırdağın heç bir problem olmadan üzəri örtülə bildikdə.
Daha sonrakı müalicə
Daha böyük yaralanmalarda qulaq seyvanının pambıq və sarğı istifadə edilməklə tikilməsindən sonra, onun öz təbii vəziyyətində saxlanılması məqsədəuyğundur.
Qığırdaq olan nahiyələrin yaralarının çirklənməsi şübhə doğurarsa, profilaktik olaraq antibiotiklər göstərişdir ( sefaleksin və ya amoksisillin + klavulon turşusu).
Pasiyentin tetanus əleyhinə peyvənd olunmasından əmin olun.
Dəri tikişləri 5 gündən sonra sökülə bilər.
Hematoma
Qığırdaq və perixondriya arasında olan küt yara hematomaya səbəb ola bilər. Qulaq seyvanında, adətən onun yuxarı hissəsində fluktuasiya edən və incə olmayan kütlə hiss olunur.
Aseptik şəkildə iynə və şpris istifadə etməklə hematomanı boşaldın. Prosedurdan sonra yaxşıca düzləndirilmiş sıxıcısarğı qoyun. Sıxılmaya kömək üçün baş üçün idman lentləri istifadə edilə bilər. Bəzən aspirasiya sonrakı bir neçə gün ərzində bir neçə dəfə təkrarlanmalıdır.
Şpris və iynə ilə aspirasiya edilə bilməyən köhnə hematoma aseptik olaraq kiçik kəsiklə boşaldıla bilər. Sıxıcı sarğı bu halda da tətbiq edilməlidir.
Müalicə olunmamış aurikulyar hematoma qığırdağın və bütün qulağın deformasiyasına səbəb olur.
Donmalar və yanıqlar
Qulaq seyvanının donma və yanıqlarının spesifik müalicəsi yoxdur. Ehtiyac olduqda, ikincili infeksiyanın aseptika və profilaktik olaraq antibiotiklərin (sefaleksin) istifadəsi ilə qarşısı alına bilər. Yüngül donmalar spontan olaraq sağalır. Ağır dərəcəli donmalar qulaq seyvanının bir hissəsinin rezeksiyasını tələb edən nekrozu ilə nəticələnə bilər. (ixtisaslaşdırılmış yardım zamanı )
Yanıqlar da digər nahiyələrin yanıqlarında olduğu kimi eyni prinsiplər üzrə aparılır.
Qulaq seyvanının perixondriti
İnfeksiya xarici qulağın zədələnmələri nəticəsində yarana bilər.
Bir simptom kimi kəskin ağrı olur. İltihablaşmış nahiyə üzərində dəri qırmızı, ağrılı və şişkin olur. Vəziyyət proqressivləşdikcə, perixondriya və qığırdaq arasında irin toplanır.
Bu vəziyyət ixtisaslaşmış yardım zamanı venadaxili mikrobəleyhinə müalicə aparılmasını tələb edir. Abses cərrahi yolla yarılır.
Əgər müalicə olunmazsa,infeksiya qığırdağın geniş yayılmış destruksiyasına və qulaq seyvanının ciddi deformasiyasına səbəb ola bilər.