- * Uşaqlar qolları açıq, qolları və barmaqları qabağa uzadılmış və gözləri bağlı vəziyyətdə qiymətləndirilir; barmaqlarda, qollarda, çiyinlərdə kiçik, kəskin, nizamsız hərəkətlər
- **Xüsusilə barmaqlarda, dildə kiçik, yavaş, nizamsız uzanma hərəkətləri
- 1)Hər iki əl üçün ayrı-ayrılıqda 3 ardıcıl cəhddə öz burnuna və müayinə edənin barmağına toxunma hərəkətində dəqiqlik; 5 yaşdan kiçik xəstələr gözləri açıq, 5 yaşdan yuxarı xəstələr gözləri açıq və bağlı vəziyyətlərdə icra edilir. Əlavə olaraq, xüsusilə də hərəkətin sonunda qəsdən titrəmənin olub olmamasına fikir verin.
- 2)Uşaq qolları dirsəkdən 90 dərəcədə qatlanmış vəziyyətdə dayanır və hər bir bazu önünün qabaq və arxa hissəsi ayrı ayrılıqda yoxlanılır. Hərəkət zamanı dirsəyin gövdədən yana əyilməsinə (5 sm-dən çox olduqda anormal sayılır) və hərəkətin hamarlığına (hərəkətin qeyri-müntəzəm olmasına) diqqət yetirin.
- 3)Arxası üstə uzanmış uşaqdan dabanını hamar hərəkətlə topuğa doğru sürüşdürməsini və topuğunu digər baldırın üstünə qoymasını rica edin, hər iki ayaq üçün bu hərəkəti 3 dəfə təkrarlayın. Dabanın dizin üstünə qoyulmasının dəqiqliyinə və hərəkət zamanı ayağı salmadan hərəkətin səlis icra şəkildə icra edilməsinə fikir verin.
- 4)Dəstək üçün əldən istifadə edərək tarazlıq reaksiyalarına, kənara addım atmağa fikir verin.
- 5)Uşaqdan 10-15 saniyə gözləri bağlı vəziyyətdə yerində qalmağı rica edin. Tarazlıq reaksiyalarına və tarazlığı saxlamaq üçün görülən korrektiv hərəkətlərə fikir verin.
- 6)5 yaşlı uşaq bir ayağın dabanını digər ayağın barmağına toxundurmaqla düz xətt üzərində gəzişə və yan tərəfə addım atmadan əlləri ilə tarazlığı saxlaya bilər. 6 yaşlı uşaqlar yeriş tempini daha səlis şəkildə icra edə və 9 yaşdan etibarən isə uşaqlar hərəkətlərini tarazlamaq üçün əllərinə ehtiyac duymadan səlis və hamar şəkildə hərəkət edə bilər.
- 7)5 yaşlı uşaqlar 10 saniyə, 7 yaşlı uşaqlar 20 saniyə
- 8)5 yaşlı uşaqlar bir ayaq üzərində ən azı 3 hoppanma və 6 yaşlı uşaqlar ən azı 10 hoppanma, 7 yaşlı uşaqlar hər iki ayaq üzərində 20 hoppanma
- 9)Barmaqların distal hissələri baş barmağının ucuna növbə ilə toxundurulur: 5-6 yaşlılar 2-3-4-5-2-3-4-5 ardıcıllıqla dövrü 3 dəfə təkrarlayır , 7 yaşından etibarən bu işi 5 dəfə təkrar edərək geri və irəli, yəni 1-2-3-4-5-4-3-2-1-2-3-4-5 ardıcıllıqda icra edir. Digər əlin hərəkət sürətini və hamarlığını (səhvlər, dayanma, xüsusən də istiqamət dəyişikliyi) və güzgü/ assosiativ hərəkətləri qiymətləndirin.
- 10)Uşağın şəhadət barmağının /ayaqda baş barmağın dırnağının hər iki tərəfində distal hissəyə yavaşca toxunun və barmağı/ ayaq barmağını irəli və geri hərəkət etdirin: uşaq gözləri bağlı vəziyyətdə hərəkət istiqamətini bilməlidir.
- 11)Uşağın şəhadət barmağını /ayaqda baş barmağını yuxarı və aşağı istiqamətlərdə hərəkət etdirin: uşaq alınan vəziyyətin istiqamətini bilməlidir.
|
| 1. Bədənin vəziyyəti və əzələ tonusu |
Oturarkən, dayanarkən, yeriyərkən bədənin vəziyyəti |
Aşağıdakılardan ən azı ikisi: yuxarı və ya aşağı ətraflarda anormal duruş və ya bir qədər anormal əzələ tonu / gücü
|
| |
- Əzələ tonusu
- Əzələ gücü
|
| 2. Vətər refleksləri |
- Çiyin əzələləri, üçbaşlı əzələlər
- Diz qapağı, daban vətərləri
|
Ən azı 2 anormallıq |
| |
İntensivlik, assimetriya |
| |
Babinski sindromu |
| 3. Qeyri-iradi hərəkətlər |
Qeyri-iradi hərəkət funsiyası |
Aşağıdakılardan ən azı biri: ətraflarda və ya üz nahiyyəsində distal və ya proksimal fasiləsiz aydın xoreiform hərəkətlər *distal atetotik hərəkətlər **, daimi titrəmə, qolun lateral, kranial və ya və ya kaudal əyilməsi, qolun arxadan qabağa doğru çevrilməsi |
| |
Əsas test + qeyri-iradi hərəkətləri qiymətləndirmə testi
(qolları uzanmış vəziyyətdə, əllər qarnı üstə uzanmış və arxası üstə uzanmış vəziyyətdə)
|
| |
Üz, göz və dilin hərəkətləri |
| 4. Koordinasiya və tarazlıq |
- Barmaq - burun testi 1)
- Barmaqları bir birinə vurmaq
|
Ən azı 2 tapşırıqda anormallıq
|
| |
Diadoxokinez (DDK)2) |
| |
Diz - daban testi3) |
| |
Oturarkən, ayaq üstə durarkən itələnməyə qarşı reaksiya 4) |
| |
Romberg sindromu 5) |
| |
Düz xətt üzərində yerimə 6) |
| |
Bir ayaq üstə dayanma 7) |
| |
Bir ayaq üstə tullanma 8) |
| 5. İncə motor funksiyaları |
Barmaqların qarşılaşdırılması testi (hamarlıq, istiqamətin hamar şəkildə dəyişdirilməsi)9) |
Ən azı 2 tapşırıqda anormallıq |
| |
- Əllərin dairəvi hərəkətlərini eyni və əks istiqamətlərdə təqlid etmək
|
| 6. Assosiativ və güzgü hərəkətləri |
Diadoxokinez |
Uşağın yaşını nəzərə alaraq ən azı üç tez-tez assosiativ / güzgü hərəkətləri |
| |
Barmaqların qarşılaşdırılması |
| |
- Barmaq ucunda gəzmə
- Daban üzərində gəzmə
- Düz xətt üzərində yerimə
|
| |
|
| 7. Sensor funksiyaları |
Görmə qabiliyyəti, görmə sahələri |
Ən azı 2 sensor funksiyasında anormallıq |
| |
Eşitmə (əgər eşitmə pozğunluğu şübhəsi yaranarsa, audiometriya) |
| |
Qrafesteiya (ovuc içində yazılmış dairənin və xaçın tanınması) |
| |
Kinesteziya (hərəkətin, əl və ayaq barmaqlarının tanınması)10) |
| |
Duruş hissi (hərəkət istiqamətinin, əl və ayaq barmaqlarının tanınması)11) |
| 8. Kəllə-beyin sinirləri |
|
Ən azı 1 anormallıq |