Kəskin dağ xəstəliyi
EBM Klinik protokolları
31.07.2018 • Sonuncu dəyişiklik 22.08.2017
HeikkiKarinen
Əsasları
- Kəskin dağ xəstəliyi (KDX) yüksək hündürlükdə hipoksiyaya məruz qalma nəticəsində meydana gələn simptomlara aid edilir.
- Simptomların meydana gəlməsinin qarşısını almaq üçün tövsiyə edilən hündürlük həddini aşmamaq lazımdır.
- KDX zamanı ilkin müalicə, aşağı hündürlüyə düşməkdən ibarət olur.
- Serebral təzahürlə müşahidə edilən KDX ağciyər təzahürü ilə müşahidə ediləndən fərqləndirilir.
Uyğunlaşma (adaptasiya)
- Hündürlük artdıqca atmosfer təzyiqi azalır. Yüksək hündürlüklərə qalxmaq qanda oksigenin parsial təzyiqini (pO2) azaldır.
- Oksigenin arterial qanda azalmış parsial təzyiqi adaptasiya prosesini təşviq edir və bu da ventilyasiyanı artıraraq parsial təzyiqin artması ilə xarakterize olunur. Sidik ifrazı da həmçinin artmış olur.
- Yüksək hündürlüyə adaptasiya qabiliyyətinin fərdi qiymətləndirilməsi testi mövcud deyildir.
- Zəif adaptasiya üçün risk faktorları
- KDX keçmişi
- Piylənmə
- 900 metrdən aşağı hündürlükdə yaşamaq
- Tövsiyə edilən həddən yüksək hündürlük və yuxu hündürlüyü
- Ürəyin işemik xəstəliyi və ya xroniki obstruktiv ağciyər xəstəliyi kimi hemodinamikanı və ağciyər funksiyasını pozan hallar
KDX-nin inkişaf riskinin qiymətləndirilməsi
- Risk kiçik olaraq qəbul edilir. Əgər,
- xəstə daha əvvəl 2 800 m hündürlüyə heç bir simptom müşahidə edilmədən qalxıbsa, və ya
- 2 500 - 3 000 m hündürlükdə iki gündən artıq vaxt keçirdibsə.
- Risk orta olaraq qəbul edilir. Əgər,
- KDX keçmişinə malik xəstə bir gün ərzində 2 500 - 2 800 m hündürlüyə çıxarsa, və ya
- KDX keçmişinə malik xəstə bir gün ərzində 2 800 m-dən daha yüksək hündürlüyə çıxarsa, və ya
- Hündürlük həddi, 3 000 m hündürlüyü keçən yüksəklikdə 500 m/gün həddini (gecənin keçirildiyi hündürlüklər arasında fərq) keçərsə.
- Risk yüksək olaraq qəbul edilir. Əgər,
- KDX keçmişinə malik xəstə bir gün ərzində 2 800 m-dən daha yüksək hündürlüyə çıxarsa, və ya
- Şəxs, serebral və ya pulmonar ödem keçmişinə malikdirsə və ya
- 3 500 m-dən daha yüksək hündürlüyə bir gün ərzində çıxılarsa və ya gecənin keçirildiyi hündürlük 3 500 m-dən çox yüksəklikdə gündə 500 m-dən çox artırsa.
Serebral təzahürlə müşahidə edilən KDX növləri KDX simptomları adətən 2 500 m-dən daha yüksək hündürlüklərdə meydana gəlir və əksər hallarda qalxmadan 48 saat sonra müşahidə edilir. Simptomlar adətən 2 gündən sonra, uyğun müalicənin tətbiq edildiyi halda aradan qalxır. Yüksək hündürlüklü serebral ödem (YHSÖ), digər KDX simptomları olmadan inkişaf edə bilən ciddi bir nevroloji problemdir. YHSÖ sürətlə inkişaf edə bilər. Ağciyər təzahürü ilə KDX yhündürlüklü ağciyər ödemi (YHAÖ) 2 500 m-dən daha yüksək hündürlükdə meydana gəlir və üç haldan ikisi 3 000 - 4 500 m hündürlüyükdə meydana gəlir. Bu, KDX-nin ən geniş yayılmış həyat üçün təhlükəsi olan təzahürüdür. YHSÖ tipik olaraq yüksək hündürlüyə məruz qalmadan 24 - 36 saat sonra inkişaf edir. Simptomlar da həmçinin yeni hündürlük həddini keçdikdən 24 - 36 saat sonra və eləcə də enmə zamanı inkişaf edə bilir. YHAÖ digər KDX olmadan inkişaf edə bilər. Simptomların yuxu vaxtı meydana gəlməsi geniş yayılmış bir haldır. Yüksək hündürlüklə əlaqədar olaraq meydana gələn digər xəstəlik növləri yüksək hündürlük yerli ödem (YHYÖ) yüksək hündürlük retinal ödem (YHRÖ) qeyri - adekvat adaptasiyanın xəbərdarlıq əlamətləri.
Simptomlar
Kəskin dağ xəstəliyi (KDX)
- Alpinistlərin 25%-də KDX 1 850 - 2 750 m hündürlükdə, 40%-də isə > 3 000 m hündürlükdə meydana gəlir.
- Baş ağrısı əsas simptom hesab edilir.
- KDX diaqnozu, baş ağrısı aşağıda qeyd edilənlərdən ən azı bir ilə yanaşı müşahidə edildiyi zaman qoyula bilər:
- Yorğunluq və ya halsızlıq
- İştahasızlıq və ya ürəkbulanma
- Periferik ödem
- Natarazlıq
- Başgicəllənmə
- İstirahət zamanı ürək döyüntüsünün 20% yüksəlməsi
- Təngənəfəslik
- Yuxu problemləri
- Apatiya və əhval dəyişiklikləri
- Apnoenin nokturnal epizodları
- Sidik ifrazının və maye tutumunun azalması
- Leyk Luiz Hesablama Sisteminə (LLHS) nəzər salın
- Əgər KDX-nin yüngül simptomları müşahidə edilsə, yüksəkliyə qalxmaq dayandırılmalı və fiziki aktivliyin məhdudlaşdırılması ilə ən azı bir istirahət günü əlavə edilməlidir. Tənzimlənən hiperventilyasiya simptomları azalda bilər.
- Əgər simptomlar 1 - 2 günün içində aradan qalxmazsa və ya ilk 24 saat içində daha da pisləşərsə, təcili eniş vacib sayılır.
- KDX-dən şübhə yarandığı zaman uşaqlar qısa bir müddət ərzində aşağı hündürlüyə endirilməlidir.
- Leyk Luiz Hesablama Sisteminə (LLHS) nəzər salın. Alpinistlərin 25%-də KDX 2 500 - 3 000 m hündürlükdə, 40%-də isə 4 000 m hündürlükdə meydana gəlir. Əgər KDX-nin yüngül simptomları müşahidə edilsə, yüksəkliyə qalxmaq dayandırılmalı və fiziki aktivliyin məhdudlaşdırılması ilə ən azı bir istirahət günü əlavə edilməlidir. Tənzimlənən hiperventilyasiya simptomları azalda bilər. Əgər simptomlar 1 - 2 günün içində aradan qalxmazsa və ya ilk 24 saat içində daha da pisləşərsə, təcili eniş vacib sayılır. KDX-dən şübhə yarandığı zaman uşaqlar qısa bir müddət ərzində aşağı hündürlüyə endirilməlidir.
Serebral təzahürlə (YHSÖ) müşahidə edilən KDX
- Yüksək hündürlük serebral ödem (YHSÖ) nadir hallarda rast gəlinən və adətən yalnız 4 000 m hündürlüyü keçdikdən sonra meydana gələn bir simptomdur.
- Beyin şişir və beyindaxili təzyiq artır və bunun beyin yırtığına və bir neçə saat və ya gün ərzində ölümə səbəb olması ehtimal olunur. Xəstələr daxildə baş verənləri hiss etməyə bilər.
- Əgər simptom tablosu qeyri-spesifikdirsə, YHSÖ ehtimalı düşünülməlidir.
- Simptomlar sürətlə proqressivləşə bilər. Ölüm halı 40% civarındadır.
- Ataksiya (əsas simptom)
- Normal dərmanlara rezistent olan şiddətli baş ağrısı
- Ürək bulanma və qusma
- Qısa baş gicəllənmə tutmaları
- Hallüsinasiya (qarabasma)
- Fotofobiya
- Görmədə pozğunluq, papilyar ödem
- Məntiqsiz davranış, laqeyidlik
- Nevroloji əlamətlər (nistaqm, müsbət Babinski əlaməti, hemiparez, ənsə sərtliyi, oftalmoplegiya)
- Temperatur
- Şüurun pozulması
- Bayğınlıq
- Oliquriya (< 0.5 l/24 saat)
Ağciyər təzahürü (YHAÖ) ilə müşahidə edilən KDX
- Yüksək hündürlük ağciyər ödemi (YHAÖ) adətən 2 500 m -dən yuxarı hündürlükdə meydana gəlir, lakin bu halın 1 500 m hündürlüyü keçdikdən sonra meydana gəlməsi də müşahidə edilmişdir.
- 2 700 m hündürlükdə YHAÖ-nin rast gəlmə tezliyi 1%-dən aşağıdır, 4 000 m hündürlükdə isə bu göstərici 2% təşkil edir.
- Müalicə edildikdə ölüm halı 6%, edilmədikdə isə 44% təşkil edir.
- Funksional qabiliyyətin qəfil pisləşməsi (əsas simptom)
- Fiziki yüklənmə zamanı dispnoe və qeyri - kafi bərpa
- Daha sonra istirahət vaxtı dispnoe
- Artmış ürək vurğuları (taxikardiya)
- Dərinin və / və ya dodaqların sianozu
- Quru öskürək, daha sonra qan izləri olan köpüklü bəlğəm
- Auskultasiya zamanı yaş xışıltılar eşidilir (daha sonra stetoskopsuz da eşidilə bilir)
- Retrosternal təzyiq və yanğı hissi
- Qusma
- Temperatur
- Uzanmaq simptomları daha da şiddətləndirir və daha sonra dözülməz hala gəlir
- Oliquriya (< 0.5 l / 24 saat)
- Əgər müalicəyə dərhal başlansa, klinik simptomların sönməsi adətən bir neçə saat ərzində baş verir.
Müalicəsi
- İlkin müdaxilə
- İstirahət, isti
- Hər zaman daha aşağı hündürlüyə enmək. Əgər YHAÖ və ya YHSÖ simptomlarına təsadüf edilərsə, xəstəni düz vəziyyətdə oturtmaq və soyuqdan qorumaq lazımdır. Son asimptomatik gecənin keçirildiyi hündürlük adətən uyğun sayılır; mümkün olduğu təqdirdə ən azı 500 m aşağı enmək lazımdır.
- Oksigen dəstəyi
- Sianoz aradan qalxana və ya SaO2 > 90% olana qədər ilk əvvəl 6 - 10 l/dəq
- Daha sonra davamlı olaraq və ya fasilələrlə 2 - 4 l/dəq
- Mümkün olduğu təqdirdə (1 - 2 saat ərzində, lazım gəldikdə təkrarlanan) portativ hiperbarik bir kamera (Qamov çantası)
- KDX və ya serebral ödem üçün dərman terapiyası
- Asetazolamid 250 mq gündə iki dəfə
- Deksametazon, başlanğıc doza 8 mq, daha sonra hər 6 saatdan bir 4 mg.
- Simptomların şiddətlənməsi zamanı deksametazon asetazolamiddən daha effektiv təsirə malik olur.
- Baş ağrısı üçün ibuprofen və ya naproksen 400 - 600 mq. Nifedipin ağciyər ödemi zamanı ilkin tibbi yardım olaraq tətbiq edilir (10 - 20 mq hər 6 - 12 saatdan bir, lisenziyalı təyinat hesab edilmir, uzun vadəli buraxılış formulaları tövsiyə olunur). Serebral əlamətlər müşahidə edildikdə deksametazon tətbiq edilir (YHSÖ və ya KDX), başlanğıc doza hər 6 saatdan bir 8 mq, daha sonra isə 4 mq Asetazolamid (250 mq gündə iki dəfə) son zamanlar profilaktik tədbir və bəzən də KDX-nin müalicəsi üçün tətbiq edilir. Əgər simptomlar yüngül olarsa, ilkin müdaxilə istirahət və daha aşağı hündürlüyə enməkdən ibarət olur; əgər simptomlar şiddətli olarsa, deksametazonun asetazolamiddən daha tez bir zamanda təsir göstərdiyini nəzərə alın. Ağciyər ödemi üçün təyin edilmir: əgər qaz mübadiləsi ciddi bir şəkildə pozulmuşdursa, asetazolamid ölümə səbəb ola bilər.
- Ağciyər ödemi zamanı dərman terapiyası
- PDE5 inhibitorları (gündə bir dəfə 50 mq sildenafil, gündə bir dəfə 10 mq tadalafil).
- 10 - 20 mq nifedipin və ardınca 20 - 30 mq uzun təsirli dozası hər 12 saatdan bir çeynənilir.
- Gün ərzində iki dəfə olmaqla 100 - 150 µq salmeterol.
Profilaktikası
- Əgər xəstəlik riski aşağıdırsa, profilaktik dərman qəbuluna ehtiyac duyulmur.
- Yuxarı qalxmadan, tədricən daha aşağı hündürlüyə enmək və 2 500 - 3 000 m hündürlükdə iki gecə keçirtmək adətən adaptasiya üçün kifayət edir.
- 3 000 m-dən yuxarı hündürlükdən sonra günlük qalxış 500 m-i keçməməlidir və hər 3 - 4 gündən bir 1 gün fasilə verilməlidir.
- Orta və yüksək riskli hallarda qalxma prosesinin tədricən həyata keçirilməsi ilə yanaşı profilaktik dərmanlar qəbul edilə bilər.
- Belə hallarda ilk qəbul edilən dərman gün ərzində bir və ya iki dəfə olmaqla 125 mq asetazolamid olur. Əgər onun qəbulu mümkün olmazsa, deksametazon alternativ bir vasitə olaraq tətbiq edilə bilər.
- KDX zamanı ağciyər ödeminin profilaktikası üçün PDE5 inhibitorları (sildenafil, tadalafil) və salmeterol eyni dozada təbiq edilə bilər.
- Yüksək hündürlüklərə adaptasiya qabiliyyəti fərdi xarakter daşıyır. Hal - hazırda aşağıdakı referans göstəricilər tətbiq edilir: kişilərdə Hb 140 q/l və qadınlarda 120 q/l, hemotakrit 40% və ferritin 30 nq/ml. 2 500 m-dən yuxarı hündürlükdə günlük qalxış göstəricisi 300 - 400-ü keçməməlidir. Əgər günlük qalxış göstəricisi 600 m-dən daha çox olarsa, adaptasiya üçün yeni qalxılmış hündürlükdə 2 gecəlik fasilə etmək lazımdır. 4 000 m-dən yuxarı yüksəkliklərdə gündəlik yüksəliş sürəti 150 m-dən çox olmamalıdır. Yenidən aşağı hündürlüklərə eniş həmişə əvvəlcədən planlaşdırılmalıdır. Asetazolamid gündə iki dəfə 250 mq profilaktika məqsədi ilə istifadə edilə bilər, burada kifayət qədər yavaş bir yüksəliş cədvəlinə əməl edilməməsinin yaxşı bir səbəbi vardır. Asetazolamid qaz mübadiləsini və xüsusilə beyinə oksigenin çatdırılmasını yaxşılaşdırır və kəllədaxili təzyiqini azaldır. Əgər qalxma prosesinə simptomlar inkişaf etdikdən sonra davam edilərsə, asetazolamid vəziyyətin proqressivləşməsinin qarşısını almağa qabil olmur.
Müvafiq resurslar
- Digər internet resursları