İlkin tibbi yardımda tip 1 diyabetli uşaq ya yeniyetmə
EBM Klinik protokolları
17.08.2018 • Sonuncu dəyişiklik 17.08.2018
PäiviMiettinen
JukkaRajantie
Əsaslar
Tip 1 diyabetli uşağa qulluq mütəxəssis tərəfindən idarə edilməlidir.
Əgər diyabetli uşaqda qızdırma, qastroenterit və ya digər infeksiyon xəstəliklər göstəriciləri müşahidə olunur və sidikdə həm qlükoza, həm də ketonlara rast gəlinirsə, pediatrik şöbəylə qaynar xətt vasitəsiylə əlaqə saxlayın.
Diabetin müalicəsi
Diabetin idarə edilməsində geniş profilli diyabetik qayğı qrupu ilə yanaşı uşağın özü və onun ailəsi iştirak etməlidir.
Pediatr-endokrinoloq və mütəxəssis tibb bacısından əlavə olaraq qayğı qrupuna, həm də psixoloq/psixiatr və ya yeniyetmə psixiatrı, dietoloq, reabilitasiya koordinatoru və sosial işçisi daxil edilməlidir.
İdarəetmənin təməlini qan şəkərinin müntəzəm şəkildə monitorinqi, müşahidə edilən qan şəkərinin səviyyəsinə əsasən insulinin tənzimlənməsi, pəhriz və yuxarıda göstərilən amillərə uyğunlaşdırılmış fiziki məşqlər təşkil edir.
İnsulin terapiyası
Nəzər salın
Tip 1 diyabetli uşaqların insulinə ehtiyacı fərdi xarakteri daşıyır və uşağın yaşından, həm qidanın, həm də fiziki fəaliyyətinin miqdarından və keyfiyyətindən, həmçinin psixososial amillərdən asılı olaraq dəyişir.
Səciyyəvi olaraq, remissiyaya çatandan sonra gündəlik insulin dozası, 0.6 vahid/kg/gün (kiçik fiziki aktiv uşaqlarda) - 1.5 vahid/kg/gün (yeniyetmələrdə) təşkil edir.
İnsulinin dozası yaşdan, həm qidanın, həm də fiziki fəaliyyətin miqdarı və keyfiyyətindən, həmçinin müxtəlif psixososial faktorlardan asılı olaraq fərdi şəkildə təyin edilir.
Uzun-təsirli və ya ultra uzun-təsirli insulin, bazal metabolizminin insulin təlabatını təmin edilməsi, sürətli-təsirə malik insulin isə qəbul edilən qidadan asılı olaraq yaranmış əlavə ehtiyacın ödənilməsi məqsədiylə istifadə edilir.
İnsulin bədənə ya insulin qələmi, ya da insulin nasosu vasitəsiylə yeridilir (şpris ilə çox nadir hallarda) və dozası davamlı şəkildə təyin edilən toxuma qlükozasının konsentrasiyasının və ya barmaq ucu ölçmələrinin nəticələrinə əsasən təyin edilir.
Tip 1 şəkərli diabetin müalicəsində qanda qlükozanın fərdi monitorinqi və insulinin dozasının gündəlik qiymətləndirilməsi və tənzimlənməsi, xüsusi əhəmiyyət daşıyır.
Xəstənin və ailəsinin günlük insulin terapiyasına dəyişən ehtiyaclardan asılı olaraq sərbəst şəkildə tənzimləyə bilmələri istiqamətində maarifləndirməsi diabetik qayğı qrupunun vəzifələrindən biridir.
Pəhriz
Tövsiyə edilən pəhriz əsasən əhalinin qalan hissəsi üçün tövsiyə edilən pəhrizdən fərqlənmir. Pəhrizin planlaşdırılması zamanı xəstənin həyat tərzi, xüsusilə də fiziki aktivlik vərdişləri nəzərə alınır və qəbul etdiyi qida, insulin dozasına əsasən tənzimlənir. Bununla birlikdə, qəbul edilən lifli qidaların miqdarı, ümumi əhali üçün tövsiyə edilənə görə diabetli bir insanda daha yüksək olmalıdır.
Xəstənin fərdi gündəlik kalori ehtiyacı hesablanır. Kalorinin yarısı (45-60%), liflərlə zəngin olan karbohidratlardan, 10-20 %-i zülallardan və 25-35 %-i əksər hissəsi doymamaış yağ turşularından ibarət olan yağlardan əldə edilməlidir. Monodoymamış yağ turşularından təşkil olunmuş yağlara üstünlük verilməlidir (10-20%).
Hər bir qida maddəsinin tərkibində olan karbohidratın miqdarı haqqında ailə, maarifləndirilməlidir. Hər bir pəhriz planında uşağın qəbul edəcəyi yeməklər, qəlyanaltılar və hər qidanın tərkibində olan karbohidratların miqdarı qeyd edilməlidir.
İxtisaslaşmış yardımda monitorinq
Uşaq, endokrinoloji mərkəzə hər üç aydan bir baş çəkməlidir.
Qanın trombosit sayımlı tam analizi, sərbəst T4 (FT4), TSH və kreatininin konsentrasiyası, çölyak əlamətlərinin skrininqi və mikroalbuminuriya ildə bir dəfə, lipid dəyərləri isə 2 ildə bir dəfə yoxlanılmalıdır.
Məqsəd, 10 yaşında uşağın torlu qişasının fotoşəkillərini çəkmək və bu prosesi daha sonra 2 ildən bir təkrar etməkdir.
Müalicənin hədəfi diyabet xəstəliyinə daha mükəmməl şəkildə nəzarət etməkdir:HbA1c < 53–58 mmol/mol (7.0–7.5%)və qan şəkəri səviyyəsində mümkün qədər kiçik dəyişikliklərin olması (dəyişiklik əmsalı, DƏ (= standart yayınma/ortalama) < 35%).
İnsulinə olan təlabat cinsi yetkinlik dövründə artır və keyfiyyətli nəzarətin təmin edilməsi (HbA1c <58 mmol / mol [7.5%] ağır hipoqlikemiya epizodları olmadan) üçün xüsusi məsuliyyət tələb olunur.
Toxumalarda qlükoza sensorları, son vaxtlar qan şəkərinin gündəlik monitorinqi üçün aparılan barmaq ucu ölçmələrini əvəz etməkdədirlər hansılar ki, qan şəkəri haqqında real-vaxtda məlumatların əldə edilməsini və barmaq uclarının zədələnməməsini təmin edirlər. Müvafiq cihazlarla təmin edilməsi müxtəlifdir.
Uşaq və onun ailəsi üçün strukturlaşdırılmış xəstənin maarifləndirilməsi proqramı təşkil olunmalıdır.
Uşaq sağlamlıq tibb ocaqlarına və məktəblərdə sağlamlıq mərkəzlərinə gedişlər digər uşaqlarla eyni qaydada təşkil edilməlidir.
Tibbi yardım komandası ilə müxtəlif mövzularda məsləhətləşmək olar məs., gündəlik baxım və məktəb davamiyyəti mövzularında.
Qripə qarşı peyvəndin edilməsi vacibdir.
Xüsusi hallar
İnsulinə olan təlabatın infeksiya və digər stress amilləri ilə bağlı artdığını və fiziki aktivlik zamanı azaldığını həmişə nəzərə almaq lazımdır.
Diabetli uşaqda qastroenterit
Uşağın lazımı miqdarda maye və karbohidratlara və həmçinin müntəzəm şəkildə insulinə olan ehtiyacı, qastroenterit zamanı da davam edir. Qanda qlükozanın, sidikdə keton cisimlərinin konsentrasiyası, hər hansı bir xəstəlik zamanı daha sıx olaraq yoxlanılmalıdır.
Pediatrik hospitalda ixtisaslaşmış həkim-endokrinoloq və ya tibb bacısıyla məsləhətləşməkdən çəkinməyin.
İnsulin nasosundan istifadə edən xəstələr, bazal insulinin miqdarında asanlıqla müvəqqəti xarakterli dəyişikliklər edə bilərlər; məs., temperaturun yüksəlməsi halında xəstələrə bazal insulinin dozasını 20-50% artırmaq ehtiyacı yarana bilər.
Xaricə səyahət
Müalicə həkimi xəstəni, xəstəliyin təbiətini və insulin inyeksiyasına olan ehtiyacı ifadə edən yazılı bir hesabatla təmin etməlidir.
Əl çantasında insulini qablaşdırmaq və insulin təchizatını bir neçə çanta arasında bölüşdürmək məsləhət görülür.
Əgər fərqli vaxt zonalarına səyahət edilirsə, yemək və insulin inyeksiyası əvvəlcədən planlaşdırılmalı və bu qeydlər yazılı şəkildə aparılmalıdır. İsti zonalarda insulinin absorbsiyası artır. Həmçinin nəzər salın.
Huşu itmiş diyabetik uşaq
Uşaq həm hipoqlikemiyadan (əlamətlərin sürətli başlanğıcı), həm də ketoasidozdan (əlamətlərin yavaş sürətlə başlaması) əziyyət çəkə bilər.
Qanda qlükozanın miqdarı dərhal ölçülməlidir.
Əgər uşaq hipoqlikemikdirsə və ya qan şəkərini ölçmək üçün hər hansı bir vasitə yoxdursa, dərhal 10%-li qlükozadan (G10) 2.5 ml/kg ibarət intravenoz bolus dozasını təyin edin və bu prosesi daha sonra G10 infuziyası 3ml/kg/saat və\və ya dərialtı qlükaqonla (əgər xəstənin çəkisi < 25 kg-sa doza 0.5 ml. digər hallarda isə 1.0 ml) davam edin.
Uşaq təcili olaraq uşaq xəstəxanasının təcili yardım mərkəzinə yerləşdirilməlidir.