Qlossit yerli proseslə əlaqəli ola bilər (infeksiya, qıcıqlanma), yaxud sistem xəstəliyinin əlaməti ola bilər
Dilin arxa tərəfinin iltihabı adətən, sapabənzər məməciklərin itməsinə başqa sözlə, atrofiyaya (hamar dil )səbəb olur.
Dildə həmçinin yaralar ola bilər və ya selikli qişasını müxtəlif xəstəliklər zədələyə bilər.
Dil xərçənginə dilin arxa səthində demək olar ki, rast gəlinmir. Əgər 2 - 3 həftə ərzində potensial qıcıqlandırıcı faktorlar aradan götürüldükdən sonra leykoplagiya və eritroplagiya itməzsə, biopsiyaya göstərişdir.
Orta şırımın iltihabı
Dilin orta şırımın ətrafında sapabənzər məməcikləri zədələyən atrofiya dairəvi (yivli) məməciklərin önündə yerləşir (şəkil ).
Göbələk infeksiyası həmçinin, anqulyar xeylit və damağın eriteması kimi digər simptomlarla təzahür edə bilər.
Xəstəliyə siqaret çəkənlərdə və diş protezləri istifadə edənlərdə çox təsadüf olunur.
Müalicə şərait yaradıcı faktorların aradan qaldırılması və yerli olaraq göbələkəleyhinə müalicədən ibarətdir.
Diferensial diaqnozu
Orta romboid qlossit (şəkillər ), həmçinin, müalicə tələb etməyən mərkəzi papilyar atrofiya kimi məlumdur.
Sarkoidoz yaxud vərəm səbəbli xoralanma.
Stomatomikoz (kandidioz)
Dilin səthi əsas eritematoz selikli qişanı aşkara çıxarmaq üçün qaşına bilən ağ ərplə örtülüdür.
Ən çox səhhəti zəif olan böyüklərdə və yenidoğulmuşlarda rast gəlinir.
Diferensial diaqnozu: coğrafi dil (şəkillər )
Atrofik qlossit (hamar dil )
Sapabənzər məməciklərin nahamar quruluşu itir (depapilyasiya) və dil hamarlaşır (şəkil).
Eritematoz ləkələr dilin üzərində yaxud, digər selikli qişalar üzərində meydana çıxa bilər (şəkillər ).
Səbəbləri
Dəmir defisitli anemiya
Meqaloblastik anemiya
Vitamin B12 çatışmazlığı
Şeqren sindromu, ağızda quruluq
Müalicəsi təyin olunduğu əsas xəstəliyə müvafiqdir.
Yarpağabənzər məməciyin ödemi
Yarpağabənzər məməciklər selikli qişanın kütlələridir ki, dilin arxa nahiyəsini kənarlardan örtür (dil badamcıqları).
Şişkinlik yarana bilər:
mexaniki yaxud kimyəvi qıcıqlanma, məsələn, diş protezlərinin aşınması, ağıl dişinin iltihabı.
yuxarı tənəffüs yollarının infeksiyaları
Müalicə qıcıqlandırıcı faktorların aradan qaldırılmasından ibarətdir.
Diferensial diaqnozu
Fibroma
Xoralanma
Dilin yan tərəfindəki açıq rəngli ləkələr biopsiya edilməlidir.
Qranulomatoz qlossit
Davamlı makroqlosiyaya səbəb olacaq xronik iltihab
Dilin bir neçə gün davam edən fasiləli (aralıq) şişməsi