Xarici qulaq keçəcəyinin yuyulmasına göstəriş nədir?
Təbil pərdəsinin tamlığı pozulmamışdır ki?
Diaqnozun qoyulmaığı təqdirdə bir terapevtik sınaq kimi xarici qulaq keçəcəyinin yuyulması diaqnozu ləngidə bilər və hətta vəziyyəti pisləşdirə bilər və buna görə də tövsiyə olunmur.
Yuyulmadan xarici qulaq keçəcəyi təmizlənməli və sorulma vasitəsilə qurudulmalıdır.
Göstərişlər
İnfeksiyalar
Kəskin xarici otitlər
Orta otitlər və təbil pərdəsinin perforasiyası.
Qulaqda timpanostomiya borusu ilə otoreya.
Yad cismin xaric olunması
Bərk yad cismin pinsetlə, qulaq üçün qarmaqla çıxarılması və ya sorulması yuyulmadan daha çox praktikdir.
Qulaq ifrazatının xaric olunması.
Qulaq ifrazatı(qulaq kiri) yuyulma olmadan ən asan sorulma, pambıq tampon və ya maqqaşla çıxarıla bilər.
Xarici qulaq keçəcəyinin yuyulması effektiv surətdə qulaq kirini yumşaldır və onun xaric olunmasını asanlaşdırır, lakin, onun xaric olunması üçün bu, nadir hallarda yetərli olur.
Prosedur.
Yuyulma üçün maye
Yuyulma üçün maye bədən temperaturunda olmalıdır.
Əks təqdirdə, yuyulma daxili qulağın vestibulyar orqanında rotator başgicəllənmə, nistaqm və bəzən qusmaya səbəb olan kalorik reaksiya ilə nəticələnə bilər.
Fizioloji duz məhlulu ən təhlükəsiz seçimdir.
Əgər təbil pərdəsinin zədələnməməsinə əmin olmaq olarsa, etanol və duzlu məhlul da həmçinin, istifadə etmək olar.
Etanol orta qulaqda yanğı hissiyyatına və üz siniri yaxud daxili qulağın disfunksiyasına səbəb ola bilər.
Pasiyent yaxud assistentdən ləyəni qulağın alt tərəfində saxlamağı xahiş edin.
İrriqasion ucluğu xarici qulaq keçəcəyinin bayır dəliyinə doğru birləşdirin və mayeni çəp şəkildə qulaq keçəcəyinin arxa divarına doğru istiqamətləndirin.
İrriqasion mayeni yavaş-yavaş qulaq keçəcəyinə yeridin.
Təzyiqin əksinə yumayın.
Yuyulmadan sonra xarici qulaq keçəcəyinin müayinəsi
qulaq keçəcəyində qalan nəmliyi xaric etmək üçün sorulmadan istifadə edin.
Yuyulmadan sonra qulaq keçəcəyində qala biləcək hansısa cismi xaric etmək üçün sorma, maqqaş(pinset) yaxud oxşar alət istifadə edin.
Daha sonrakı təmizlənməyə yaxud nəmin qurudulmasına etinasız yanaşılma , xarici eşitmə keçəcəyinin iltihabı üçün əlverişli şərait yaratmış olacaqdır.