Qulaqcıqların fibrilyasiyasında antikoaqulyant terapiyası üçün göstərişlər və tətbiqi

EBM Klinik protokolları
14.03.2017 • Sonuncu dəyişiklik 31.10.2017
PekkaRaatikainen

Əsas məqamlar

Ümumi məlumat

Antikoaqulyant terapiyası üçün göstərişlər

Modifikasiya edilmiş CHA2DS2-VASc  balı ilə tromboemboliya riskinin qiymətləndirilməsi. Mənbə: Qulaqcıqların fibrilyasiyası üzrə Cari Tibbi Qayğı Təlimatı (Finlandiya, 2017).
Risk faktoru Xallar
Yaş ilə 1 və ya 2 bal verildiyindən maksimum bal 9-dur. Bal əsasında antitrombotik terapiyanın seçimi üzrə tövsiyə şəkildə təsvir edilmişdir "?> "?>. Qırmızı rənglə qeyd edilmiş risk faktorlarına təsir göstərilə bilməz, lakin digər faktorlarla əlaqəli risklər bu faktorların yaxşı idarə edilməsi ilə azaldıla bilər. 
Əvvəllər keçirilmiş miokard infarktı, koronar arteriya xəstəliyi, aorta qövsündə plaklar və ya ağır periferik arteriya xəstəliyi 
Durğunluq ürək çatışmazlığı   1
Arterial hipertenziya   1
Yaş2 ≥ 75 yaş   2
Şəkərli diabet   1
Əvvəllər insult və ya tranzitor işemik həmlə 2   2
Vaskulyar xəstəlik*   1
65–74 yaş   1
Qadın cinsinə mənsubiyyət, yaş ≥ 75 olduqda    1
"HAS-BLED" balı vasitəsi ilə qanaxma riskinin qiymətləndirilməsi. Hər bənd 1 xalla təmin edir. Əgər ümumi bal ən azından 3-dürsə qanaxma riski yüksəkdir. Mənbə: Qulaqcıqların fibrilyasiyası üzrə Cari Tibbi Qayğı Təlimatı  (Finlandiya, 2017).
Risk faktoru Xallar
Qırmız rənglə qeyd edilmiş risk faktorlarına təsir göstərilə bilməz, lakin digər risk faktorları ilə əlaqəli risk bu faktorların yaxşı idarə edilməsi ilə azlaldıla bilər. Əgər ümumi bal ən azından 3-dürsə qanaxma riski yüksəlmişdir.
* Xərçəng, anemiya, trombositopeniya, trombosit disfunksiyası, daha əvvəllər qanaxmanın olması 
Arterial hipertenziya 160 mm c. süt-dan çox  1
Qaraciyərin və ya böyrəklərin qeyri-normal funksiyası Qaraciyərin və ya böyrəklərin ağır çatışmazlığı  1, hər biri üçün  
İnsult  Əvvəllər keçirilmiş insult  1
Qanaxma  Qanaxma diatezi * 1
Labil BNN  BNN dəyərlərinin fluktuasiyası 1
Yaşlı şəxslər 65-dən yuxarı yaş  1
Dərmanlar və ya alkohol Qanaxma riskini artıran dərman vasitəsi və ya alkaholun izafi ifadəsi  1, hər biri üçün

Antikoaqulyant terapiyasının tətbiqi

Aspirin. İnsultun qarşısının alınmasında aspirinin effektivliyi varfarin və birbaşa təsirli antikoaqulyantlardan əhəmiyyətli dərəcədə aşağıdır. Buna görə də aspirin AF olan yüksək və ya mötədil riskli pasiyentlərdə trombozun qarşısının alınmasında tövsiyə edilmir. Aspirinin effektivliyi (plasebo ilə müqayisə etdikdə insult riskində təqribən 20% azalma) kifayət deyil və qanaxmaların riski peroral antikoaqulyant terapiyası ilə təqribən eynidir. Aşağı riskli pasiyentlərdə isə qanaxma və digər xoşagəlməz effektlərin riski əldə edilmiş faydaları üstələyir. Peroral antikoaqulyantlar başlandıqda adətən aspirin dayandırılmalıdır. Yanaşı olaraq istifadə qanaxma riskini artırır, lakin trombozun rastgəlmə tezliyini azaltmayacaq. Mitral qapaq protezinin mövcudluğu (daimi istifadə) və balon dilatasiyasından bərpa (müvəqqəti istifadə) istisnadır və bu hallarda aspirin üstəgəl varfarin istifadəsi tövsiyə edilir. "?>

ADF P2Y12 reseptorunun antaqonistləri.  Klopidoqrel və P2Y12 reseptorunun digər antaqonistləri AF olan pasiyentlərdə bu tromboemboliyaların profilaktikasında bu göstərişə görə tədqiq edilmədiyi üçün istifadə edilməməlidir. Klopidoqrel üstəgəl aspirinin kombinasiyası insultun profilaktikasında təkcə aspirindən daha effektivdir. Lakin bu kombinasiyasının effekti peroral antikoaqulyant terapiyaya nisbətən aşağı və qanaxma riski yüksək olduğundan tövsiyə edilmir. "?>

Varfarin. Bir ölümcül ağırlaşmadan qaçınmaq üçün risk faktorlarından asılı olaraq 15-200 pasiyent mütləq bir il ərzində varfarinlə müalicə edilməlidir (şəkil ). Varfarin terapiyası ərzində BNN dəyərlərinin müntəzəm monitorinqi vacibdir. Hədəf BNN dəyərləri 2–3-dür. Əgər BNN dəyərləri daha aşağıdırsa terapevtik effekt optmal dərəcədə deyil və daha yüksək dəyərlər isə qanaxma riskini artırır. Müalicə başlanılan zaman BNN tez-tez yoxlanılır. Lakin terapevtik səviyyə stabilləşdikdən sonra BNN dəyərləri adətən ayda bir dəfə analiz edilir. Pasiyentin dərman vasitələri və ya vəziyyəti dəyişildikdə daha tez-tez yoxlamalar göstərişdir.  Yaxşı terapevtik nəzarət üçün ön şərt BNN dəyərlərinin ən azından zamanın 70%-də terapevtik intervalda (terapevtik intervalda olma müddəti - time in therapeutic range, TTR > 70%) olmasıdır. Stabil koronar arteriya xəstəliyində təkcə varfarin həm AF, həm də arterial xəstəlik ilə əlaqəli hadisələrin qarşısının alınmasında kifayətdir və aspirinin bu rejimə əlavəsi adətən lazım deyil. "?>

Dabiqatran

Apiksaban

Edoksaban

Rivaroksaban

Apiksaban. Apiksaban X faktorun inhibitorudur. İnsultn qarşısının alınması baxımından onun effekti ən azından varfarinin təsirinə bərabərdir. AF ilə əlaqəli tromboembliyaların qarşısının alınmasında tövsiyə edilən doza gündə 2 dəfə 5 mq-dır. Yaşı 80-dən çox olan pasiyentlərdə, hesablanmış YFS 15–49 ml/dəq  (YFS kalkulyatoru ) olduqda, pasiyentin çəkisi 60 kq-dan az olduqda dozanın azaldılması (2,5 mq gündə 2 dəfə) nəzərdən keçirilməlidir. Ən vacib əks-göstərişlər. Hiperhəssaslıq. Ağır qapaq qüsuru (süni qapaq, mitral stenoz).  Qanaxma riskinin tromboemboliya riskini üstələməsi. Hesablanmış YFS < 15 ml/dəq. Ağır qaraciyər xəstəliyi. Qüvvətli CYP3A4 və P-qlikoprotein inhibitorlarının yanaşı təyini. Kiçik qanaxma ən tipik xoşagəlməz effektdir."?>

Varfarin

Aspirin və digər antirombositar dərmanlar 

Birbaşa təsirli antikoaqulyant və varfarin arasında seçim 

Birbaşa təsirli antikoaqulyantların varfarin ilə müqayisədə faydaları və çatışmazlıqları.  Mənbə: Qulaqcıqların fibrilyasiyası üzrə Cari Tibbi Qayğı Təlimatı  (Finlandiya, 2017).
 Faydalar 
Daha az kəllədaxili qansızmalar 
Sabit dozalar və doza-effekt münasibətlərinin  öncədən daha asan proqnozlaşdırılması 
K vitamininin qəbulunda (qidalanma) dəyişkliklər  effekti dəyişdirmir
Dərmanlarla daha az qarşılıqlı təsirlər 
Dərman effektinin müntəzəm monitorinqi üçün heç bir ehtiyac yoxdur (tətbiq etmək daha asan və daha rahatdır) 
Əhəmiyyətli çatışmazlıqlar
Mitral stenozu olan pasiyentlərdə və mexaniki protez qapaqları olan pasiyentlərdə əks-göstərişdir. 
Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə əks-göstərişdir (daha yüngül hallarda dozalar azaldıla bilər) 
Nəzərdən keçirilməli digər cəhətlər 
Monitorinq üsullarının daha pis mövcudluğu (ehtiyac olduqda dərman təsirinin və dərman qəbuluna riayətin təqibi daha çətindir) 
Pasiyentin yaşı və çəkisi bəzi preparatların dozasına təsir göstərir
Qanaxmadan başqa digər xoşagəlməz təsirlər (məsələn, dispepsiya) daha çox rast gəlinir. 
Spesifik antidot yalnız dabiqatran üçün mövcuddur.
Qiymət  
İstifadə ilə bağlı qısa müddətli təcrübə 

Qulaqcıq artımının okklyuziyası

Kəskin AF üçün kardioversiya zamanı antikoaqulyasiya

Müvafiq resurslar 

Kirchhof P, Benussi S, Kotecha D et al. 2016 ESC Guidelines for the management of atrial fibrillation developed in collaboration with EACTS. Eur Heart J 2016;37(38):2893-2962. Heidbuchel H, Verhamme P, Alings M et al. Updated European Heart Rhythm Association Practical Guide on the use of non-vitamin K antagonist anticoagulants in patients with non-valvular atrial fibrillation. Europace 2015;17(10):1467-507.

Yuxarıya