Fetal alkoqol spektri pozğunluqları

EBM Klinik protokolları
20.03.2017 • Sonuncu dəyişiklik 20.03.2017
IlonaAutti-Rämö

Əsas məqamlar

Diaqnostik meyarlar

Dölün alkoqol təsirinə məruz qalması nəticəsində yaranan tipik simptomlar
Təzahürlər alkoqol təsirinə hansı miqyasda, dövrdə və tezlikdə məruz qalınmasından, həmçinin xarici qoruyucu və risk amillərindən asılıdır.
Fiziki
  • Orqanların malformasiyası: xüsusilə ürək, böyrəklər, MSS, skelet sistemini əhatə edən və gözün struktur anomaliyaları
  • Dizmorfik xüsusiyyətlər: göz yarığının xüsusilə qısa olması, dodaq çuxurunun inkişaf etməməsi, üst dodağın nazik olması, ovuc büküşlərinin anomaliyaları, qulaq mərcəyi anomaliyaları
  • Böyümənin ləngiməsi: mikrosefaliya, pre- və postnatal boy və çəki artımının qeyri-qənaətbəxşliyi, genetik şərtləndirilən  "böyüməni yaxalama" adlandırılan kompensator böyümənin olmaması
  • Skelet anomaliyaları: əyripəncəlik, skolioz, bazu önünün pronasiya/supinasiyasının məhdudluğu, klinodaktiliya
  • Duyğu orqanları: çəpgözlük, refraksiya pozğunluğu, eşitmə zəifliyi
Koqnitiv
  • Koqnitiv funksiyalar ağır inkişaf pozğunluqlarının olmasından normaya qədər variasiya edir
  • Reseptiv nitq bacarıqları ekspressiv nitq bacarıqları ilə müqayisədə çox zaman aşağı səviyyədədir
  • Öyrənmə qabiliyyətində spesifik pozğunluqlar, xüsusilə riyaziyyatda və mürəkkəb məntiqi düşüncə tələb edən məsələlərdə
  • İcraedici funksiyalarda problemlər: işlərin planlanması, başlanılması və tamamlanması, həmçinin bir fəaliyyətdən digərinə çətinliksiz keçidlə bağlı
  • Diqqətin cəmləşdirilməsi və saxlanılması ilə bağlı problemlər, və ya aydın qeyd olunan diqqətsizlik
  • Yaddaş problemləri
  • Koqnitiv funksiyaların pozğunluğu nəticəsində çətinliklər məktəb yaşınadək özünü biruzə verməyə bilər.
Davranış
  • Sosial qaydaları anlamaq və onlara riayət edilməsi ilə bağlı çətinliklər
  • Qaydaları (qanun, normalar) anlamaq qabiliyyətinin olmaması ilə əlaqəli davranış (qeyri-qanuni hərəkətlər, məktəb və iş yerində daxili qaydalara riayət etməmək)
  • Təşəbbüskarlığın olmamasından impulsivliyə qədər variasiya edir
  • Səbəb-nəticə qarşılıqlı əlaqələrinin başa düşülməsində çətinlik
  • Səhvlərdən nəticə çıxararaq öyrənməkdə çətinlik
Yaşam şərtlərinin əhəmiyyətli dərəcədə təsir göstərdiyi funksiyalar
  • Akademik nailiyyətlərin qeyri-qənaətbəxşliyi
  • Təhsili dayandırmaq
  • Xaric olunmaq
  • Dəfələrlə işdən azad olunmalar
  • Psixoaktiv maddələr istifadə etmək
  • Güvənsizlik və qeyri-sabit yaşama şəraiti nəticəsində psixi pozğunluqlar (məs., depressiya, həyəcan, qorxu vəziyyəti)

Rast gəlinməsi

Böyümənin ləngiməsi

MSS disfunksiyasının təzahürləri

Reabilitasiya və proqnoz

 

 

Landgraf MN, Nothacker M, Kopp IB et al. The diagnosis of fetal alcohol syndrome. Dtsch Arztebl Int 2013;110(42):703-10.

Yuxarıya