Uşaqlarda osteomielit və septik artrit
EBM Klinik protokolları
17.06.2018 • Sonuncu dəyişiklik 08.08.2018
MarkusPääkkönen
Əsasları
- Kəskin ətraf simptomlarına malik qızdırmalı uşaqlarda hər zaman osteomielit və ya septik artritdən şübhələnmək lazımdır.
Rast gəlmə tezliyi və səbəbləri
- Pediatrik kəskin osteomielit və septik artrit ağır infeksion xəstəliklərdir, lakin hər ikisinə də sənaye ölkələrində nadir hallarda təsadüf edilir.
- Oğlanlarda qızlarla müqayisədə daha çox hallarda rast gəlinir (2:1).
- Bəzi hallarda infeksiya travma nəticəsində meydana gəlir (şəkil).
- Uşaqlarda infeksiyanın meydana gəlməsinə adətən hematogen yolla sümük və ya oynaqlara nəql edilən patogen səbəb olur.
- Ən geniş yayılmış etioloji faktorlara Staphylococcus aureus (xüsusilə osteomielitdə), pnevmokokk, A qrup streptokokk və peyvənd edilməmiş uşaqlarda B tip Haemophilus influenzae aid edilir.
Əlamətləri və simptomları
- Oynaqlarda və ya ətraflarda kəskin başlanğıclı şişkinlik, qızartı, qızdırma və həssaslıq.
- Qızdırma
- Xüsusilə kiçik yaşlı uşaqlarda simptomlar anlaşılmaz ola bilər (ağırlığını saxlaya bilməmək, qıcıqlanma, ağlama, uşağın ümumi vəziyyətinin qənaətbəxş olmaması).
Diaqnoz
- Uşaqlarda artrit məqaləsinə də nəzər yetirin.
- CRP (C-reaktiv zülal), ESR (elektron spin rezonans), qanın ümumi analizi.
- CRP < 20 mq/l və ESR < 20 mm\saat praktik olaraq septik infeksiyanı istisna edir. Bu, o halda baş verir ki, simptomlar 24 - 48 saat əvvəlcədən meydana gəlmiş olsun. Belə hallarda alternativ diaqnoz üsulları nəzərdən keçirilməlidir, çünki aşağıdakı hallarda təcili identifikasiya və xüsusi baxıma göndəriş tələb edilir: leykemiya, budun epifiziolizi və sınığı. Yuvenil artritdən və ya enteroartritdən şübhələnilən uşaqlara təcili olmayan göndəriş təyin edilir.
- Diaqnozun doğruluğu ilə bağlı heç bir şübhə olmadığı təqdirdə bud sinovitlərinə ilkin tibbi yardımda müdaxilə edilə bilər.
- Əgər septik infeksiyanın istisna edilməsi mümkün olmursa, xəstə mütləq antibiotik müalicəsinə başlamamışdan əvvəl əkmə üçün nümunənin götürülməsi məqsədilə xəstəxanaya göndərilməlidir.
Müalicə
- Diaqnostik nümunələr adətən anesteziyanın təsiri altında əldə edilir. Təcili yardım şöbəsində uşaq xəstələrdə oksidləşmiş azot anesteziyasından istifadə etməklə artrosentezin həyata keçirilməsi də həmçinin mümkündür.
- İntravenoz antibakterial terapiyaya lazımi nümunələr əldə edildikdən dərhal sonra başlana bilər.
- Klindamisin 40 mq/kq/gün və ya birinci nəsil sefalosporin 150 mq/kq/gün dört dozaya bölünmüş şəkildə tətbiq edilir. Adətən 2 - 4 gündən sonra oral müalicəyə keçid etmək mümkün olur.
- Müalicənin davametmə müddəti osteomielitdə 20 gün, septik artritdə isə 10 - 14 gündür.
Proqnoz
- Vaxtında həyata keçirilən terapevtik müdaxilə sayəsində xəstələrin əksəriyyəti tamamilə sağalır.
- Ehtiyat edilən ağırlaşmalara xroniki osteomielit, patoloji sınıqlar, artikulyar qığırdağın məhv olması və femoral başın aseptik nekrozu aid edilir.
Pääkkönen M, Peltola H. Management of a child with suspected acute septic arthritis. Arch Dis Child 2012;97: 287-92 Pääkkönen M, Peltola H. Antibiotic treatment for acute haematogenous osteomyelitis of childhood: moving towards shorter courses and oral administration. Int J Antimicrob Agents 2011;38(4):273-80. "?>Peltola H, Pääkkönen M. Acute osteomyelitis in children. N Engl J Med 2014;370(4):352-60.