Vitiliqo bütün bədən boyunca ləng proqressivləşən piqmentsizləşmiş dəri ləkələri ilə xarakterizə olunan autoimmun xəstəlikdir.
Digər autoimmun xəstəliklər, xüsusilə də qalxanabənzər vəzi xəstəlikləri zamanı, vitiliqo ilə olan pasiyentlərə ümumi populyasiya ilə müqayisədə daha çox təsadüf olunur.
Vitiliqo ləkələri asanlıqla günəşdən yanmağa meyillidir.
Epidemiologiyası və patofiziologiyası
Vitiliqo əhalinin 0.5 - 2%-ni zədələyir. Vitiliqoya bütün irqlərdə, kişi və qadınlar arasında bərabər təsadüf olunur.
Demək olar ki, xəstəliyin başlanğıcında pasiyentlərin yarısı 20 yaşdan aşağıdır.
Müxtəlif tədqiqatlara əsasən, pasiyentlərin 10 - 50%-nin həmçinin, vitiliqo ilə xəstə olan yaxın qohumları vardır.
Vitiliqo üçün irsiyyət tipi məlum deyil. Çoxsaylı həssaslıq lokusları identifikasiya olunmuşdur. Çoxsaylı genlərə təsir edən requlyasion pozğunluq və natamam penetranlıq da mümkündür.
Ən çox ehtimal edilən patofizioloji nəzəriyyə autoimmun reaksiyası kimi, piqment hüceyrələrinin destruksiyasını nəzərdən keçirir.
Dəri zədələnməsi yaxud günəş yanığı vitiliqonu tətikləyə bilər (Köbner fenomeni ). Bir çox pasiyentlər vitiliqonun baçlanğıcını hamiləlik və ya psixi gərginliklə əlaqələndirir.
Simptomları
Vitiligo ləkələri (şəkillər) ətraflarda adətən simmetrik olaraq meydana çıxır (şəkillər).
Tipik nahiyələr gövdədə göbək nahiyəsi və döş (məmə) nahiyəsindədir. Üzdə depiqmentasiya, xarakterik olaraq ağız və gözlərin ətrafında yaranır.
Açıq rəngli ləkələr həmçinin başın tüklü hissəsində, bədənin digər tüklü hissələrində də yarana bilər.
Ləkələr tədricən inkişaf edir və spontan repiqmentasiya yalnız nadir hallarda baş verə bilər.
Zədələnmiş dəri melanositlərin tamamilə olmamasını göstərir.
Piqmentsizləşmiş nahiyələr günəş yanığına meyillidir və paltarla yaxud ən azı SPF 30 günəşəleyhinə kremlə qorunmalıdır.
Müayinələr
Vitiligo və digər autoimmun xəstəliklər arasında əlaqə ola bilər.
Vitiliqo zamanı laborator müayinələr
Qalxanabənzər vəzi xəstəliklərinin skrininq müayinəsi (qalxanabənzər vəzi patologiyaları təqribən, 20% hallarda mövcud olur, lakin, simptomun başlanğıcı adətən vitiliqo ilə üst - üstə düşmür.
Trombositlərin ümumi sayı ilə birgə qanın ümumi analizi
Antinuklear antitellər
Göstəriş olarsa, acqarına plazmada qlükoza
Diferensial diaqnostikası
Diaqnoz klinik əlamətlərə əsasən qoyula bilər. Ehtiyac olarsa, diaqnozu təsdiqləmək üçün histopatoloji müayinə aparıla bilər.
Yayda rəngbərəng (əlvan) dəmrov zamanı dəri zədələnmələri solğun olur və vitiliqo ilə qarışıq salına bilər. Rəngbərəng dəmrovda zədələnmələr yüngül qabıqlanma ilə əlaqədardır ki, bu da vitiliqoda olmayan xüsusiyyətdir.
Uşaqlıq yolu, yaxud penisin dəmrov sklerozu ( Lichen sclerosus) (şəkillər) vitiliqoya oxşar ola bilər. Biopsiya diaqnozun dəqiqləşdirilməsində yardımçı olacaqdır.
Müalicəsi
Təyin olunmuş effektiv müalicəsi yoxdur.
Pasiyentin razılığı əsasında müalicə etməmək qərarı verilə bilər.
Açıq dərili pasiyentlərdə qış aylarında ləkələr çətin nəzərə çarpır.
Pasiyentlərin çoxu ən çox görünən ləkələrin xüsusi seçilmiş makiyaj və günəş qaralması effektli kosmetik vasitələrlə gizlədilməsinə qane olurlar.
Pasiyent dərisini günəşdən qorumalıdır, belə ki, vitiliqo ləkələri günəş yanığına meyillidir və əgər zədələnməmiş dəri nahiyələri gündən qaralarsa dərinin ləkəliliyi qabarıq nəzərə çarpacaqdır.
Gövdə və ya ətraflarda kiçik bir nahiyə ilə məhdudlaşan vitiliqo zamanı güclü qlükokortikoid kremləri gündə 1 dəfə maksimum 3 aylıq yaxud 2 həftəlik müddətdə və 2 həftəlik fasilə verməklə maksimum 6 ay ərzində istifadə edilə bilər. Pasiyentlər qlükokortikoidlərin potensial əlavə dermatoloji təsirlərinə görə nəzarətdə olmalıdır.
Üzdə vitiloqo zamanı kalsinevrin inhibitorları yerli istifadə edilən 1-ci dərəcəli terapiyadır. Uzunmüddətli müalicə aparıla bilər.
Dar diapazonlu UBŞ fototerapiyası da həmçinin, istifadə edilə bilər.
Gənc pasiyentlərdə yenicə yaranmış vitiliqo müalicəyə yaxşı reaksiya verir. Ən pis müalicəyə cavab. adətən, ətraflarda olur.
Müalicə seçimi yerli kortikosteroid, yaxud kalsinevrin ingibitorları və yaxud dar diapazonlu UBŞ fototerapiyasıdır.
Həyat keyfiyyəti
Vitiligo pasiyentin həyat keyfiyyətinə psoriaz, yaxud əllərin dermatiti qədər təsir edə bilər. Qadınlar kişilərə nəzərən, vitiliqonun psixoloji təsirlərinə daha həssasdırlar.
Vitiligo bəzi etnik qruplar arasında daha travmatik hesab olunur. Diferensial diaqnoz tarixi / kultural izahat verə bilər: cüzam və sifilisin gecikmiş mərhələləri də həmçinin, ağ ləkələrlə əlaqədardır.
Ehtiyac olarsa, vitiliqonun müalicə variantları ilə bağlı ixtisaslaşdırılmış tibb müəssisəndə məsləhətləşmə aparıla bilər.
İxtisaslaşdırılmış müalicə zamanı, müalicə protokoluna, ən azından, pasiyentin vəziyyətinə xas həyat keyfiyyəti sorğusunun istifadəsi daxil edilməlidir. (DLQI = Dermatology Life Quality Index---Dermatoloji Həyat Keyfiyyəti İndeksi - DHKİ ).