Burun qanaxması (Epistaksis)

EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 29.11.2017
KarinBlomgren

Əsas məqamlar

Səbəblər və diaqnostik dəyərləndirmə

Residivləşən və ya xronik burun qanaxması

İlkin müayinə və müalicə

  1. Burunu təmizləyin: tamponları xaric edin, sorucu cihazdan istifadə edin və ya pasiyentdən güclü nəfəsvermə ilə laxtaları xaricə üfürməsini xahiş edin.
  2. Qanaxmanın mənbəyi ön rinoskopiya vasitəsilə təyin edilir: qanaxma mənbəyi hansı tərəfdədir; qanaxma mənbəyi burun arakəsməsi (Kisselbax zonası), burunun yuxarı hissəsi və ya burunun aşağı arxa hissəsindədirmi.
  3. Selikli qişaları anestetik-damardaraldıcı məhlul (lidokain (lidocaine) 40 mq/ml ilə  adrenalin (adrenaline) 1:1000, hər 5 ml məhlulda üç damcı) ilə büzüşdürün.
    • Böyük pambıq tamponu bu məhlul ilə isladın.
    • Tamponu təxmin edilən qanaxma nahiyəsi üzərinə qoyun, bundan sonra burun qanadları bir-birinə ən azı 15 dəq müddətində sıxılmalıdır.
  4. Artıq qanaxma sahəsi kiçik sancaq başı böyüklükdə laxta kimi və ya səthi qan damarları şəklində görünürsə, onu gümüş nitrat mirvarisi ilə yandırın (video ) və ya alternativ olaraq elektrokauterizasiya (bi- və ya monoqütblü rejimdə) aparın.
  5. Əgər qanaxma mənbəyini görmək mümkün deyilsə və qanaxma artıq dayanıbsa, qanaxma profuz deyildisə tamponun yeridilməsinə ehtiyac yoxdur. Pasiyentə qanaxmanın təkrarlandığı halda nə edilməli olduğu haqda yazılı təlimat təqdim edin.
  6. Qanaxma ön tamponada vasitəsilə dayanmadıqda, arxa tamponada həyata keçirilməlidir.
  7. Əgər qanaxma profuz idisə, qanda hemoqlobinin səviyyəsini təyin edin.

Uşaqda burun qanaxması

Pasiyentlər üçün ev şəraitində tibbi yardım üzrə təlimat

  1. Sakitləşin.
  2. Önə əyilmiş vəziyyətdə oturun ki, qan aşağı axaraq boğaza getməsin.
  3. Burundan laxtaları güclü nəfəsvermə vasitəsilə xaricə üfürün və burun qanadlarını burunun ön hissəsində ən azı 15 dəqiqə boyunca bir-birinə sıxın.
  4. Ağızda buz parçası və ya boynunuzun arxa hissəsinə qoyulmuş soyuq paket qanaxmanı saxlamağa kömək edə bilər.
  5. Qanaxma 15 dəq ərzində sıxılmanın tətbiqindən sonra dayanmamışsa, ən düzgün tədbir həkimlə əlaqə yaratmaqdır. Nəql edilmə müddətində, siz uzanmış vəziyyətdə yox, önə əyilmiş pozada oturmalısız.

Mütəxəssis konsultasiyası üçün göstərişlər

Təcili göndəriş

Planlı göndəriş

 

Müvafiq resurslar

 

 

Yuxarıya