İkili diaqnoz (psixi xəstəlik və psixoaktiv maddədən sui-istifadə)
EBM Klinik protokolları
25.08.2017 • Sonuncu dəyişiklik 25.08.2017
MauriAalto
Əsas məqamlar
İkili diaqnoz termini psixoaktiv maddə asılılığı və ya digər maddələrdən həddindən artıq sui-sitifadə ilə yanaşı maddə istifadəsinin birbaşa effekti (intoksikasiya və kəsilmə simptomları) olmayan ən azı bir psixi pozuntunun olması vəziyyətini göstərir.
Psixoaktiv maddənin sui-istifadəsi (alkoqol, qanuni və qeyri-qanuni psixoaktiv maddələr və uçucular) xəstənin psixi sağlamlığına müxtəlif yollarla təsir edir. O ola bilər:
psixi xəstəlik yarada
psixi xəstəliyi pisləşdirə
psixi xəstəliyi yüngülləşdirə
psixi xəstəliyə təsiri olmaya.
Xəstənin müxtəlif psixi xəstəlikləri və maddə sui-istifadəsi arasında münasibətlər heç də həmişə eyni deyildir.
İkili diaqnozda psixi xəstəlik maddə istifadəsi uzunmüddətli olaraq dayandırıldıqda belə davam edir.
Epidemiologiya
Kəskin psixi xəstəliyi olan şəxslər 40 - 60%-ində həyati boyu maddə istifadəsi pozuntusu da həmçinin olur.
Kəskin psixi xəstəliyi olan şəxslərin 25 - 35 %-də hər hansı bir vaxtda həmçinin maddə istifadəsi pozuntusu olur.
Maddə istifadəsi pozuntusu digər psixi pozuntuların inkişaf etməsi ilə və əksinə assosiasiya olunur; iki vəziyyətin birlikdə olması yalnız təsadüflə izah edilə bilinməz. Bu hər iki vəziyyətə bir bütöv kimi yanaşan inteqrasiya olunmuş müalicə yanaşmasının lehinə danışır.
Məqsəd
Psixoaktiv maddədən sui-istifadə halları ümumi əhali və psixi xəstələr arasında tez - tez rast gəlindiyindən bütün psixi xəstəliyi olan şəxslərin ilkin qiymətləndirilməsi yanaşı olaraq psixoaktiv maddədən sui-istifadəni nəzərə almalıdır.
Əgər xəstədə psixi xəstəlik və psixoaktiv maddədən sui-istifadə qeyd olunursa, psixi xəstəliyin psixoaktiv maddədən sui-istifadənin nəticəsi olub-olmadığını təyin etmək məqsəd olmalıdır.
Psixoaktiv maddədən sui-istifadə psixi xəstəlik diaqnozu qoyulduqdan sonra da inkişaf edə biilər. Belə halda məqsəd ortaya çıxan psixoaktiv maddə asılılığı pozuntusunu təyin etmək və mümkün olduğu qədər tez müalicə təyin etməkdir. Psixi xəstənin müalicəsinə psixoaktiv maddə istifadəsinə dair təkrari qiymətləndirmələr daxil olmalıdır, hətta əvvəllər xəstənin anamnezində psixoaktiv maddədən sui-istifadə halları olmasa belə.
İkili diaqnoz qoymaq
Bütün digər xəstə qruplarında psixoaktiv maddə istifadəsi pozuntusunun skrininq və təyinatı aparılır.
Əgər skrininq və qiymətləndirilmə psixoaktiv maddə istifadəsi pozuntusunu düşündürən əlamətləri olan və ya anamnezinə pozuntu təsvir olunmuş şəxslər edilərsə psixoaktiv maddə istifadəçilərinin böyük bir hissəsi diaqnostika edilməmiş qalacaqdır. Diaqnoz qoyulmadan qalan xəstələr əsasən psixoaktiv maddədən sui-istifadəsinin erkən mərhələsində olan və müalicəyə yaxşı cavab verən şəxslər olacaqdır.
Psixiatrik müalicəyə pis riayət etmə və ya cavab psixoaktiv maddədən sui-istifadə edilməsilə əlaqədar ola bilər.
Əgər xəstə birinci dəfə psixoaktiv maddədən sui-istifadə və psixi xəstəliklə müraciət etmişdirsə həmən ikili diaqnoz qoymaq adətən uyğun deyildir; terapevtik münasibətlərin formalaşması üçün müvafiq zaman müddəti olmalıdır.
Aşağıdakılar olduğu halda ikili diaqnoz düşünülməlidir:
psixi xəstəliyin psixoaktiv maddə istifadəsi lazımınca uzun müddətdə (ən azı 4 həftə) dayandırıldıqda belə davam etməsi
psixi xəstəliyin psixoaktiv maddənin sui-istifadəsindən əvvəl başlaması
istifadə olunan psixoaktiv maddənin xəstədə diaqnoz qoyulmuş psixi xəstəliyə səbəb olması məlum deyildir.
Müalicə təlimatları
İkili diaqnozda psixoaktiv maddədən sui-istifadə və psixi xəstəlik bütöv şəkildə müalicə olunmalıdır.
Ən yaxşı müalicə nəticələri ən azı ən çətin xəstəlik hallarında psixi xəstəlik və psixoaktiv maddədən sui-istifadənin müalicəsi inteqrasiya edilmiş şəkildə aparıldıqda (məsələn, eyni şəraitdə hər iki xəstəlik eyni tibb işçiləri tərəfindən müalicə olunur) əldə olunur.
Hər iki xəstəliklə bağlı uzunmüddətli yanaşma lazımdır.
İkili diaqnozu olan xəstələrin müalicəsinə dair elmi məlumatlar məhdud saydadır. Psinsipcə yalnız bir diaqnoz olan xəstələrdəki kimi eyni sübut əsaslı müdaxilələr müalicə zamanı tətbiq olunur. Dərman və psixososial terapiyalar kimi qısamüddətli müdaxilələr psixoaktiv maddədən sui-istifadə pozuntusunun müalicəsində istifadə olunur.
Müalicə faydalıdır. Psixi xəstəlik və psixoaktiv maddədən sui-istifadənin ikili diaqnoz hallarında onların hər birinin tək diaqnoz qoyulduöu hallara nisbətən daha pis proqnozu vardır.