Yetkinlərdə qida allergiyası
EBM Klinik protokolları
31.05.2017 • Sonuncu dəyişiklik 31.05.2017
HilkkaViitanen
Əsas məqamlar
- Allergiya testinin müsbət nəticəsi allergiyanın kliniki cəhətdən əhəmiyyətli olmadığını göstərir.
- Əgər allergik reaksiyalar şiddətli deyilsə, ziyanverici qidanın dayandırılmasına ehtiyac yoxdur.
- Anafilaktik və ya başqa ümumi reaksiya mütəxəssis tərəfindən aparılan araşdırmaya, eliminasiya pəhrizinə yönləndirməyə, adrenalin inyektora və allergiya dərmanlarına, lazım olduqda terapevtik dietoloqun qitmətləndirməsinə və məsləhətinə ehtiyac yaradır.
Epidemiologiya
- Xəstəliyin təkrarlanma halı 3-4%-dir, lakin yetkinlərin 20%-i simptomlara görə müəyyən qidalardan imtina edir.
- Simptomlar çox vaxt uşaqlıqdan başlayır. Tez-tez istifadə olunan qidalara (məsələn, süd) qarşı allergiyanın əksəriyyəti yetkinlik yaşına çatmamış yox olur. Allergiya yetkinlik yaşına qədər davam edərsə, çox nadir hallarda sağalır.
- Qidaya qarşı allergiya yetkinlik dövründə də başlaya bilər.
Simptomlar
- Oral allergiya sindromu yetkinlər arasında yayılan qida ilə əlaqəli allergiyadır. Oral allergiya sindromu tozağacına qarşı allergiyası olan xəstələrdə görülür. Çiy və emal edilməmiş meyvə və tərəvəzlər ağızda qaşıntıya və qırtlağın şişməsinə səbəb olur.
- Allergiyaya səbəb olan qidalar astmanın və allergik rinitlərin simptomlarını artıra bilər.
- Mədə-bağırsaq simptomları (ürək bulanması, qarın ağrısı, ishal və qusma) da olur.
- Atopik dermatit, urtikariya və ya angio ödeminin şiddətlənməsi nadir hallarda ola bilər.
- Anafilaktik reaksiya
- Nadir hallarda müəyyən qida idmanla əlaqəli anafilaktik reaksiya ilə nəticələnə bilər. Buğda etiologiyalı idmanla əlaqəli anafilaksiya ən çox qeydə alınmış növdür.
Təsiredici qidalar
- Hər hansı qida və ya qidanın tərkib hissəsi qida allergiyasına səbəb ola bilər.
- Tərəvəzlərin isidilməsi və ya dondurulması onların zülallarını dəyişdirir və bu da dözümlülüyü artırır.
- Polenlə çarpaz reaksiyalar çox yayılıb.
- Tozağacı meyvəsi, köklü tərəvəzlər, paxlalılar, çərəzlər (nəzərəçarpan)
- Yaşıl bitkilər - dənli bitkilər (ilk növbədə allergik dəri sınaqlarında çarpaz reaksiya kimi görünür)
- Muqvort- kərəviz, yerkökü, zirə (nadir hallarda nəzərəçarpan
- Şiddətli reaksiyalara ən çox səbəb olan qidalar çərəzlər və toxumlar, meyvələr və tərəvəzlərdir, ancaq süd və buğda da təsiredici qida ola bilər.
- Allergen komponentlərin, yəni oxşar xüsusiyyətə malik olan və çarpaz reaksiyaya səbəb olan zülalların tanınması üçün yeni üsullar mövcuddur. Bu komponentlərə ya dəyişkən (məsələn, istiliyin azaltdığı allergenlik), ya da sabit komponentlər deyilir. İstiyədavamlı komponentlər şiddətli reaksiyalara səbəb olur.
- Müəyyən dərmanlar (məsələn, iltihabəleyhinə dərmanlar, beta blokerlər və ACE inhibitorları) və alkoqol allergik reaksiyanın inkişafında rol oynaya bilər.
Tədqiqatlar
- Bütöv tarixçəsi
- Simptomların dəqiq təsviri; qidanın miqdarı və qəbulundan sonrakı müddət simptomların meydana çıxması üçün tələb edilir. Kiçik miqdarda zərərli qidanın qəbulundan bir neçə dəqiqə sonra yaranan simptomlar nəzərəçarpan vasitəçi IgE allergiyasının göstəricisidr.
- Allergik dəri sınağı ən mühüm araşdırmadır.
- Müsbət nəticə (allergenə həssaslıq) klinik əhəmiyyətli allergiyanı bildirmir, amma simptomlarla əlaqədar olaraq nəticələrə həmişə baxılmalıdır.
- Polenə həssalığı olan xəstələrin bitkilər, ədviyyatlar, tərəvəzlər və dənli bitkilər üçün olan sınaqlarının əsas klinik simptomlar olmadan nəticəsi çox vaxt müsbət olur.
- Əgər allergik dəri sınağının aparılması mümkün deyilsə, allergen spesifik serum IgE sınağı aparılır. Nəticələr allergik dəri sınağının nəticələri ilə eyni şəkildə şərh olunmalıdır. Nə qədər anticismlər varsa, xəstənin simptomatik olma ehtimalı daha yüksəkdir.
- Allergen komponentli diaqnoz xəstənin simptomlarına şiddətli fıstıq allergiyasının və ya tozağacı ilə olan çarpaz reaksiyanın səbəb olub-olmadığını araşdırarkən mütəxəssis tərəfindən qoulur.
- Evdə eliminasiya pəhrizi sınağı: şübhəli qida 2 həftəlik rasiondan çıxarılır. Əgər simptomlar aradan qalxsa, simptomların yaranmasını müşahidə edərkən qida yednidən rasiona daxil edilir. Əgər xəstədə mədə-bağırsaq simptomları varsa testi təkrarlamağa ehtiyac ola bilər.
- Açıq və ya ikiqat kor plasebonun nəzarəti altında olan qidaya qarşı dözümlülük poliklinikada aparılır.
- Astma ehtimalı nəzərə alınmalı və xəstədə şiddətli allergik reaksiyalar varsa (xüsusilə də nəfəs darlığı) müvafiq testlər aparılmalıdr.
- Mütəxəssislərin apardığı araşdırmalar
- naməlum allergenin səbəb olduğu ciddi allergik reaksiyanı
- eliminasiya pəhriz sınağının geniş yayılıb-yayılmadığını və qida çatışmazlığı riskinin olub-olmadığını göstərir.
Diferensial diaqnoz
- Bağırsaq simptomları: qıcıqlanan bağırsaq sindromu, laktozaya qarşı dözümsüzlük və çölyak xəstəliyi.
- Biogen aminlər (məsələn, balıq konservi) və histaminlər bəzən allergiyanın göstəricisi olan simptomlara səbəb ola bilər.
- Eozinofilik mədə iltihabı bağırsağın iltihablı xəstəliklərindən (qida borusunu, mədəni və bəzi hallarda aşağı mədə-bağırsaq traktını əhatə edə bilər) yaranır.
- Simptomlara qidanın qida borusuna yapışması və mədə-qida borusunun xəstəliyi olan reflükslə oxşar simptomlar daxildir.
- Diaqnoz eozinofilik iltihabı göstərən endoskopik biopsiyaya əsasən qoyulur.
- Atopiya tarixçəsi xəstələrin 70%-ində var və müəyyən qidalardan imtina etmə bəzi hallarda faydalıdır.
- İndiyə qədər, qida allergiyasının rolu tam aydın deyil.
- Bəzi xəstələr proton pompa inhibitorlarından faydalanır.
Müalicə
- Əgər simptomlar yüngül olarsa, lazımi hallarda istifadə ediləcək antihistamin təyin oluna bilər, oral qlükokortikoidlər isə daha ağır simptomlar üçün ya tək dozada ya da bir neçə gün ərzində davam edən kurs şəklində təyin olunur.
- Ciddi allergik reaksiyanın müalicəsi əzələdaxili adrenalindir (epinefrin). Xəstəyə adrenalin avtoinyektorunun istifadəsi ilə bağlı təlimat verilməlidir. Xəstə həmişə əlavə müalicə olaraq istifadə edilən antihistamin və qlükokortikoid tabletkaları ilə birlikdə avtoinyektoru üzərində daşımalıdır.
- Simptomlar şiddətli deyilsə, eliminasiya pəhrizi təyin edilmir. Ehtiyat tədbir olaraq müəyyən qidalardan imtina etmək zərərli ola bilər.
- Polen allergiyası üçün (tozağacının tozcuğu) allergen spesifik immunoterapiyası çarpaz reaktivliyin səbəb olduğu simptomları aradan qaldıra bilər.
- Müxtəlif allergen spesifik müalicələr hazırlanır.
Sicherer SH, Sampson HA. Food allergy. J Allergy Clin Immunol 2006;117(2 Suppl Mini-Primer):S470-5. Rona RJ, Keil T, Summers C et al. The prevalence of food allergy: a meta-analysis. J Allergy Clin Immunol 2007;120(3):638-46. Boyce JA, Assa'ad A, Burks AW et al. Guidelines for the diagnosis and management of food allergy in the United States: summary of the NIAID-sponsored expert panel report. Nutr Res 2011;31(1):61-75.
Muraro A, Werfel T, Hoffmann-Sommergruber K et al. EAACI food allergy and anaphylaxis guidelines: diagnosis and management of food allergy. Allergy 2014;69(8):1008-25. Dellon ES, Liacouras CA. Advances in clinical management of eosinophilic esophagitis. Gastroenterology 2014;147(6):1238-54.