Xəstəxanadakı prosedurlar. Tibbi anamnez və travmaya səbəb olan hadisələrin anamnezi hadisə haqqında ifadə verən şəxsin ’ öz sözlərinə əsasən qeydə alınmalı və ehtiyac olarasa, onun şəxsi imzası’ ilə təsdiqlənməlidir; Ətraflı klinik müayinə aparılmalı və və travmanın bütün xarici əlamətləri qeydə alınmalı və fotosu çəkilməlidir. Başın dərisi, saç, qulaq seyvanları və həmçinin də, ağız boşluğunun selikli qişasının müayinə edilməsi yaddan çıxarılmamalıdır. Differensial diaqnostikada xüsusilə ehtiyatlılıq göstərilməlidir. Uşaq hər zaman xəstəxanaya qəbul edilməlidir. . Fərdi hallardan asılı olaraq növbəti müayinələr ya dərhal, yada növbəti günlərdə icra olunmalıdır : hemorragiya əlamətləri olan uşaq (qançır, beyin qanaxmsı,retinal hemorragiya ): qanın ümumi analizi , sidiyin ortaporsiyasının müayinəsi, mümkün olan xüsusi müayinələr əsas qanayan diatezin təyini məqsədilə kəllə və beyin zədələnmələrində (məsələn silkələnmiş uşaq sindromunda ):oftalmoloq və diş həkiminin konsultasiyası ilə yanaşı başın KT və ya MRT müayinəsi. 2 yaşdan böyük uşaqlarda: sınıqlara görə bütün bədənin rentgen müayinəsi; Daha böyük yaşlı uşaqlarda radioloji müayinələr sınıqların ehtimal olunan nahiyəsinə yönləndirilməlidir. Sidiyin narkotiklərə görə analizi xüsusi hallarda, məsələn uşaqda huşun tutqunluğu olduqda nəzərə alınmalıdır. İctimai işlərlə əlaqədar işçi ilə məsləhətləşmə. Uşaq psixiatrı ilə məsləhətləşmə. Uşağa yardım edən komandanın tərkibinə cərrah (fiziki xəsarətlərin lokalizasiyasından asılı olaraq ), pediatr, təyin olunmuş tibb bacısı və ictimai işlər üzrə işçi və göstərildiyi kimi digər mütəxəssislər daxil ola bilər. Hadisə müvafiq Uşaqın Müdafiəsi Təşkilatlarına bildirilir ki, o da polisə məlumat verir. Məcburi hesabat tələbləri məxfilik hallarından üstündür. Adətən pediatr tərəfindən icra olunan tibbi müşahidə həyata keçirilməlidir. "?>