Frontal sinusitdən xüsusilə frontal sinus bölgəsində üz ağrısı müşahidə edilən xəstələrdə şübhələnmək lazımdır. Şübhələr rentgenoqrammanın nəticələri ilə təstiqlənməlidir.
Hər bir yanaşı gedən maksillar (üst çənə) sinusiti effektiv bir şəkildə müalicə edilməlidir.
Digər növ sinusitlərlə müqayisədə frontal sinusit, daha asanlıqla ağırlaşa bilir. Ağır simptomlara malik xəstələr LOR mütəxəssisi tərəfindən müalicə edilməlidir.
Etiologiya
Kəskin sinusit adətən viral respirator infeksiyadan sonra inkişaf edir.
Çox sayda xəstələrdə eyni zamanda maksillar sinusitə də təsadüf edilir.
İnfeksiya frontal sinusa nazofrontal kanal vasitəsilə ön etmoidal sinuslardan yayılır. Nazik kanal asanlıqla infeksiya, allergiya və ya selikli qişanın digər qıcıqlanmaları nəticəsində obstruksiyaya uğrayır.
Nazofrontal kanal atmosfer təzyiqinin dəyişməsinə digər sinuslarla müqayisədə daha həssasdır. Bu səbəblə də dayvinq və ya uçuş zamanı frontal sinusitin meydana gəlməsi mümkündür.
Etioloji faktorlar və onların rast gəlmə tezliyi maksillar sinusitdə olduğu kimidir.
Bu, yeniyetmə və yetkinlik yaşına çatmış şəxslərin xəstəliyidir; ayrılmış frontal sinus yalnız 8-10 yaşlardan sonra formalaşır. Frontal sinusun ümumiyyətlə formalaşmaması halına da həmçinin təsadüf edilir (şəkil).
Simptomlar və diaqnoz
Xəstə frontal sinus sahəsində ağrıdan şikayət edirsə kəskin frontal sinusitdən şübhələnmək lazımdır.
Frontal başağrısı rinit və digər respirator trakt simptomlarından sonra meydana gələ bilər.
Həmçinin xəstənin dayvinq (və ya sualtı üzmək) və ya hava yolu ilə səyahət keçmişinə malik olması da mümkündür.
Simptomlara və nəticələrə görə şübhələnilən diaqnoz rentgenoloji müayinə üsulları ilə təstiqlənməlidir (şəkil).
Simptomlar
Xüsusilə frontal sinus bölgəsində mövcud olan üz ağrısı
İrinli rinit və ya mütəmadi postnazal irinli axıntı
Qoxu hissinin pozulması
Uzun bir müddət ərzində müşahidə edilən öskürək, rinit və ya burun tutulması
Yanaşı gedən maksillar sinusit həmçinin yuxarı köpək dişində və ya azı dişində ağrı kimi də təzahür edə bilər
Klinik müayinələr
Frontal sinus boyunca perkussiyaya həssaslıq
Frontal sinusun əsasında palpasiyaya qarşı həssaslıq
Rinitin ardınca ifrazat, selikli qişada ödem və burunda nəzərə çarpan eritema
Orta burun axacağında nəzərə çarpan irinli ifrazat
İrinli postnazal axıntı mümkün ola bilər
Rentgenoloji müayinə
Rengenoloji müayinə zamanı frontal sinusunda maye səviyyəsi sinusitin aydın bir əlaməti hesab edilir (şəkil).
Tamamilə qeyri-şəffaf (qarantılı) görüntü frontal sinusların inkişaf etməməsi kimi şərh edilə bilər ki, bu da diaqnozu gecikdirə bilər. Bu halda daha əvvəlki rentgenoloji müayinənin nəticəsi ilə müqayisə yardlmçı ola bilər.
Laborator analizlər ağırlaşmamış frontal sinusitin diaqnozu üçün əhəmiyyətli bir vasitə hesab edilmir."?>
Ağırlaşmaya işarə edən simptom və əlamətlər
Ümumi vəziyyətin pisləşməsi
İntensiv ağrı
Alında palpasiya edilə bilən kütlə
Göz qapağı ödemi
İkili görmə və ya göz hərəkətləri zamanı ağrı
Nevroloji simptomlar (çaşqınlıq, şüur səviyyəsinin aşağı düşməsi, meninqizm).
Müalicə
Kəskin frontal sinusitin müalicəsində tətbiq edilən birinci sıra antibakterial maddələr
amoksisillin 500-750 mq gündə iki dəfə
doksisilin; əvvəl 150-200 mq, daha sonra isə 100-150 mq gündə bir dəfə
gündə iki dəfə 750 mq sefaleksin və ya gündə iki dəfə 250 mq sefuroksim aksetil kimi birinci və ya ikinci nəsil sefalosporinlər.
Yanaşı gedən maksillar sinusit effektiv bir şəkildə müalicə edilməlidir, əsasən lavaj (yuyulma) vasitəsilə.
Dəstəkləyici müalicə
Qlükokortikoid sprey
Analgetiklər
Dekongestant burun damcıları (10 gündən artıq olmayaraq).
Göndəriş üçün göstərişlər
Təcili göndəriş
Ağırlaşmalardan şübhələnildikdə
Ciddi simptomlar (frontal ağrı)
Təyinat üçün müraciət
Müvafiq müalicəyə rəğmən frontal sinusit simptomlarının hələ də mövcud olması
Residivləşmiş frontal sinusit epizodları
Frontal sinusitdən əziyyət çəkən xəstələrdə nazal polipoz.