Gocaların dəri problemləri Skin problems in the elderly
EBM Klinik protokolları
06.04.2018 • Sonuncu dəyişiklik 06.04.2018
AlexanderSalava
Əsas məqamlar
- Dərinin quruluğu və həddindən çox yuyunma səbəbindən əmələ gələn asteatotik ekzemanı müəyyən etmək zəruridir.
- Ahıl yaşlarda atopik ekzema və ya psoriaz kimi dəri xəstəlikləri başlaya bilər
- Diaqnoz, adətən, anamnez və klinik mənzərəyə əsaslanır; dəri örtükləri hərtərəfli araşdırlır.
- Yaşlı insanlar yerli müalicənin (glükokortikoidlər) və sistem (mikrob əleyhinə preparatlar, qlükokortikoidlər) vasitələrin mənfi təsirlərinə daha çox meylli olurlar.
Ümumi məlumat
- qocalma dəriyə təsir edir: dəri qurumaya meyilli olur, qırışlar artır və dərinin ventilyasiya qabiliyyəti azalır, maserasiya nəticəsində zədələnmələr baş verir, atrofiyalaşma gedir və yaraların sağalması çətinləşir.
- Dəriyə düzgün olmayan və ya zəif qulluq edilməsi, və digər tərəfdən, həddindən artıq yuyunma və yaxud yuyucu maddələrdən istifadə dəri problemlərini ağırlaşdırır.
- Sidiyin və / və ya nəcisin axıdılması qasıq və sağrı nayihəsində kontakt dermatitinə səbəb olur.
- əsas xəstəliklər (diabet kimi) və onların dərmanları dəri problemlərinə səbəb ola bilərlər və müalicəya reaksiyanı pişləşdirə bilərlər.
- Dəri problemləri yaşlıların həyat keyfiyyətinə və rifahına təsir göstərir.
Ən çox rast gəlinən səbəblər
Ekzemalar
- Asteatotik və ya quru ekzema
- Əksər hallarda rast gəlinir (geniş yayılmışdır)
- Tipik olaraq ayaqlarda, qollarda və kürək və bel nahiyəsində yerləşir
- Simptomlar qaşınmadan geniş/ekstensiv ekzemaya qədər dəyişə bilər.
- Yuyunma vərdişləri ekzemaya təsir göstərir.
- Seboreya ekzeması
- Xüsusən kişilərdə müşahidə olunur
- Üzdə (şəkil), kəllə nahiyəsinin dərisində (şəkil), dərinin büküşlərində və qulaq nahiyəsində rast gəlinir
- Aydın olaraq məhdudlanmış diffüz eritema, kəpəklənmə müəyyən edilir.
- Numulyar ekzema (şəkil)
- Adətən kürəkdə, yuxarı və aşağı ətraflarda ləkəli ekzema
- Kişilərdə daha çox yayılmış olur
- Ahıllarda, əsasən quru dəri ilə əlaqəlidir (yuyunma vərdişləri və su aerobikası və ya saunada çimmək kimi dərini qurudan faktlarını öyrənmək)
- Atopik ekzema
- Ahıl yaşlı şəxslərdə daha az rast gəlinən tipik bükülən sahələrin atopik dermatit şəklində görünə bilər.
- Bükülmə sahələrindən əlavə, bir çox hallarda üz nahiyəsində (Şəkil), boyun və əllərdə görünə bilər.
Maserasiya
- Intertriqo
- Fleksiv (bükülən) səthlərdə qıcıqlanan ekzema (qasıq, qarın divarı, döş vəzilərinin altı, sağrı nahiyəsində)
- İkincili Candida albicans infeksiyalarında, peyk lezyonları da adlanan və adətən maserasiya ətrafında yerləşən kiçik eritematoz papulalar.
- Maserasiya
- Bükülən sahələrdə
- Səbəbləri: zəif ventilyasiya, hərəkətsizlik, maxniki zədələnmlər
- Əsas alt faktorlar (sidik, nəcis axıdılması, stomadan sızma, xronik sulanan yaralar) müalicə edilməlidirlər.
Dəri infeksiyaları
- Kəmərləyici dəmirov
- Birtərəflidir
- Eritema və suluqlar (Şəkil), ağrı
- Posterapevtik nevralgiyanın qarşısını almaq üçün analgetiklər vacibdir.
- Qızıl yel
- Qızdırma, üşütmə və temperaturanın yüksəlməsi, dərinin qızarması (tipik olaraq aşağı ətraflarda)
- Ahıl yaşda olan şəxslərdə qızıl yel halsızlıq və şüurun pozulması kimi qeyri – spesifik simptomları əmələ gətirə bilər. Qızdırması olan bütün pasiyentlərdə aşağı ətraflar və dəri örtüyü mütləq müayinə edilməlidir.
- Impetiqo
- Adətən, ilkin olaraq tək-tək lezionlar görünür və ola bilər ki, bu lezionlar daha sonra artsınlar.
- Dəqiq müəyyən edilmiş və üstü sarı qabıqla örtülmüş eroziv səthlər; adətən az bir simptomatika.
- Ekzema, qoturluq və pedikulyoz ikincili infeksiyaya məruz qala bilər və bu zaman klinik mənzərə impetiqoya bənzəyəcəkdir.
- Dermatofitiya
- Dermatofitiyalar ahıl insanların ən çox dırnaqlarında, ayaqlarında və ya qırışan sahələrində olur.
- Tipik olaraq sərhədlərində kəpəklənmə olan eritema mövcuddur.
- Bəzi hallarda dermatofitiya infeksiyası yerli glukokortikoid müalicəsi ilə maskalanmış olduğundan onun təyin edilə bilməsi çətinləşir.
- Herpes
- eritematoz fonda həmcins olmayan suluqlama və qabıq vermə
- Əksər hallarda eyni yerdə təkrar olaraq görünür, bəzən dodaqlar istisna edilməklə digər yerlərdə görünür.
- Qoturluq
- Kəskin başlanan qaşınma , qaşınma gecələr güclənir
- Barmaqların arasında, biləkləridə çox balaca dəliklər; bədənin yan səthində, biləklərdə, topuq ətrafinda, məməciklər və cinsiyyət üzvləri ətrafinda dəri səpmələri.
- Ahıl şəxlərdə qoturluq əksər hallarda generalizə edilmiş şəkildə olur və geniş yayılmış ekzemanı xatırladır (şəkil).
Digərləri
- Qaşınma ahıl şəxslərdə əksər hallarda rast gəlinən simptomdur.
- Əksər hallarda dərinin quruması səbəbindən baş verir.
- Bu hal, həmçinin, digər dəri xəstəlikləri üzündən, qoturluq və ya bullyoz xəstəliklər nəticəsində də ola bilər.
- Bir çox daxili xəstəliklər və dərmanlar da qaşınmaya səbəb ola bilərlər.
- Xəstəliyklə eyni zamanda qaşınmanın başlanması mühüm bir əlaqənin olduğunu göstərə bilər.
- Rozaseya (çəhrayı çivzələr) xəstəliyi
- Ahıllarda geniş yayılmış olur
- Üz nahiyəsində eritema və papulla-pustuloz törəmələr (şəkil) olur.
- Qocalıq purpurası
- Mikrotravmalar nəticəsində əllər üzərində göyərtilərin (siyirtıların) əmələ gəlməsi
- Pasiyentin əsas xəstəliyi və tətbiq edilən dərman preparatları onun hassalığını artıra bilər.
- Solar lentiqosu (şəkil )
- Əlin arxa tərəfində və üzdə balaca və tutqun ləkələr
- Bu əsasən estetik bir problemdir.
- Sivat Poykilodermiyası (şəkil)
- Boyunun yan sahələrində retikulyar piqmentasiyalar
- Gün altında uzun müddət qalma ilə əlaqədarırlar
Tək-tək rast gəlinən dəri leziyonları
- Ahıl yaşlılarda dəri şişlərinin əmələ gəlməsi nadir hal deyil. Əgər dəri törəməsi böyüyürsə, yara əmələ gətirirsə, qanayırsa və ya xeyli müddətdir ki, sağalmırsa bəd xassəli şiş olması şübhəsi yaranır.
- Aktinik keratoz
- Dəridən ayrılması çətin olan hiperkeratoz örtüklü eritematoz sahələr
- Tpik olan loklalizasiyalara üz və kəllə nahiyəsinin dəri örtüyü, yuxarı ətrafların səthi və yaxud əl pəncəsinin araxa hissəsi (Şəkil) aiddirlər.
- Dəri xərçəngi
- Bədxassəli dəri şişləri dəyişkənliyə və böyüməyə meyillidirlər.
- Üz nahiyəsndə rast gəlinən bədxassəli lentigo (şəkil) və aşağı dodaqda yastıhüceyrəli karsinoma (şəkil) olması yaddan çıxarılmamalıdir.
- Dərinin xoşxassəli zədələnmələri /lezionları/
- Seboreya keratozlarına (şəkil), günəş lentigolarına (şəkil), ahılların angiomasına, fibromalara (şəkil) və piqmentasiyalı nevusa tez-tez rast gəlinir.
- Hiperkeratoz və qabar, döyənək (mazol)
- Ayağın düzgün seçilməyən ayaqqabı və ya fizioloji cəhətdən düzgün olamayan poza alması nəticəsində sürtünməyə məruz qalan sahələrdə əmələ gəlir.
Yaralar/xoralar
- Aşağı ətraf yaraları
- Venoz və ya arteriyal qan dövranının pozulması, şəkərli diabet, yerli ödem olması
- Ahıl şəxslərdə adətən bir neçə səbəbdən qaynaqlanan qarışıq tipli yaralar olur
- Postravmatik yaralar
-
- yaşlı insanlarda əsasən ayaqlarda olur
- Sağalma, yara infeksiyasının xüsusiyyətlərindən, əsas xəstəliklərdən, istifadə edilən dərmanlardan və qan dövranının vəziyyətindən çox asılıdır; həmçinin yerli ödemin olması bu cür yaraların sağalmasına mənfi təsir göstərir.
- Oturaq yaraları
- Erkən mərhələdə, təzyiqə məruz qalan ərazidə tamlığı pozulmamış dərinin uzərində eritema olur.
- Oturaq yaralarının erkən aşkarlanması və qarşısının alınması lazımdır.
- Şişlərin törətdiyi yaralar
- Şişlər sağalması çox zəif olan qeyri-tipik yarlar şəklində ola bilərlər; yara kənarlarından/sərhədlərindən götürülən material biopsiyaya göndərilməlidirlər.
Dərinin nadir hallarda rast gəlinən problemləri
- Psoriaz
- Çox ahıl yaşlarda meydana çıxa bilər
- Tipik olan hallarda kəllə nahiyəsində, pəncənin altında, ovuclarda, dirsəklərdə və dizlərdə yerləşir.
- Bulloz pemfiqoid
- Adətən yaşlılarda rast gəlinən nadir autoimmun bulloz xəstəlikdir.
- Eritematoz ləkələrin üzəri daxilində təmiz maye olan bullalar (suluqlar) ilə örtülmüş olur (Şəkil) və qaşınma müşahidə olunur
- Adətən xəstələrin ümumi vəziyyəti kafidir.
- Qırmızı yastı dəmirov
- Gövdə və ətraflarda bənövşəyi qaşınan papulalar (şəkil)
- Oral və genital selikli qişada səpmələr/lezionlara səbəb ola bilər
- Dərman ekzeması
- Ahıllar çoxlu miqdarda dərman vasitələrindən istifadə etdiklərinə görə onlarda daha tez-tes rast gəlinir.
- Ekzamanın dərman vasitəsinin tətbiqi ilə eyni vaxtda meydana çıxmasını təsdiq etmək çox mühümdür.
- Allergik kontakt dermatitləri
- Adətən kəskin olur, qaşınır, klinik olaraq ekzematoz dermatit kimi təsvir olur
- Topik dəri müalicəsi hassalıq yaradır
- Aşağı ətraf yaralrı olan pasiyentlərdə daha çox müşahidə edilir
Müayinə
- Simptomların müddəti və dəyişkənliyi
- Sistem simptomlarının (qızdırma, halsızlıq) ortaya çıxması
- Anamnezində atopik ekzema və ya psoriaz kimi dəri xəstəliklərinin olması
- Hər hansı bir ağırlaşdırıcı amillərin (müxtəlif vərdişlər/hobbilər, yuyunma vərdişləri) olması
- Yaşayış şəraiti və yuyunma qurğuları, kömək göstərmək üçün hər hansı bir ehtiyacın olması
- Dərinin müayinəsi zamanı baş nahiyəsinin, ovucların və pəncələrin dərisi müayinə edilir, ağız boşluğunun selikli qişası və dırnaqlar yoxlanılır.
Diaqnostika
- Əgər har hansı bir qeyri-müəyyən səpmə və bədxassəli törəmə şübhəsi varsa biopsiya götürülməlidir.
- Əgər qızıl yel və ya sellulit şübhəsi varsa CRP və leykositlərin sayılması kimi iltihab parametrləri öyrənilir (bu göstəricilər ilkin mərhələdə normal ola bilərlər, ona görə də klinik mənzərə həlledici məna daşıyır).
- Əgər, impetiqonun mikrob əleyhinə preparatlarla empirik müalicəsi yaxşı nəticə vermirsə və ya dərmana qarşı rezistentliyin olması şübhəsi varsa, bakteriya kulturasının alınması barədə düşünülməlidir.
- Əgər dermatoftiya şübhəsi varsa göbələk mikroskoyası və əkmə üçün nümunə götürülməsi lazımdır.
- Kontakt allergiyasının olduğunu yəqinləşdirmək üçün dəri testləri həyata keçirilir. Lakin, bu testlər aydın klinik göstəricilər olduqda həyata keçirilməlidir.
- Bullez dermatit şübhəsi yarandıqda dəri anticisimləri və pemfiqoid anticisimləri ilə analiz aparılmalıdır (dəri biopsiyası və dəri immunofluoresensiyası);
Mualicə
- Yumşaldıcı yuyucu məhlullardan və məlhəmlərdən istifədə edin. Dərini gurutmaq üçün məhraba və digər dərini sürtərək qurudan vasitələrindən istifadə etməyin.
- Müntəzəm olaraq tərkibində kimyəvi /tibbi/ preparatlar olmayan yumşaldıcı məlhəmlərindən istifadə edin, xüsusən yuyunduqdan sonra.
- Bükülən/ sahələrin müntəzəm olaraq yuyulması, sürtünməni azaldan topik müalicə vasitələrinin istifadəsi.
- Ultra bənövşəyi şüalrdan düzgün qorunma.
- Ahıl şəxslərdə az yan təsirli olduğu üçün dəri problemlərini müalicə etmək üçün yerli müalicə vasitələrindən istifadə edilməlidir. Əksər hallarda müntəzəm olaraq təkrarlanan və ya davamiyyətli dəstək müalicəsi lazımdır.
- Quru (asteatotik) ekzamada (dəri üçün) müntəzəm olaraq məlhəmdən istifadə tələb olunur. Bu zaman quruducu vasitələrdən çəkinməklə ancaq qeyri-dərman tərkibli yumşaldıcı məlhəmdən istifadə etmək kifayətdir. Ağırlaşmalar zamanı yerli glukokortikoidlər istifadə edilməlidir.
- Ekzematoz xəstəliklərdə ilk seçim müalicəsi olaraq gövdə və ətraflar üçün orta və ya yüksək potensiala malik yerli glukokortikoidlərdən 2 həftədən 3 həftəyədək (gündə bir dəfə) istifadə edilir, üz nahiyəsi üçün isə aşağı potensiala malik yerli qlükokortikoidlərlə 1- 2 həftəlik kurslar təyin edilir.
- Tərkibində dərman olmayan yumşaldıcı məlhəmlərin müntəzəm olaraq istifadəsi residivlərin və ağrlaşmaların qarşısını alır.
- Atopik ekzema üçün topik kalsineyrin inhibitorları olan takrolimus və pimekrolimus (ingl.tacrolimus və pimecrolimus) məlhəmləri istifadə edilir. Hər iki preparatın uzunmüddəli kursu təyin edilir.
- Yüngül və orta təsirli glukokortikoid məhlullarının (spreylərin) başın nahiyəsinin dəri örtüyünə və qlukokortikoidlərin məlhəmlərinin digər nahiyələrin dəri örtüyünə tətbiq olunması seboroik ekzemanın müalicəsində effektiv təsir göstərirlər. Axşam saatlarında və yuyunmazdan əvvəl dəri yumşaldan yağlardan, məs. kəllə nahiyəsinin dərisinə yapışmış qabıqcıqları ayırmaq üçün istifadə edilə bilər. Simptomları yüngüləşdirmək üçün yerli göbələk əleyhinə azol tərkibli maddələrdən (şampun, məhlul və ya məlhəm) də istifadə edilə bilər.
- İntertiqo və maserasiyanın digər formalarının qarşısını almaq üçün müntəzəm olaraq yuyunma, dərinin quru saxlanılması, tənzif sarğılardan istifadə edərək dərinin sürtünməsinin qarşısını almaq lazımdır və gündəlik olaraq sink pastası və ya talk pudradan istifadə etmək məsləhətdir. Bundan əlavə, mikozlar əleyhinə hər hansı bir məlhəm ilə kurs müalicəsi aparılır: mikonazol tozu və ya mülayim glukokortikoid və mikoz əleyhinə birləşmələrin kombinasiyası: gündə iki dəfə olaraq 1-2 həftə tətbiq edilə bilər.
- Kükürd-hidrokortizon məlhəmi: 2.0 tibbdə istifadə edilən kükürd, 1.0 Hydrocortison, 100.0 Aqualan məlhəmi əlavə edilir, 2 həftəlik müalicə kursu gündə bir və ya iki dəfə tətbiq olunur. Sink parafin: 40.0 sink oksidi, 60.0 maye parafin - gündə bir və ya iki dəfə tətbiq olunmalıdır. "?>
- Rozaseya xəstəliyi üçün əsasən yerli metronidazol, azelaik turşusu və ya ivermektin (inglş metronidazole, azelaic acid or ivermectin) istifadə edilməlidir.
- Impetigo: kiçik bir sahədə məhdudlaşan impetigo üçün mikrob əleyhinə məlhəm ilə topik müalicə kifayət ola bilər, lakin daha geniş sahəyə yayılmış xəstəlik üçün sistemli mikrob əleyhinə müalicə lazımdır.
- Dermatofitiya
- Qasıq, gövdə və ya ayaqların dermatofitiyası əksər hallarda yerli müalicə tələb edir. Yerli terapiyaya rezistentlik olduğu hallarda sistemli müalicə lazım ola bilər.
- Bir çox hallarda onikomikoz üçün uzun müddətli sistemli müalicə zəruri olur. Ahıl xəstələrdə müalicənin nəticələri cavanlara nisbətən zəif olur və müalicəyə olan ehtiyac potensial risklərlə qarşılaşdırılıb qiymətləndirilməlidir.
- Göbələk əleyhinə dərmanlar digər dərmanlarla çoxlu miqdarda qarşılıqlı təsir yaratma qbiliyyətinə malikdirlər.
Mütəxəssis məsləhəti
- Müalicə nəticə vermədikdə və dəri problemlərinin aydın olmayan hallarında dermatoloq ilə məsləhətləşmə aparılmalıdır.
- Kəskin və yayılmış səpkilər və/və ya bullyoz səpkilər halları baş verdikdə dermatoloqla təcili olaraq məsləhətləşmə aparılması barədə düşünülməlidir.
Hahnel E, Lichterfeld A, Blume-Peytavi U et al. The epidemiology of skin conditions in the aged: A systematic review. J Tissue Viability 2017;26(1):20-28. Tanei R, Hasegawa Y. Atopic dermatitis in older adults: A viewpoint from geriatric dermatology. Geriatr Gerontol Int 2016;16 Suppl 1():75-86. Tanei R. Clinical Characteristics, Treatments, and Prognosis of Atopic Eczema in the Elderly. J Clin Med 2015;4(5):979-97. Humbert P, Dréno B, Krutmann J et al. Recommendations for managing cutaneous disorders associated with advancing age. Clin Interv Aging 2016;11():141-8. Reszke R, Pelka D, Walasek A et al. Skin disorders in elderly subjects. Int J Dermatol 2015;54(9):e332-8. Templier C, Boulanger E, Boumbar Y et al. Systematic skin examination in an acute geriatric unit: skin cancer prevalence. Clin Exp Dermatol 2015;40(4):356-60. Balato N, Patruno C, Napolitano M et al. Managing moderate-to-severe psoriasis in the elderly. Drugs Aging 2014;31(4):233-8.