Hidrosefaliya zamanı baş beyin mədəcikləri serebrospinal mayenin (SSM) dövranının pozulması səbəbindən genəlir. Bu hal SSM-i mədəciklərdən kənarlaşdıran bir şunt vasitəsilə müalicə edilir.
Gözün ön kamerasında şüşəvari cisimdə gözdaxili maye dövranının oxşar problemi olan qlaukoma xəstəliyindən fərqli olaraq hidosefaliya üçün heç bir effektiv farmakoterapiya mövcud deyil.
Şuntun tutulması, infeksiya və ya drenajın ifrat və ya əskik olması mümkündür. Şunt pasiyentdə subdural hematomaya meyilliliyə səbəb ola bilər. Şunta daha ehtiyac olmaya bilər və ya bir implant olaraq dərialtı diskomfort hissinə səbəb ola bilər.
Əgər pasiyent kəllədaxili təzyiqin artmasını göstərən əlamət və simptomlarla təqdim olunursa, mütləq o şəxs təxirə salınmadan günün istənilən vaxtında başın təcili KT və ya MRT müayinəsi aparıla bildiyi bir xəstəxanaya köçürülməlidir.