English
Ana səhifə
>>
EBM Klinik protokolları
>>
Radiologiya
Ultrasonoqrafiya ilə qalıq sidiyin həcminin müəyyənlənləşdirilməsi
EBM Klinik protokolları
11.09.2017
• Sonuncu dəyişiklik 11.09.2017
IlkkaKunnamo
Əsas məqamlar
Qısa müddətli təlimkursu keçdikdən sonra hər bir həkim və ya tibb bacısı qalıq sidiyin həcmini müəyyənləşdirə bilər (video
)
.
Həmçinin, satışda yalnız qalıq sidiyin həcmini müəyyənləşdirmək üzrə nəzərdə tutulan ultrasəs müayinəsi cihazları da mövcuddur. Bu cihazlar ölçməni kifayət qədər dəqiqliklə aparmağa qabildir. Lakin standart ultrasəs müayinəsi cihazı tibb mütəxəssislərini əhəmiyyətli dərəcədə çox məlumatla təmin edir və buna görə də onların istifadəsi tövsiyə edilir.
Göstərişlər
Sidiyi saxlaya bilməmək (sidik kisəsinin dolub daşmasını inkar etmək)
Ahıl yaşlı kişilərdə sidik ifrazı ilə əlaqəli simptomlar
Kişi xəstələrdə sidik yollarının infeksiyası
Qarnın aşağı hissəsində palpasiya oluna bilən kütlə
Qan zərdabında kreatinin səviyyəsinin artması (obstruksiyanı inkar etmək)
Aparılma texnikası
Pasiyent sidik ifraz edir.
Ultrasonoqrafiya datçikini köndələn vəziyyətdə saxlayın və sidik kisəsini maksimum ölçüdə göstərən bir görünüş tapın. Görünüşü donduraraq sidik kisəsinin horizontal (a) və vertikal (b) ölçülərini hesablayın.
Datçiki boylama vəziyyətə hərəkət etdirərək sidik kisəsinin maksimum boylama ölçüsünü (c) tapın və onu ölçün.
Qalıq sidiyin (təxmini minimal) həcmi = 0,6 × a × b × c"?>. Əgər ölçülər "sm" ilə verilibsə nəticə "ml" ilədir. Şəkillərə baxın və
.
Həcmin 100 ml-dən çox olması qeyri-normaldır. Həcmin 200 ml-dən çox olması adətən kişi pasiyentlərdə farmakoloji müalicəyə bir göstərişdir və həcmin 500 ml-dən çox olması hətta uzun müddətli retensiya (sidik saxlaması) halında da perkutan sistostomiyaya və ya kateterizasiyaya bir göstərişdir.
Prostat vəzinin həcmi eyni formulanı istifadə edərək ölçülə bilər (videolar və
, şəkillər
).
Dolu sidik kisəsinin müayinəsi
Əgər siz sidik kisəsinin punksiyası (video
) və ya perkutan sistostomiyadan (video
)
öncə
sidik kisəsinin vəziyyətini və dərinliyini müəyyən etməyə hazırlaşırsızsa pasiyentdən sidik ifrazına getməyi xahiş etməyin və ultrasonoqrafiya müayinəsini dolu sidik kisəsi ilə həyata keçirin.
Yuxarıya