Nevroloji müayinə

EBM Klinik protokolları
03.07.2018 • Sonuncu dəyişiklik 18.09.2018
SariAtula

Əsas məqamlar

Nevrolji bölmənin alt bölmələrini nəzərdən keçirən digər məqalələr

Göz dibləri

Kəllə-beyin sinirləri

  1. Qoxu siniri
    • İybilmə sınaqları (qətran, kofe, sirkə, ammonium və ya satışda mövcud olan hazır komplektlər)
  2. Görmə siniri 
    • Görmə itiliyi (pasiyent TV ekranını görməyə, verilmiş məsafədən barmaqları saymağa, hər hansı işığı duymağa qabildir?) 
    • Görmə sahələri (qarşılaşdırma testi, əgər lazımdırsa görmə sahəsinin testi üçün bir oftalmoloqa yönləndirmə) 
  3. Göz-hərəki siniri
    • Bəbəklərin reaksiyası, gözün medial hərəkətləri, ptoz, diplopiya   
  4. Blok siniri
    • Göz hərəkətləri: zədələnmə tərəfdə olan gözün aşağıya baxışı pozulmuşdur, diplopiya 
  5. Üçlü sinir
    • Üzün hər iki yarısının hissi yoxlanması; hər üç sinir şaxəsi (göz siniri, əng siniri və çənə siniri) ayrıca yoxlanılır.  
  6. Uzaqlaşdırıcı sinir 
    • Zədələnmə orta xətdən kənara həmin tərəfdə baxışın disfunksiyasına səbəb olur; ikigörmə (diplopiya).
  7. Üz siniri
    • Qaşlarını çatmaq, burnu qırışdırmaq, fit çalmaq və dişlərinin göstərərək gülümsəmək (irişmək)  
    • Üzün aşağı hissəsinin parezi (oral nahiyədə asimmetriya) mərkəzi etiologiyanın əlamətidir. 
    • Tam üz parezi (üzün bir tərəfində əzələ zəifliyi) üz sinirinin periferik zədələnməsinin əlamətidir. 
  8. Dəhliz-ilbiz siniri
    • Dəhliz siniri 
      • Müvazinətin yoxlanması 
        • Romberq sınağında pasiyent gözləri bağlı və ovucları yuxarı olmaqla qolları açılaraq ayaqları birgə yaxın vəziyyətdə ayaq üstə durur. Bu sınaq zamanı müvazinət problemləri kəllə-beyin sinirlərindən başqa həmçinin, digər səbəblərdən də qaynaqlana bilər.      
        • Unterberger addım testi pasiyent gözü bağlı olaraq hər iki ayağı ilə bir nöqtədə 25 addım atmaqla aparılır. Bədən oxunun qeyd edilən mümkün rotasiyası (45°-dən çox) zədəlnmiş daxil qulağa tərəf olacaq.
      • Nistaqm adətən kəskin vertiqo zamanı gözlər hərəkət edən cismi izlədikdə induksiya oluna bilər. 
        • Diks-Hallpayk testi
      • Qeyd! Nistaqm həmçinin, beyincikdən qaynaqlana və hərəkət edən cismi izləmək qabliyyətinin olmamasına görə ola bilər.
    • İlbiz siniri: audiometriya, Veber sınağı və Rinne sınağı  
  9. Dil-udlaq siniri
    • Qusma refleksi
  10. Azan sinir 
    • Xırıltılı səs, disfagiya
  11. Əlavə sinir
    • İpsilateral tərəfdə çiynin qaldırılması pozulub
    • Müqavimətə qarşı başın döndərilməsi pozulub
  12. Dilaltı sinir
    • Pasiyentdən dilini orta xətt üzrə çıxartmaq xahiş edilir.
      • Dilin kontralateral deviasiyası yuxarı hərəki neyronun zədələnməsində görülür.  
      • Aşağı hərəki neyronun zədələnməsi zamanı dil zədələnmiş tərəfə deviasiya edir. 

Koordinasiya testləri 

Pronator sürüklənmə

Əzələ qüvvəsi

Əzələ tonusu

Reflekslər 

Hissiyyat sistemi

Vegetativ sinir sistemi   

 

Yuxarıya