Ultrasonoqrafik müayinələr
EBM Klinik protokolları
11.09.2017 • Sonuncu dəyişiklik 11.09.2017
IlkkaKunnamo
Abdominal ultrasonoqrafiya
Pasiyentin hazırlanması
- Pasiyent, müayinədən 6 saat əvvəlcədən heç nə yeməməli, 2 saat əvvəlcədən isə heç nə içməməlidir''?>.
- Öd kisəsinin müayinəsi zamanı 6 saat əvvəlcədən heç bir şey yeməmək vacibdir, çünki yemək öd kisəsinin daralmasına səbəb olur. Digər təyinatlarda isə yemək və ya içməyin təsiri minimal dərəcədə olur və ya sıfıra bərabər olur.
- Təcili hallarda müayinə ön hazırlıq aparılmadan da həyata keçirilə bilər.
Yuxarı qarın boşluğu (abdomen)
- Bura qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi, dalaq, böyrək, aorta və retroperitoneal boşluq daxil olur (ətraflı məlumat üçün aşağıya nəzər yetirin).
Assit
- Klinik olaraq şübhələnilən assit təstiqlənə bilər. Assitin meydana gəlməsi ürək çatışmazlığı, qaraciyər sirrozu, nefrotik sindrom və ya şiş səbəbindən ola bilər.
- Məhdud assit, ən asan aypara şəklində bir maye toplantısı əmələ gətirdiyi sağ böyrəklə qaraciyər arasında təyin edilir.
Abdominal infeksiyalar
- Cərrahi əməliyyata dəqiq göstəriş olduqda kəskin infeksiyanın və peritonitin (qarın boşluğunda sərbəst maye və ya qaz) aşkar edilməsində ultrasonoqrafiya böyük rol oynayır. Peritoniti aşkar etmək çətin olur, çünki bağırsaq motorikasının azalması görünüşü hədsiz dərəcədə pisləşdirir.
- İntra-abdominal absesdən abdominal əməliyyatın və ya appendisitin ağırlaşması kimi şübhələnilərsə. Bununla yanaşı KT müayinəsi tez-tez tələb olunur.
- Uşaqlarda, cavan şəxslərdə və hamilə qadınlarda kəskin appendisitdən şübhələndikdə ultrasonoqrafiya ilkin müayinə üsulu hesab edilir.
- Ultrasonoqrafiya, qeyri-dəqiqliyi səbəbindən kəskin appendisitdən şübhələnildiyi hallarda rutin bir müayinə üsulu olaraq qəbul edilmir (iltihablı appendisiti adətən görmək mümkün olsa belə)''?>.
- Kəskin qarın üçün müayinə strategiyasında ultrasonoqrafiya ilə başlayıb daha sonra isə ultrasonoqrafiyadan neqativ və ya qeyri-müyyən nəticələr əldə edilmiş pasiyentlərdə KT müayinəsi ilə davam etmək ən əlverişli variant sayılır.
- Ultrasəs zondu ilə qarın yüngül şəkildə basıla bilər və bununla da ağrının daha dəqiq yeri aşkar edilə bilər (sonopalpasiya). Bu, məsələn, xolesistitin aşkar edilməsində faydalı hesab edilir.
Mədəaltı vəzi
- Yuxarı abdominal müayinəyə aid edilir.
- Göstərişlər
- Orta və ya ağır dərəcəli pankreatitdən şübhləndikdə
- Pankreatik psevdokistadan şübhələndikdə
- Pankreatik karsinomadan şübhələndikdə
- Mədəaltı vəzinin ultrasonoqrafiyası mədəaltı vəzin diaqnostikasında olduqca qeyri-həssasdır. Uzun müddət arxası üstə uznmaq bağırsaqlarda qazın yığılaraq retroperitoneuma əlverişsiz bir şəkildə kölgə salmasına səbəb ola bilər. Bəzən ayırd edilməsi çətin olan mədəaltı vəzinin müayinə edilməsinə kömək etmək məqsədilə müayinəni həmçinin digər pozisiyalarda da aparmaq tövsiyə edilir (müxtəlif istiqamətlərə əyilmək, oturmaq).
Qaraciyər
- Yuxarı abdominal müayinəyə aid edilir.
- Bütün qaraciyər xəstəlikləri: hepatomeqaliya, sirroz, şiş və metastaz, kista və abses, biliar obstruksiya, abdominal travma, sarılıq.
- Qaraciyərin sirrozu və yağlı dəyişiklikləri qaraciyərin exo (rezonans) intensivliyini artırır. Böyrəyin qabıq hissəsi qaraciyərlə oxşar sıxlığa malik olduğu üçün yaxşı bir görüş sahəsinə malik olur.
- Sirrozun diaqnostikasında ultrasonoqrafiyanın həssaslıq dərəcəsi aşağı olur. Qaraciyər zəif təyin edilən sərhədlərə və qeyri-bərabər exogenliyə malik olmaqla ölçüsü normadan kiçik ola bilər. Assit və kollateral damarlar terminal fazada aşkar edilə bilər.
Böyrək və böyrəküstü vəzilər
- Yuxarı abdominal müayinəyə aid edilir.
- Böyrək şişləri, kistalar, polikistik böyrək xəstəlikləri, hidronefroz (video) və travmaların diaqnostikası; uroqrafiyada müşahidə edilmiş lal böyrəyin (simptomsuz böyrək) müayinəsi.
- Böyrəküstü adenomalara tez-tez ultrasonoqrafiyanın köməkliyi ilə diaqnoz qoyulur (lakin inkar edilmir).
- Sidik yolları infeksiyasına malik uşaqlarda struktur anomaliyaları inkar etmək məqsədilə ilkin müayinə üsulu olaraq həyata keçirilir.
- Hazırlıq mərhələsinə ehtiyac duyulmur.
- Uşaqlarda təkrarlanan qarın ağrılarının qiymətləndirilməsi zamanı pasiyent, seçilmiş müayinədən 6 saat əvvəlcədən heç nə yeməməli, 2 saat əvvəlcədən isə heç nə içməməlidir.
Dalaq
- Yuxarı abdominal müayinəyə aid edilir.
- Splenomeqaliya (10-12 sm-dən çox) və abdominal travmalar zamanı yırtılmış dalaq. Ultrasonoqrafiya yırtılmaların aşkar edilməsində həssas bir müayinə üsulu hesab edilmir beləki, bu hallardan şübhələnildiyi zaman hətta nəticələr normal olsa belə klinik nəzarət, qeyri-müəyyən hallarda ultrasonoqrafiyanın təkrarlanması və digər vizualizasiya üsullarının (KT, MRT) tətbiq edilməyə hazır vəziyyətdə saxlanılması tələb edilir.
Öd kisəsi
- Ultrasonoqrafiya, biliar diaqnostikada həssas hesab edilən ilkin müayinə üsuludur: xolelitiaz və xolesistitdə.
- Öd kisəsinin xərçəngi, ultrasonoqrafiya vasitəsilə inkar edilə bilməz.
Sidik kisəsi və prostat
- Hematuriyanın müayinəsi, urinar retensiyanın diaqnostikası.
- Prostatın ölçüsü (video), prostatik düyünlər.
- Sidk ifrazından sonra qalıq sidik (; '?> video)''?>.
- Prostatın ölçüsü (şəkillər; video), prostatik düyünlər''?>.
- Hazırlıq: müayinə zamanı xəstənin sidik kisəsi tam dolu vəziyyətdə olmalıdır (qalıq sidiyin miqdarının ölçülməsi istisna olmaqla).
- Prostatın transrektal ultrasonoqrafiyası, prostatik xəstəliklərin qiymətləndirilməsi zamanı uroloq tərəfindən həyata keçirilən ən sadə müayinə üsulu hesab edilir.
Çanağın ultrasonoqrafiyası və hamiləlik zamanı ultrasonoqrafiya
Qan damarlarının uıtrasonoqrafiyası
Aorta
- Aorta anevrizmasının və diseksiyasının diaqnozu. Ölçüsü 3 sm-dən böyük olan anevrizmanın nəzarət altında saxlanılması tövsiyə edilir, ölçüsü 5 sm-dən böyük olan anevrizmalarda isə cərrahi müalicə nəzərdən keçirilməlidir.
Damar protezləri
- Cərrahi ağırlaşmalar: hematoma, anevrizma və ya abses.
Aşağı ətrafların kompressiyası və doppler müayinəsi
- Arteriyaların ''?> və aşağı ətrafların dərin venalarının obstruksiyası və okkluziyası
- Femoral və popliteal venaların venoz trombozu''?> (video). Baldır venalarının müayinəsi üçün ultrasonoqrafiya etibarlı bir müayinə üsulu hesab edilmir, lakin bir həftədən sonra təkrar olaraq həyata keçirilən müayinənin köməkliyi ilə hətta D dimer konsentrasiyası artmış pasiyentlərdə belə proqressiv trombozu inkar etmək üçün kifayət edir.
- Klinik diaqnozu aydın olmadıqda və ya trombozun qasıq nahiyyəsinə qədər inkişaf edib etməməsini qiymətləndirmək məqsədilə səthi tromboflebitdə (video) tətbiq edilir.
- Venaların varikoz genişlənməsi əməliyyatının planlaşdırılması zamanı səthi venaların funksiyası qiymətləndirilə bilər.
- Doppler qələmi adətən müayinənin aparılması üçün uyğun vasitə hesab edilir (video).
Karotid arteriayalar
- Karotid stenoz zamanı endarterektomiyadan sonra təkrari müayinənin həyata keçirilməsi məqsədilə tətbiq edilir.
- Həm ölçmə, həm də axın kriteriysına görə 50%-dən yuxarı olan bir stenoz adətən hemodinamik əhəmiyyətə malik olur.
Torakal ultrasonoqrafiya
Plevral və perikardial boşluq
- Plevral və ya perikardial effuziyadan şübhələndikdə.
- Pnevmotoraks zamanı ultrasonoqrafiya döş qəfəsinin rentgenoqrafiyasından daha həssas hesab edilir.
- Exokardioqrafiya (kardioloq tərəfindən həyata keçirilmiş) üçün nəzər yetirin.
Tiroid və paratiroid ultrasonoqrafiya
- Tiroid düyünlərinin ilkin müayinəsi (video).
- Hazırlığın aparılmasına ehtiyac duyulmur.
Ətrafların yumşaq toxumaları və oynaqları
- Əzələ və vətər zədələnmələrində cərrahi əməliyyata olan ehtiyacın qiymətləndiirlməsi (məs. rotator baldır, axilles vətəri, patellar vətər).
- Hematoma
- Baker kistası, bursal maye (bursitlərdə), peritendinit
- Sinovitin diaqnozu
- Qanqlionun diaqnozunun təstiqlənməsi
- Uşaqlarda qıç və ya çanaq ağrısı (bud-çanaq oynağının effuziyası).
Maksillar və frontal sinuslar
- Sinuskan® və ya oxşar cihazlardan istifadə etmək (video).
- Sinusitin diaqnozu, ehtiyac duyulduqda müalicənin gedişinin izlənilməsi.
- Həmçinin nəzər yetirin.
Xaya və epidimis
- Böyümüş və ya ağrılı skrotum (testis torsion və epididimit, varikosel, hidroselin differensial diaqnostikası [video], spermatosel [video], skrotal hernia, hematoma və ya kontuziya) və hər dəfə testikulyar şişdən şübhələnildiyi zaman.
- Kişi infertilliyinin müayinəsi zamanı.
Ultrasonoqrafiya ilə yönləndirilən biopsiya və punksiyalar
- Plevral maye (video) və assitin (video) punksiyadan əvvəl yeri təyin edilə bilər.
- Kistanın, hematomanın və absesin evakuasiyası''?>.
- Oynağın punksiya edilməsindən əvvəl sinovial mayenin aşkar edilməsi və yerinin təyin edilməsi, xüsusilə dirsək, topuq və bilək oynaqlarından diaqnostik aspirasiyanı asanlaşdırır. Xəstənin punksiyadan qorxduğu hallarda mayenin yerinin ultrasonoqrafiyanın köməkliyi ilə təyin edilməsi ilk cəhdin uğurlu olması mənasına gəlir.
- Kistanın evakuasiyası, hematoma və abses.
- Şübhələnilən şişin sitoloji və histoloji nümunəsi (məs. süd vəzi, tiroid vəzi) ultrasonoqrafik təlimatlar əsasında toplana bilər.
Həkim terapevt tərəfindən həyata keçirilən ultrasonoqrafik müayinələr
- Bəzi ultrasonoqrafik müayinələr hər bir həkim tərəfindən həyata keçirilə bilər, bəziləri isə xüsusi təlim keçmiş həkim terapevt və ya radioloq olmayan mütəxəssis tərəfindən həyata keçirilə bilər.
- Ultrasonoqrafiya, interpretasiyası mütləq müayinə zamanı aparılmalı olan dinamik bir müayinə üsuludur. İnterpretasiyanın müayinədən sonra əldə edilmiş çap materiallarına əsasən həyata keçirilməsi etibarlı sayılmır.
- Ultrasonoqrafiya müayinəsini həyata keçirdən həkim, mütəxəssis tərəfindəm təlimatlandırılmalıdır.
- Bəzi ultrasonoqrafik müayinələr hər bir həkim tərəfindən həyata keçirilə bilər, bəziləri isə radioloq olmayan, lakin xüsusi təlim keçmiş mütəxəssis tərəfindən həyata keçirilə bilər''?>.
- Pozitiv nəticə əhəmiyyətlidir (psiyenti yalnış pozitiv nəticə ilə ziyan yetirməmək üçün ehtiyyatlı olun): təcrübəsiz həkim tərəfindən həyata keçirilmiş ultrasonoqrafiyadan əldə edilmiş neqativ nəticələr müalicə edilə bilən xəstəliyin inkar edilməsində istifadə edilməməlidir.
Yerli təlimlərdən sonra hər bir həkim aşağıdakı müayinələri həyata keçirdə bilər.
- Punksiyadan əvvəl maye boşluğun ölçüsünü və pozisiyasını təyin etmək (sidik kisəsi, plevral boşluq, assit, abses, sinovial maye).
- Prostatik hiperplaziyaya uyğun farmakoterapiyanın planlaşdırılması zamanı qalıq sidiyin həcminin və prostatın ölçüsünün təyin edilməsi.
Ultrasonoqrafiya üzrə xüsusi təhsili olan həkim aşağıdakı müayinələri həyata keçirdə bilər.
- Yuxarı abdominal ağrıya malik pasiyentlərdə öddaşlarının və kəskin xolesistit əlamətlərinin axtarılması (öd kisəsinin divarının qalınlaşması, pozitiv sonopalpasiya).
- Sidik saxlamama simptomlarına malik pasiyentlərdə hidronefroz və ya sidik yolunun dilatasiyası əlamətlərinin axtarılması.
- Abdominal aorta anevrizmasının diaqnozu və ya inkar edilməsi.
- Perikardial effuziyanın aşkar edilməsi.
- Pnevmotoraksın aşkar edilməsi.
- Assit və ya intra abdominal qanaxmanın aşkar edilməsi (məs. anamnez və ya klinik təzahürə əsasən göndərişin tələb edilmədiyi yüngül, küt abdominal travmalı pasiyentdə).
- Dalağın ölçüsünün təqribi qiymətləndirilməsi (uzunluğun 10-12 sm-i keçməsi anormal olaraq qəbul edilir).
- Hidrosel və spermatoselin aşkar edilməsi.
- Maye boşluğu ilə digər dərialtı kütlələr arasındakı fərqlilik (məs. punksiyadan əvvəl ilkin müayinə kimi): abses, cərrahi yarada seroma. Beker kistası, qanqlion, süd vəzi kistası.
- Popliteal vena, femoral vena və ya səthi venalarda venoz trombozun inkar edilməsi və ya diaqnozu (obstruksiya olunmuş vena basılaraq sıxılmamalıdır).
- Hamiləlik zamanı bəzi ultrasəs müayinələri.
Adiyyatı mənbələr
- Koxran nəzəriyyələri
- Digər dəlillər icmalı
- Ədəbiyyat
Laméris W, van Randen A, van Es HW et al; OPTIMA study group. Imaging strategies for detection of urgent conditions in patients with acute abdominal pain: diagnostic accuracy study. BMJ 2009 Jun 26;338():b2431.