Sidik analizləri sidik yolu infeksiyası (SYİ), böyrək xəstəliyi və ya metabolik xəstəlikdən şübhələndikdə ilkin seçim müayinədir. Sidiyin kimyəvi (reagent strip və ya dipstik testi, ani test) və hissələrinin analizi əsas analizlərdir. SYİ diaqnostikası həmçinin sidiyin bakterial kulturasını tələb edir.
Reagent strip testi skrininq məqsədi üçün yaxşıdır, lakin qeyri-normla tapıntılar hissəciklərin analizi və ya zülalın kəmiyyət ölçülməsi kimi sonrakı tədqiqatları tələb edir.
Etibarlı nəticələr üçün uşaqlardan sidik nümunələri xəstəxana və ya sağğlamlıq mərkəzində toplanmalıdır. Əgər reagent strip testi evdə edilə biləcəksə sidik evdə toplana bilər.
Rutin sidik analizi üçün göstərişlər
Anamnez
Tez-tez sidiyə getmə
Həddindən artıq maye qəbulu
Sidik ifrazı zamanı ağrı və ya yanğı hissi
Köpüklü sidik
Sidiyin qeyri-normal rəngi və ya iyi
Tapıntılar
Böyrək xəstəliyindən şübhələndirən tapıntılar, plazma kreatinin konsentrasiyasının yüksəlməsi kimi
Ödem (bəzən yalnız göz qapaqlarına təsir edir)
Hipertenziya
Sepsissiz petexiya
Körpələrdə izah edilməyən təkrari qızdırma epizodları
Qeyri-normal sidik analizi nəticələri
Qeyri-normal görünüş və qoxu
Qırmızı rəngli yalnız hemturiyanın əlaməti deyildir, lakin həmçinin sidiyin kosentrasiyası, xüsusi qida və ya dərmanların qəbulu və ya hiperbilirubinemiyanın göstəricisidir.
Həddindən artıq köpüklü sidik proteinuriya səbəbindən ola bilər.
Xoşagəlməz qoxu yalnız nadir hallarda SYİ-nin göstəricisidir.
Yuxarıdakı vəziyyətlərdə sidiyin kimyəvi analizi əsas adekvat analizdir. Əgər lazım olarsa reagent strip testinin nəticələri və klinik tapıntılara uyğun olaraq sonrakı müayinələr təyin edilə bilər.
Proteinuriya
Proteinuriya sidiklə albumin ifrazının artdığı qlomerulyar disfunksiya, və ya beta-2-mokroqlobulin və ya alfa-1-mikroqlobulin kimi aşağı molekulyar kütləli proteinlərin ifraz edildiyi boru (tubulyar) disfunksiyası səbəbindən ola bilər.
Reagent strip testləri sidikdə albuminin varlığını təyin edir. Pozitiv nəticələr (≥ ++) kəmiyyyət analizlərilə yoxlanmalıdır.
Sidiklə normal zülal ifrazı 24 saatda 100 mq-dan aşağıdır. Zülalın miqdarı təsadüfi götürülmüş nümunədə kreatinin konsentrasiyası ilə müqayisə edirlər, onun normada yuxarı limiti 2 yaşdan yuxarı şəxslərdə 20 mq/mmol və 2 yaşdan aşağı 50 mq/mmoldur. Nefrotik proteinuriyanın diapazonu 24 saat ərzində 1500 mq-dan çox və ya təsadüfi nümunədə 200 mq/mmol zülal ifrazı mənasına gəlir.
Proteinuriya fiziki yüklənmə və ya qızdırma səbəbindən həmçinin fizioloji ola bilər. Ortostatik proteinuriya da həmçinin zərərsizdir. Belə vəziyyətlərdə adətən sidikdə zülalın miqdarı 24 saat ərzində 1q-dan az olur (< +++).
Nefrotik aralıqlı proteinuriya hipoalbuminemiya və ödemə səbəb ola bilər. Nefropatiya yalnız nefrotik sindromla (= minimal dəyişiklik xəstəliyi) deyil, həmçinin qlomerulonefritlə əlaqəli ola bilər.
Əgər sidikdə zülalın konsentrasiyası 1.5 q/l-dən (< +++) azdırsa və uşaqda nefritik sindrom (ödem, hipertenziya, oliqouriya) yoxdursa, 1 həftə ərzində (məsələn, uşaq qızdırmalı xəstəlikdən sağaldıqdan sonra) sidik nümunəsi yenidən yoxlanmalıdır. Davamlı proteinuriya pediatrın müayinəsi üçün təcili olmayan yönəldilmə üçün göstərişdir.
Ortostatik proteinuriyanı istisna etmək üçün uşaq səhər yataqdan qalxmamış səhər sidik nümunəsi götürülməlidir.
1.5 q/l-dən çox proteinuriya pediatra təcili yönəldilmə üçün göstərişdir.
Hematuriya
Əgər hissəvi analizdə ≥ 3 eritrosit/yüksək enerji sahəsi (mikroskop) və ya ≥ 20 × 106 eritroit/l (axın sitometriyası) olarsa mikroskopik hematuriya cardır.
Uşaqlarda hematuriyanın yayılma tezliyi 4%-dir və bu halların 10%-dən azında əhəmiyyətli böyrək xəstəliyi diaqnozu qoyulmuşdur.
Hematuriya böyrək xəstəliyi, sidik yollarının (sidik axarları, sidik kisəsi və ya sidik kanalı) selikli qişasının qanaxması və ya cinsi sahələrin selikli qişası və ya dərisinin zədələnməsi səbəbindən ola bilər.
Hematuriyanın qiymətləndirilməsi aşağıdakıları əhatə etməlidir: diqqətlə toplanmış anamnez (yəni, anamnezində əvvəllər infeksiyanın olması,böyrək xəstəliyi, sidik daşlarına dair ailə anamnezi), dərinin inspeksiyası (petexiya, dəri infeksiyaları, ödem) və qarnın və xarici cinsiyyət orqanlarının palpasiyasının daxil olduğu fizikal müayinə.
Asimptomatik mikroskopik hematuriya zamanı həftəlik intervalla 3 yeni nümunə yoxlanmalıdır. Əgər bütün təkrari nümunələrdə mikroskopik hematuriya qeyd olunursa pediatra təcili olmayan yönəldilmə göstərişdir.
Simptomatik mikroskopik hematuriya (ödem, hipertenziya və ya sidik ifrazının azalması) və ya hematuriya ilə müvafiq proteinuriya (> 1.5 g/l) pediatra təcili yönəldilməyə göstərişdir.
Makrosopik hematuriyanın ilk dəfə ortaya çıxması pediatra təcili yönəldilməyə göstərişdir.
Piuriya
Leykositlərin sidiklə ifrazının normal miqdarı 10 × 106/l-dən çox olmamalıdır, hansı ki, "2 leykosit/yüksək görmə sahəsində" (mikroskop) göstəricisinə uyğundur.
Piuriyanın ən geniş yayılmış səbəbi SYİ-dir. Digər səbəblərə tubulo-intestisinal nefrit, qlomerulonefrit və interstisinal sistit daxil ola bilər.
Bakteriuriya: baxın
Digər tapıntılar
Boru hüceyrələri böyrək zədələnməsini (piyelonefrit, tubulo-intestisial nefrit, kəskin tubular nefrit) göstərir.
Keçid epiteli sidik yollarından (böyrək ləyənindən sidik kisəsinə qədər hər hansı yerdə/sidik kanalının əsası) yaranır. Sidikdə görünməsi sidik yolları zədələnməsinin (sistit-piyelit, sidik daşları, bədxassəli şiş göstəricisidir.
Yastı epitel hüceyrələri sidik kanalı və ya xarici cinsiyyət orqanlarında yaranır. Onun sidikdə tapılması böyrək xəstəliyinin göstəricisi deyildir.
Sidikdə tapılan yeganə silindirlər hialin silindrlərdir (=Tamm-Hortfall zülalı). Qranulyar (plazma zülallarından törənmiş) və ya piyli və yağlı (plazma lipidlərindən yaranmış) silindirlər böyrək xəstəliyinin göstəricisidir.