Uşaqda postit (balanopostit)
EBM Klinik protokolları
26.06.2018 • Sonuncu dəyişiklik 03.01.2017
TuijaLahdes-Vasama
Əsas məqamlar
- Cinsiyyət üzvü başının və pülük dərisinin iltihabı (balanopostit) məktəbəqədər yaşda olan uşaqlarda çox rast gəlinən patologiyadır. Adətən buna səbəb pülük dərisinin fizioloji olaraq tarım olması və pülüyə çirkli əllərlə toxunmalardır. "Balanit" mənaca əslində cinsiyyət üzvü başının iltihabı demək olsa da, tez-tez bu termin pülük dərisinin iltihabını ifadə etmək üçün işlədilir.
- Yüngül hallarda ehtiyac olan yeganə müalicə vannalardır. Daha ağır hallarda yerli olaraq antimikrob və ya antifunqal məlhəmlər lazım ola bilər.
- Əgər postit (pülük dərisinin infeksiyası) yerli müalicə ilə aradan qalxmırsa və ya pülük kisəsi ifrazatı ilə steptokokk üçün ekspress test müsbətdirsə peroral təyin edilən antimikrob dərman vasitəsi nəzərdə tutula bilər.
- Ağırlaşmış hallarda sirkumsiziya ("sünnət" və ya tənasül üzvünün ucluğunun kəsilməsi) tələb oluna bilər.
Simptomlar və diaqnoz
- Simptomlara pülük dərisinin hiperemiyası və şişkinliyi, irin xaric olunması, ağrılı sidik ifrazı, əsəbilik və hətta sidiyin ləngiməsi daxildir "?>. Pülük dərisinin dermatiti bakterial postitə bənzəyərək onu simulyasiya edə bilər.
- Bu patoloji vəziyyət pasiyentdə sidik yolları infeksiyasına meylliyi artırır. Lakin sidik kisəsinin punksiyasını yalnız hərarət və ya digər ümumi simptomlar olduqda nəzərdən keçirin. Kateterlə əldə edilən sidiyin yığılması üçün olan kisədən götürülmüş sidik nümunəsi bu xəstələrdə həmişə kontaminasiyaya uğramış (çirklənmiş) olacaqdır.
- Pülüklə bağlı təkrarlanan simptomlar sidik ifrazından yayınmağa və daha sonra isə ikincili gündüz enurezinə apara bilər.
- Sidik ifrazı zamanı pülük dərisinin qabarmasına səbəb pülükdə adgeziyalardır (bitişmələr). Bu hal yaşla aradan qalxan və heç bir tədbir tələb etməyən fizioloji fenomendir.
- Kserotik obliterasiyaedici balanopstitdə (balanitis xerotica obliterans, "BXO"; şəkillər ) çox zaman infeksiyalar baş verə bilər, lakin adətən pülük qabarması qeyd edilmir. Bu patologiya zamanı sirkumsiziya müdaxiləsinə həmişə göstəriş vardır.
Müalicə
- Bu patoloji vəziyyətin müalicəsində hər hansı terapevtik rejimin effektivliyi barəsində kifayət qədər sübut yoxdur. Buna görə də hal-hazırda istifadə edilən bütün müalicə variantları empirikdir və müxtəif eksperlərin tövisyələri əsasındadır.
- Əsas müalicəsi iltihablaşmış pülük dərisinin gündə bir neçə dəfə sabun istifadə olunmadan vanna edilməsindən ibarətdir"?>. Uşaq pülük dərisinə toxunmamalıdır.
- Əgər pülük çox hiperemiyalı və ya ödemlidirsə, yaxud pülük altından irinli ifrazat qeyd edilirsə adətən təcrübədə fuzidik turşu və ya xloramfenikol tərkibli göz məlhəmləri və ya göz damcıları gündə 2-3 dəfə yerli olaraq tətbiq edilir. Antimikrob məlhəmlərinin effektivliyi ilə bağlı heç bir araşdırmalar aparılmayıb. Göbələk mənşəli postit antifunqal məlhəmlərlə müalicə edilə bilər. Bu vasitələrin effektivliyi böyüklərdə sübut edilmişdir "?>.
- Əgər bakterial postit yerli müalicə ilə bir neçə gün ərzində aradan qalxmırsa və ya pülük kisəsindən gələn ifrazatdan alınmış streptokokka görə ekspress testin nəticəsi müsbətdirsə, bu zaman peroral təyin edilən antimikrob dərman vasitəsi nəzərdən keçirilə bilər. Penisillin və ya sefalosporin prepatlarından biri seçilə bilər "?>.
- Əgər simptomlar şiddətlidirsə və ya bu patologiyanın, məsələn, sidik ləngiməsi kimi fəsadlaşması qeyd edilirsə, uşaq stasionar müalicəyə yerləşdirilməlidir.
- Adətən oğlanlarda postit bir dəfə qeyd edilir. Tez-tez residiv verən və ya ağırlaşmış balanitlərdə (sidik yollarının infeksiyaları, ikincili enurez, çapıqlı fimoz) sirkumsiziya nəzərdə tutula bilər.
Escala JM, Rickwood AM. Balanitis. Br J Urol 1989 Feb;63(2):196-7. Schwartz RH, Rushton HG. Acute balanoposthitis in young boys. Pediatr Infect Dis J 1996 Feb;15(2):176-7. Stary A, Soeltz-Szoets J, Ziegler C, Kinghorn GR, Roy RB. Comparison of the efficacy and safety of oral fluconazole and topical clotrimazole in patients with candida balanitis. Genitourin Med 1996 Apr;72(2):98-102. Kyriazi NC, Costenbader CL. Group A beta-hemolytic streptococcal balanitis: it may be more common than you think. Pediatrics 1991 Jul;88(1):154-6. "?>