Bu qrup ağız boşluğu, udlaq, qırtlaq, burun və paranazal sinusların, o cümlədən ağız suyu vəzilərinin xərçənglərindən ibarətdir. Ancaq aşağıda ən vacib növləri müzakirə edilir.
Bu xərçənglərin riski tütünçəkmək və spirtli içkilərin sui-istifadəsi ilə əhəmiyyətli dərəcədə artır. Lakin, heç də bütün xəstələrdə risk faktorları təyin edilmir. İPV infeksiyası ilə əlaqəli orofaringeal (ağız boşluğu-udlaq) xərçəngin rast gəlməsi əhəmiyyətli dərəcədə artmışdır.
Erkən diaqnoz müalicə və proqnoz baxımından həyati əhəmiyyətə malikdir.
Bu xərçənglərin 90%-dən çoxu yastı hüceyrəli xərçənglər və ya ağız suyu vəzilərindən törənən xərçənglərdir.
Boyunda şişkinlik həmçinin limfomanın ilk əlaməti ola bilər. (bax ).
Daha böyük ölçülü törəmələrin cərrahi müalicəsində, rekonstruktiv cərrahiyyə məqsədilə bud, qol və ya çanaq kimi nahiyələrdən götürülən sərbəst toxuma qrefti vasitəsi ilə icra oluna bilər.
Qırtlağın və udlağın yayılmış şişlərində cərrahi müalicənin həyat keyfiyyətinə (məsələn, larinqektomiya) əhəmiyyətli dərəcədə təsir edə biləcəyi hallarda, çox vaxt üstünlük şüa terapiyası və kimyəvi terapiyadan ibarət müalicəyə verilir.
Əlamətlər, simptomlar və səciyyəvi xüsusiyyətlər
Ortaq simptomlar
Erkən mərhələdə simptomlar ya olmur, ya da çox az sayda müşahidə edilir; ancaq lokal dəyişikliklər.
Böyük ölçülü törəmələr bəzi xəstələrdə ağrı, həmçinin udmada və nəfəs almada da çətinliyə səbəb ola bilər.
İlkin əlamət daha çox boyunda şişkinlikdir.
Ümumi simptomlar adətən müxtəlif xəstəliklərin və ya irəliləmiş xərçəngin göstəricisidir.
Qanaxma həmişə daha dərinləşdirilmiş müayinələrin aparılmasını tələb edir. Qanaxma xəstəliyin erkən mərhələsi üçün xarakterik deyildir.
Əgər xəstədə 3 həftədən çox müddət ərzində xərşəng (aşağı bax) xəstəliyi etimalını düşündürən simptom qeyd edilirsə, o ixtisaslaşmış müəssisəyə yönəldilməlidir.
Dodağın xərçəngi
Qartmaq və ya yara
Adətən proqnozu yaxşıdır.
Ağız boşluğu və orofarinks
Klinik müayinədə tapıntılara aşağıdakılar aiddir: yara, ekzofitik zədə və ya sabit, rengini dəyişmiş ləkə aid edilə bilər (şəkil ).
Orofaringeal xərçəngin diaqnostikası və TNM təsnifatı üzrə mərhələsinin təyini zamanı xəstəlik qruplarının differensiasiyasına imkan verən və xərçəng hüceyrələrində İPV-nin olduğunu təsbit edən 16 növ yaxmadan istifadə edilir.