Hiperaktiv sidik kisəsi
EBM Klinik protokolları
23.05.2017 • Sonuncu dəyişiklik 23.05.2017
BeataStach-Lempinen
Veli-MattiPuolakka
Əsas məqamlar
- Hiperaktiv sidik kisəsi (HSK) aşağıdakı xüsusiyətlərə malik bir idiopatik sindromdur:
- sidik ifrazına imperativ çağırış
- sidik ifrazının tezləşməsi (24 saat ərzində 8 dəfədən çox sidik ifraz etmək ehtiyacı) ilə birgə və ya onsuz və/və ya nokturiya (gecə ərzində 2 dəfədən çox)
- Pasiyentlərin üçdə biri həmçinin, HSK-nin həyat keyfiyyətinə ən çox təsir edən simptomu olan imperativ sidiyi saxlaya bilməməkdən əziyyət çəkir.
- Meyarlar standartlaşdırılmayıb.
- Detruzor əzələ hiperaktivlik və hiperhəssaslıq göstərir.
- Sidik sistemi infeksiyası, prostat vəzinin hiperplaziyası və digər aşkar səbəblər mütləq istisna edilməlidir.
- Yüngül simptomlar çox zaman həyat tərzi dəyişiklikləri, sidik kisəsinin treyninqi və çanaq dibi əzələləri çalışmaları ilə korreksiya edilə bilər.
Prevalentlik
- Prevalentlik irəliləyən yaşla artır.
- Hiperaktiv sidik kisəsi sindromu olan pasiyentlərdə imperativ sidiyi saxlaya bilməmək kişilərə (11%) nisbətən qadınlarda (27%) daha çox prevalentdir.
Müayinələr
- Pasiyentin anamnezi sidik kisəsi funksiyasına təsir göstərə bilən xəstəliklər və dərman vasitələri (xüsusilə, diuretiklər) baxımından tədqiq edilməlidir.
- Bütün pasiyentlərdə qarnın palpasiyası, qadınlarda isə ginekoloji müayinə aparılmalıdır. Prostat vəzinin ölçüsünü və mümkün kütlələrin mövcudluğunu qiymətləndirmək üçün kişilərdə prostatın palpasiyası aparılır. Həmçinin, sidik kanalının xarici dəliyi və pülük də müayinə edilməlidir.
- Əgər göstəriş varsa qalıq sidiyin ölçülməsi aparılmalıdır.
- Həmçinin, sidiyin biokimyəvi skrininq müayinəsi də aparılmalıdır. Göstəriş varsa, sidiyin mikroskopik müayinəsi və əkilməsi aparılır. Kişilərdə plazmada PSA (prostat - spesifik antigeni) və göstəriş olduqda sərbəst / ümumi PSA nisbəti müəyyənləşdirilir.
- Sidik kisəsi fəaliyyətinin iki - üç gün ərzində olan gündəliyi vacibdir. Bu gündəlik simptomların təbiətini və ağırlığını, eləcə də pasiyentin maye qəbulu vərdişlərini aydınlaşdıracaq.
- Sidik kisəsi patologiyası: iiltihab, interstisial sistit (adətən, simptomlara dizuriya daxildir, baxın ), şiş və ya daş
- Çanaqda şiş
- Sidik kisəsinin nevroloji tənzim olunmasına təsir göstərən patologiyalar (demensiya, Parkinson xəstəliyi, dağınıq skleroz, şəkərli diabet)
- Qadınlar: urogenital atrofiya, prolapslar
- Kişilər: sidik kisəsindən axının obstruksiyası (prostat vəzinin hiperplaziyası, prostat xərçəngi, sidik kanalının stenozu və fimoz)
- Həmçinin, qadınlarda və yaşlı şəxslərdə sidiyi saxlaya bilməmək barədə məqalələrə baxın
Abrams P, Cardozo L, Fall M, Griffiths D, Rosier P, Ulmsten U, van Kerrebroeck P, Victor A, Wein A. The standardisation of terminology of lower urinary tract function: report from the Standardisation Sub-committee of the International Continence Society. Am J Obstet Gynecol 2002 Jul;187(1):116-26 Tikkinen KA, Tammela TL, Rissanen AM, Valpas A, Huhtala H, Auvinen A. Tikkinen KA, Tammela TL, Rissanen AM, Valpas A, Huhtala H, Auvinen A. Is the prevalence of overactive bladder overestimated? A population-based study in Finland. PLoS ONE 2007 Feb 7;2(2):e195 Madersbacher H. Overactive bladder: a clinical entity or a marketing hype? Eur Urol 2005 Mar;47(3):273-6 Kaplan SA, Roehrborn CG, Rovner ES, Carlsson M, Bavendam T, Guan Z. Tolterodine and tamsulosin for treatment of men with lower urinary tract symptoms and overactive bladder: a randomized controlled trial. JAMA 2006 Nov 15;296(19):2319-28 Maman K, Aballea S, Nazir J et al. Comparative efficacy and safety of medical treatments for the management of overactive bladder: a systematic literature review and mixed treatment comparison. Eur Urol 2014;65(4):755-65. Apostolidis A, Dasgupta P, Denys P et al. Recommendations on the use of botulinum toxin in the treatment of lower urinary tract disorders and pelvic floor dysfunctions: a European consensus report. Eur Urol 2009;55(1):100-19.