Tripanosomiaz

EBM Klinik protokolları
02.03.2017 • Sonuncu dəyişiklik 02.03.2017
HeliSiikamäki

Xəstəlik törədicilər 

Yayılma

Afrika yuxu xəstəliyi

Transmissiya

Dünya səviyyəsində əhəmiyyəti

Əlamətlər və simptomlar

Diaqnoz

Müalicə və proqnoz

Fərdi səviyyədə profilaktika

Şaqas xəstəliyi

Transmissiya

Dünya səviyyəsində əhəmiyyəti

Əlamətlər və simptomlar

Diaqnoz

Müalicə və proqnoz

Fərdi səviyyədə profilaktika

Transmissiya. Afrika tripanosomozu, Tsetse milçəyinin dişləməsi və Şaqas xəstəliyi isə dişlədiyi dəridə dəlik açan Triatomin həşəratının nəcisi (eləcə də Triatomin taxtabitisi və ya qatil böcək olaraq da bilinir) ilə yayılır. İnfeksiya qaynağına digər insanlar və məməlilər arasında rast gəlinir. "?>

Dünya səviyyəsində əhəmiyyəti. 50– Hər il təxminən 70 000 Afrika tripanosomozu diaqnozu qoyulur. Şaqas xəstəliyi, təxminən 8 milyon insana mənfi təsir göstərir və müəyyən bölgələrdə gənc və orta yaşlı insanlar arasında ölümün əsas səbəbi xarakterini daşıyır. Digər regionlarda, sözügedən xəstəlik, endemik bölgələrdən gələn qonaqlar və immiqrantlarda  rast gəlinə bilər. "?>

Əlamətlər və simptomlar. Afrika yuxu xəstəliyi. Xroniki Qərbi Afrika növü üç mərhələyə ayrılır. Qırmızı dəri yarası (sərt şankr) sözügedən dişləmə halından təxminən bir həftə sonra peyda olur, bir neçə həftədən sonra isə kortəbii şəkildə həll olunur. Bir neçə həftə və ya ay sonra növbəli qızdırma, limfadenopatiya, səpgi və ödem halları yaranır. Kardit halı ehtimal olunur. Qıcıqlanma və apatiya (yuxu xəstəliyi) daxil olmaqla, CNS simptomları bir neçə ay və ya il sonra inkişaf edir. Xəstəliyin gedişatı oxşardır, lakin Şərqi Afrika növündə daha sürətli olur. Şaqas xəstəliyi. Sözügedən infeksiya ümumiyyətlə simptomsuz olur. Simptomlar, kiçik uşaqlarda inkişaf edə bilər. Sözügedən infeksiya ömür boyu davam edir.Giriş bölgəsində yara (şaqom, sərt şankr) peyda ola bilər. Triatominin nəcisi gözü çirkləndirərsə, tipik göz qapağı şişməsi birtərəfli şəkildə inkişaf edəcək (’ Romana əlaməti). 1– 2 həftə sonra,  xəstədə qızdırma və limfadenopatiya; o cümlədən, miokardit və ya meningoensefalit kimi hallar inkişaf edə bilər. Şaqas xəstəliyinin  təzahürləri bir neçə həftə ərzində kortəbii şəkildə həll olunur, lakin xroniki infeksiya, avtonom sinir sisteminin (meqaezofaqus və ya meqakolon) denervasiyası halı səbəbilə ürək çatışmazlığı və ya özofagus və kolon dilatasiyası halına səbəb ola bilər. "?>

Diaqnoz. Akut mərhələsində sözügedən diaqnoz, sərt şankr və ya qanda tripanosomların birbaşa aşkarlanmasına əsaslanır. Son mərhələdə isə həmin diaqnoz, xüsusi antikorlar üçün seroloji testlərə əsaslanır, lakin bu diaqnoz daha çox qeyri-müəyyən xarakter daşıyır. "?>

Müalicə və proqnoz. Müalicə, xüsusi xəstəxanalarda mərkəzləşdirilə bilər. Afrika yuxu xəstəliyini ilkin mərhələdə farmakoterapiya ilə müalicə etmək mümkündür. Əgər müalicə edilməzsə, xəstəlik çox zaman ölümlə nəticələnir. Hətta müalicə olunsa belə, CNS mərhələsində ölüm nisbəti 10% təşkil edir. Görünür ki, Şaqas xəstəliyi zamanı təyin edilən dərmanlar, xroniki mərhələnin inkişafının qarşısını almaq qabiliyyət ilə məhdudlaşdırılır və mənfi təsirlərlə əlaqələndirilir. 5– Yarım-akut mərhələdə ölüm nisbəti 10% təşkil edir. 20– Sözügedən infeksiya əldə edildikdən sonra xəstələrin 30% -də son komplikasiyalar inkişaf edir və bunun nəticəsində, bəziləri də ürək komplikasiyalarından ölür. "?>

Profilaktika. Heç bir vaksin mövcud deyil. Həşərat dişləməsi və sancması hallarının qarşısının alınması. "?>

Əlaqədar mənbələr

Kennedy PG. Clinical features, diagnosis, and treatment of human African trypanosomiasis (sleeping sickness). Lancet Neurol 2013;12(2):186-94. Brun R, Blum J, Chappuis F, Burri C. Human African trypanosomiasis. Lancet 2010 Jan 9;375(9709):148-59. Bern C. Chagas' Disease. N Engl J Med 2015;373(5):456-66. Rassi A Jr, Rassi A, Marin-Neto JA. Chagas disease. Lancet 2010 Apr 17;375(9723):1388-402.

Yuxarıya