Genital Mikoplazma infeksiyası
EBM Klinik protokolları
26.05.2017 • Sonuncu dəyişiklik 26.05.2017
EijaHiltunen-Back
Əsas məqamlar
- Cinsi yolla keçir.
- Mycoplasma genitalium bakteriyası uzun müddətdir ki, məlumdur, lakin, onun patogen kimi əhəmiyyəti son illər ərzində təsdiqlənmişdir.
- Qeyri müəyyən simptomlara malik uretrit və servisitlərin differensial diaqnostikasında xlamidiya və qonorreya istisna olunduqdan sonra nəzərdə tutulmalıdır.
- Skandinaviya ölkələrində Zöhrəvi Klinikalara müraciət edən pasientlərin təqribən 5%-də təsadüf olunur.
Etiologiyası və klinik şəkli
- Mycoplasma genitalium məlum olan bakteriyaların arasında ən kiçiyidir .
- Klinik şəkli xlamidiya infeksiyasını xatırladır.
- Asimptomatik infeksiyalaı çox təsadüf olunur.
- Mikoplazma kişilərdə uretrit, qadınlarda servisit törədir, həmçinin, çanaq orqanlarının iltihabi xəstəliklərinə səbəb ola bilər.
Diaqnostikası
- Nuklein turşusunun selikli qişada, yaxud ilkin sidikdə təyini.
- Nümunənin xlamidiya və qonokokk infeksiyasının mənfi olduğu sübut olunduqdan sonra götürülməsi tövsiyyə olunur.
- xüsusilə naməlum uretriti olan kişilərdə (uretral ifrazat, sidik ifrazı zamanı göynəmə)
- Qarnın aşağı hssəsində ağrı, leykorreyanın artması və sidik ifrazı zamanı göynəmə olan qadınlarda.
- Əgər daimi cinsi tərəfdaşda Mycoplasma genitalium infeksiyası diaqnozu qoyulubsa.
- Birinci dərəcəli müalicə kimi azitromisinin birdəfəlik dozası 1q-dır (ştammların10%-i rezistentdir.) Əgər azitromisinlə müalicə uğursuz olarsa, moksifloksasin 400 mq gündə bir dəfə 7 gün ərzində.
Müalicə
- İlkin dərəcəli müalicə azitromisindir, ilk gün 500 mq,və 250 mq gündəlik olaraq 2-5 günlərdə.
- Makrolidlərə rezistent ştammlar artmaqdadır.
- Azitromisinin effektivliliyi 85–95%-dir.
- Əgər ştammların azitromisinə rezistent olduğuna şübhə olarsa, mikrobəleyhinə həssasləq testi aparılmalıdır.
- Əgər azitromisin müalicəsi uğursuz olarsa, moksifloksasin 400 mq gündə bir dəfə 7 gün ərzində
- Müalicənin uğurlu olmasının təminatı üçün müalicə bitəndən 4 həftə sonra nümunənin müşahidəsi tövsiyyə olunur.
- Daimi cinsi tərəfdaş müayinə olunmalı və pasientlə eyni zamanda müalicə edilməlidir.
- Müşahidələr zamanı nümunə mənfi olana qədər qorunmamış cinsi əlaqədən qaçılmalıdır.
Moi H, Reinton N, Moghaddam A. Mycoplasma genitalium in women with lower genital tract inflammation. Sex Transm Infect 2009;85(1):10-4. Moi H, Reinton N, Moghaddam A. Mycoplasma genitalium is associated with symptomatic and asymptomatic non-gonococcal urethritis in men. Sex Transm Infect 2009;85(1):15-8. "?>Taylor-Robinson D, Jensen JS. Mycoplasma genitalium: from Chrysalis to multicolored butterfly. Clin Microbiol Rev 2011;24(3):498-514. Lis R, Rowhani-Rahbar A, Manhart LE. Mycoplasma genitalium infection and female reproductive tract disease: a meta-analysis. Clin Infect Dis 2015;61(3):418-26. Salado-Rasmussen K, Jensen JS. Mycoplasma genitalium testing pattern and macrolide resistance: a Danish nationwide retrospective survey. Clin Infect Dis 2014;59(1):24-30.