Süd verən anada qızdırma müşahidə edildikdə ağırlaşmaların qarşısını almaq üçün antibiotiklə erkən müdaxilə göstərişdir "?>.
Döşün boşaldılması məqsədilə anaya süd verməyə davam etməsi üçün dəstək olunmalıdır. Bu sağalmanı sürətləndirəcəkdir.
Etiologiya
Yarıdan çox hallarda Stafillokok etioloji faktor hesab olunur. Digər etioloji faktorlara Streptokok və E. coli aid edilir. Əksər hallarda bir neçə infeksiya birlikdə də etioloji faktor ola bilər.
Bunanla belə bütün mastitlər bakterial etiologiyalı olmur: Südün süd vəzisində yığılıb qalması yolların bağlanmasına, bu isə öz növbəsində döşün lazımı qədər boşalmasının qarşısını almasına səbəb ola bilər.
Qızdırmanın müşahidə edilmədiyi simptomlu mastit (döşdə və ya döş giləsində yandırıcı ağrı, adətən arxa nahiyyəyə yayılır) əksər hallarda Candida albicans. tərəfindən inkişaf edən göbələk infeksiyası ola bilər.
Döş giləsinin çatlaması və döşün zəif boşalması mastit üçün risk faktoru ola bilər.
Simptomlar
Yüksək temperatur (38.5°C və ya daha yüksək)
Zədələnmiş döşdə qırmızı, isti və həssas nahiyyələr
Xəstə adətən qrip olduğunu düşünür
Müalicə
Müalicəyə qərar vermək üçün adətən laborator analizlərə ehtiyac duyulmur; klinik əlamətlər kifayət edir. Antibiotiklər xəstəyə simptomların qısa sürməsi və nəzarətin təmin edilməsi şərtilə hətta telefonla konsultasiyadan sonra da təyin edilə bilər (məs. xəstə simptomların azalmadığını görsə, kiminlə və necə əlaqə saxlayacağını bilir).
Əgər xəstənin yüksək temperaturu varsa antibiotik təxirə salınmadan təyin edilməlidir.
Əgər xəstədə temperatur müşahidə edilmirsə və abses inkişaf etməyibsə, müalicə yalnız nəzarətli müşahidədən və döşün tam boşaldılmasından ibarət olur. Ən çox rast gəlinən səbəb süd vəzisinin kifayət qədər boşalmamasıdır. Süd verməzdən əvvəl isti ilə müdaxilə (məsələn, saç feni, dəsmala bürünmüş isti suyla doldurulmuş butulka, isti duş) döşü boşaltmağa kömək edəcəkdir. Temperatur olduğu təqdirdə tibbi yardıma müraciət etmək barəsində anaya məsləhət verilməlidir.
Südün süd vəzisində yığılıb qalmasının müalicəsi: körpəyə süd hər zaman ilk olaraq zədələnmiş (mastit olan) döşdən verilməlidir. Həmçinin uşaq üçün bir miqdar süd saxlayaraq döşdən südün süd pompası ilə eksudasiyası da mümkün variantlardan biri sayılır. Mümkün olduqca süd vermə proseduru elə pozisiyada olmalıdır ki, zədələnmiş nahiyyə yuxarı istiqamətdə qalsın (eksudatın drenajına dəstək vermək üçün).
Əgər mastit residivləşərsə bakterial əkilmə üçün nümunə götürülməlidir.
Əgər mastit antibiotiklə müalicə nəticəsində yaxşılaşmırsa, göbələk etiologiyalı ola bilər.
Antibiotik müalicəsi
Stafillokoka qarşı effektiv olan antibiotik seçilməlidir. Müalicənin davam etmə müddəti 10-14 gündür.
Birinci nəsil sefalosporin
Sefaleksin 500 mg gün ərzində 3 dəfə.
Dikloksasilin 500 mg gün ərzində 4 dəfə
Əgər xəstə yuxarıda sadalanan antibiotiklərə qarşı allergiyalı olarsa makrolid təyin edilə bilər.
Roksitromisin 150 mg gün ərzində 2 dəfə
Eritromisin 500 mg gün ərzində 3 dəfə
Kandida mənşəli mastit: flükonazol 150 mg x 1 dəfə
Digər müalicə üsulları
Ana iltihablı döşdən həmişəki kimi süd verməyə davam etməlidir. Alternativ olaraq, döş döş pompası vasitəsilə boşaldıla bilər. Bu, ağrını azaldacaq, eksudatın drenajını artıracaq və absesin yaranmasının qarşısını alacaqdır.
Ehtiyac olduqda ağrıya görə ibuprofen və ya parasetamol qəbul edilə bilər.
Döş absesinin əlaməti antibiotik terapiyasına və döşün müntəzəm olaraq boşaldılmasına baxmayaraq yüksək temperaturun davam etməsidir.
Absesin boşaldılması ümumi anesteziyanın altında aparılmalıdır.
Simptomların aradan qalxması halında təkrar müayinəyə ehtiyac duyulmur.
Xərçəng ehtimalı hətta süd verən anada da nəzərə alınmalıdır, xüsusilə iltihabın residivləşməsi və ya döşdə düyünlərin hiss edilməsi hallarında.