Enterovirus infections
EBM Klinik protokolları
16.08.2018 • Sonuncu dəyişiklik 16.08.2018
MerjaHelminen
Əsas məqamlar
- Enterovirus infeksiyaları mövsümi dəyişkənliyə malikdirlər.
- Xəstə adətən yuxarı tənəffüs yolunun mülayim infeksiyasının simptomları ilə qarşılaşır. Mərkəzi Sinir sisteminə təsir edən ciddi infeksiyalar nadirdir.
- Hərarət və boğaz ağrısıı ilə yanaşı ağızda, əl və ayaqlarda vezikulyar səpmələrin olması “əl-ayaq-ağız” sindromununun (ekzantema ilə gedən enteroviral vesikulyar stomatit) əlamətləridir.
Törədiciləri
- Enteroviruslara poliomielit virusları, koksakiviruslar və ECHO viruslar daxildir. Enterovirus infeksiyası, hava- damcı və fekal- oral yol ilə və həmçinin, doğuş zamanı anadan uşağa ötürülür.
- İnkubasiya müddəti kontaktdan sonra 3-6 gün çəkir, lakin bu müddət daha qısa da ola bilər.
Klinik mənzərə
- Bir enterovirus növü müxtəlif tipli simptomlar yarada bilər. Enterovirus infeksiyalarının tipik klinik mənzərəsi (polimielitdən başqa) aşağıdakıları əhatə edə bilər:
- yuxarı tənəffüs yolu infeksiyası, herpangina, stomatit, faringit, pnevmoniya, plevra ağrısı
- yenidoğulanların septik enterovirus infeksiyası
- aseptik meningit, daha nadir hallarda ensefalit və / və ya poliomielit yönümlü paraliç
- mioperikardit
- ishal/diareya xəstəliyi, daha nadir hallarda hepatit
- “ əl-ayaq və ağız” sindromu (şəkillər). Simptomlara hərarət, boğaz ağrısı, əl və ayaqlarda, və həmçinin ağızda ləkələr / vezikulyar lezyonlar daxildir.
Diagnoz
- Əl, ayaq və ağız xəstəliyi (enterovirus vezikulyar stomatit) klinik olaraq müəyyən edilə bilir və adətən bu xəstəliyin digər formalarında da spesifik diaqnostik müayinə tələb olunmur.
- Ağır enterovirus infeksiyasına şübhə olduqda, diaqnoz alınmış nümunədə virusun tapılması və ya nuklein turşusunun analizi ilə təyin edilə bilər. Nümunə onurğa beyini maddəsindən, vezikullardan, nəcisdən və ya boğazdan toplana bilər. Klinik mənzərə sepsisə bənzəyirsə, bəzən virus qanda aşkar edilə bilər.
- Epidemiya zamanı enterovirus serotipini təyin etmək üçün həm nuklein turşusu analizi ediilməli, həm də nümunədən virus alınmalıdır.
Müalicə və proqnoz
- Spesifik müalicə yoxdur.
- Xəstə, adətən bir həftə ərzində və heç bir ağırlaşma olmadan sağalır.
- Enterovirusun səbəb olduğu aseptik meningit bir qayda olaraq sağalma ilə nəticələnir və ağırlaşmalar çox nadir hallarda olur.
- Enteroviruslər epidemiyaya səbəb olma xüsusiyyətinə malikdirlər. Asiya qitəsində son bir neçə ildə MSS-nin də cəlb edildiyi ciddi enterovirus infeksiyası qeyd edilmişdir. Bu infeksiyalar əllilik və hətta ölümə gətirib çıxara bilir. 2014-cü ildə enterovirus D68 ABŞ-da və Kanadada tənəffüs yollarının feksiyalarına səbəb olan mühüm törədici olaraq təyin edilmişdir. İsti iqlim şəraiti olan ölkələrdə eneterovirus konyünktiviti epidemiyaları baş verir.
Əlaqədar resurslar
de Crom SC, Rossen JW, van Furth AM ym. Enterovirus and parechovirus infection in children: a brief overview. Eur J Pediatr 2016;175(8):1023-9.