Kişi cinsiyyət üzvünün sınığı, corpus cavernosumu örtən tunica albuginea tamlığının pozulması (yırtılması) zamanı yaranmış vəziyyətdir.
Belə bir zədənin ən çox yayılmış səbəbləri, cinsi əlaqə zamanı və ya digər travmalar zamanı penisin burulmasıdır.
Qadın cinsi əlaqə zamanı üst vəziyyətiə olduqda ən yüksək risk yaranır.
Əsas simptomlara ereksiyanın itirilməsi, ağrı və penisin şişməsi və göyərməsi daxildir.
Yaralanmanın utanc verici xüsusiyyəti səbəbindən əksər hallarda xəstələr müalicə üçün gec müraciət edirlər.
Tunica albuginea-nın yırtığı ən qısa müddətdə cərrahi yolla aradan götürülməlidir.
Əksər hallarda penisin yerli ağrı və ya göyərmə ilə gedən, ancaq normal pozisiyası dəyişməmiş və ereksiya qabiliyyəti saxlanılmış olan kiçik həcmli travmalar müşahidə edilir.
Zədənin mexanimi
Tunica albuginea, erektil toxumanın (corpora cavernosa) hər iki silindrini əhatə edən birləşdirici toxumadan ibarət sərt, elastik örtüklərini yaradır.
Ereksiya etmiş penisin bürulması tunica albuginea-nın yırtılmasına səbəb ola bilər.
Yırtılma adətən birtərəflidir və transvers (eninə) olur və penisin əsasında yerləşir.
Tunica albuginea yırtığı bəzi hallarda uretra və ətrafdakı corpus spongiosum-un zədələnməsi ilə birlikdə ola bilər.
Belə bir zədənin ən çox yayılmış səbəbi, cinsi əlaqə zamanı penisin bürulması, yaxud vaginal dəliyə daxil ola bilməməsi olur.
Nadir səbəblərə güclü mastürbasya, çarpayıda ehtiyatızlıqla dönmək və penisin buraraq qəsdən detumessensiya (şəhvət hissini aradan qaldırmaq üçün) etmə daxildir.
Lakin, qeyd etmək lazımdır ki, bəzi Yaxın Şərq ölkələrində qeyd olunan təcrübə ("taghaandan") bütün penis sınıqlarının yarısından çoxuna səbəb olur.
Ereksiya olmadıqda penis sınıqları çox nadirdir (3% hallarda).
Simptomlar və tapıntılar
Tunica albuginea-nın yırtılması zamanı əksər hallarda şıqqıltı səsi eşidilir.
Bunun ardınca dərhal detumessensiya, şiddətli ağrı və penisin əhəmiyyətli dərəcədə şişməsi və qanaması müşahidə edilir.
Əksər hallarda penisin qırılmış tərəfdən əks tərəfə sapması müşahidə edilir.
Bu zaman əmələ gəlmiş yırtığı əksər hallarda palpasiya ilə tapmaq mümkün olmasa da, yırtığın üstündə əmələ gələn hematoma palpasiya edilə bilər.
Hematuriya və sidik çıxarmaqda çətinlik uretranın zədələnməsindən xəbər verə bilər. Belə hallarda qasıqüstü kateterin qoyulması (Cystofix®) ilk yardım kimi qəbul edilməlidir.
Əlavə müayinələr
Tipik olan anamnez və klinik tapıntı diaqnoz qoymaq üçün kifayətdir.
Əməliyyatdan əvvəl yırtığı daha dəqiq tapmaq üçün penisdə (Doppler) ultrasəs müayinəsin edilə bilər.
Müəyyən hallarda kontrast madəsindən və ya MRİ-dən istifadə edilərək müayinə aparılması nəzərdən keçirilə bilər.
Penisin qırılmasına dair kifayət qədər dəlil varsa, əlavə müayinələr cərrahi müalicəni təxirə salmamalıdır.
Müalicəsi
Yırtığın erkən cərrahi yolla bərpası ən yaxşı nəticələr verəcəkdir.
Yırtıq əməliyyat zamanı lokalizasiya edilir və sorulan saplardan tikişlər qoyulur.
Əksər hallarda dəri dairəvi olaraq kəsilir.
Uğurlu cərrahi bərpadan sonra xəstələrin əksəriyyəti normal cinsi münasibət qura bilirlər.