Www.ebmg, az saytında hansı məlumat mövcuddur?
Bu, sübutlu təbabətə əsaslanan, ilkin səhiyyə xidmətləri (ambulator) müəssisələrində çalışan həkimlər üçün Azərbaycan dilinə tərcümə olunmuş beynəlxalq informasiya resursudur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, azərbaycanlı həkimlərə ən yeni tibbi bilikləri ana dilində təqdim etmək üçün bu resursa lisenziya əldə etmişdir. Nazirlik, öz pasiyentlərinin diaqnoz və müalicəsini yaxşılaşdırmaq üçün tərcümə olunmuş protokollardan gündəlik təcrübələrində istifadə etməyi həkimlərə tövsiyə edir. Dünya tibb elmində yeni məlumatların həcmi sürətlə artır və müasir dünyada həkim qərarını dəstəkləyən sistemlərin olmaması həkimin fəaliyyətini çox çətinləşdirir.
EBMG abbreviaturası necə açıqlanır?
EBMG (Evidence-Based Medicine Guidelines) Azərbaycan dilinə eynən - Sübutlu Təbabətə əsaslanan Təlimatlar – kimi tərcümə olunur.
“Sübutlu təbabət” nədir?
Sübutlu təbabət (ing. Evidence-based medicine — Sübutlara əsaslanan təbabət) tibbi praktikada, yüksək keyfiyyətli tədqiqatlar nəticəsində təsiri sübuta yetirilmiş profilaktik, diaqnostik və terapevtik tədbirlərin istifadəsini qəbul edən bir yanaşmadır.
Niyə bu protokollar "Fin protokollar " adlanır?
Bu protokolların yaradıcısı həkimlərin peşə bacarıqlarını və klinik təcrübələrini inkişaf etdirmək məqsədi ilə 1881-ci ildə yaradılmış «DUODECIM» adlı Finlandiya elmi tibbi cəmiyyətdir. Bu cəmiyyət, həkimlər və tibb sahəsinə aid olan informasiya-texnologiyası (IT) İT-məhsulları üçün Şimali Avropa ölkələrində sübutlu təbabətə əsaslanan peşəkar tibbi ədəbiyyatın aparıcı nəşriyyatıdır. Lakin bu protokollar təkcə Finlandiya mütəxəssisləri tərəfindən deyil, həm də sübut edilmiş faktlara və onların obyektiv təhlillinə əsaslanan dünya səviyyəli mütəxəssislər qrupu tərəfindən yaradılır və yenilənir. Belə ki, təlimatlar 137 ölkənin praktik həkim və alimlərinin ümumi məhsuludur.
Bu protokollar daha hansı ölkələrdə istifadə olunur?
Bu protokollar 11 dilə tərcümə olunaraq 17 ölkədə mövcuddur. 7 ölkədə EBMG klinik protokollar dövlət səviyyəsində milli səhiyyə nazirlikləri tərəfindən ilkin səhiyyə xidməti müəssisələrində çalışan həkimlər üçün standart olaraq lisenziyalaşdırılmışdır (o cümlədən Ukrayna, Türkiyə və Azərbaycanda). Keçmiş Sovet İttifaqı ölkələrindən Rusiya və Estoniyada da istifadə olunur.
Bu www.ebmg.az informasiya resursunun tərkibinə nə daxildir?
www.ebmg.az daxildir:
Azərbaycan və İngilis dillərində:
• İlkin səhiyyə xidmətləri səviyyəsində idarə olunan demək olar ki, bütün xəstəliklər spektrində diaqnoz və müalicəyə dair 972 kompakt praktik təlimat;
Yalnız İngilis dilində:
Resursun unikal xüsusiyyətləri nələrdir?
Resurs həkimlərə bir axtarış sorğusunabir dəqiqə ərzində lazımi məlumatı verir və, beləliklə,vaxta qənaət etməyə imkan yaradır. Bu, sübutlu təbabət prinsiplərinə əsaslanan Azərbaycan dilində yeganə məlumat-sorğu mənbəyidir. Rəhbərliklərin əksəriyyəti sübutların dərəcə indikatorları, sübutlara əsaslanan xülasələrə istinad və elmi tədqiqatların ilkin mənbələri ilə təchiz edilmişdir. Bu mənbə oxşar protokol toplusunun ən yaxşılarından biri kimi tanınır və bu sıradan Milli İngilis sertifikatına NHS (National Health Service) sahib olan yeganə xarici sistemdir.
Bura daxil edilən hər şey həkimin rahatlığı və vaxt qənaətinə tabedir. Artıq internetdə müvafiq məlumat axtarmaq üçün vaxt sərf etməyinizə və ya məsləhət almaq üçün həmkarlarınızı narahat etməyinizə heç bir ehtiyac olmur. Bizim axtarış sistemimizdən istifadə edərək, lazımi təlimatları həm diaqnozların düzgün yazılması və XBT-10 kodlarına əsaslanaraq, həm də tibb cəmiyyətində ümumqəbul olunmuş adlara görə də tapa bilərsiniz. Həmçinin, axtarış sistemimiz diaqnoz, sindrom və simptomlar daxil olmaqla tam mətn axtarışını təmin edir. Eyni zamanda 53 həkim ixtisasını əhatə edən və Cochrane Kitabxanasında və beynəlxalq tibbi elmi jurnallarda hər gün yeniləşən tədqiqat nəticələri nəşr olunduqca digər rəhbərliklərə bilavasitə bağlantı və hiperlink sistemi də əlçatandır. Bu prosesdə 500-dən çox dünya səviyyəli təcrübəsi olan həkim-mütəxəssislər iştirak edir.
Bu rəhbərliklər Azərbaycan üçün uyğunlaşdırılıbmı?
Bu mərhələdə yerli şəraitə və standartlara uyğunlaşma nəzərdə tutulmur, lakin respublika tibb ictimaiyyətinin onlarla tanış olduqdan sonra, həkim və alimlər tərəfindən protokolların məzmunu ilə bağlı verilən təklif və rəylər əsasında, dərman vasitələrinin, instrumental, laborator tədqiqatlarının və s. əlçatanlıqları nəzərə alınmaqla onlartədricən dəyişdiriləcəkdir. Azərbaycan Səhiyyə Nazirliyinin Finlandiya “Duodecim” cəmiyyəti ilə lisenziya sazişinin şərtlərinə əsasən, Azərbaycan tərəfi bu qaydaları uyğunlaşdırmaq hüququna malikdir.
Bu resursu hazırlamaq üçün əsas məlumat mənbələri hansılardır?
Cochrane Kitabxanası, 500-dən çox beynəlxalq və milli tibbi elmi jurnallar, o cümlədən,New England Journal of Medicine (Yeni İngiltərə Tibb Jurnalı), JAMA, Lancet, BMJ və başqa nəşrlər, DynaMed Plus, MedLine Complete, PubMed rəhbərlikləri, InfoPOEMS ((Patient-Oriented Evidence that Matters) Xəstə yönümlü məsələlərə dair sübutlar) resursu, NHS EED (The NHS Economic Evaluation Database)The NHS İqtisadi Qiymətləndirmə) və HTA ((The Health Technology Assessment Database) Sağlamlıq Texnologiyalarının Qiymətləndirmə) məlumat bazası, və digər mənbələr.
Www.ebmg.az portalından hansı cihazlarda istifadə etmək mümkün olacaq?
Portal həm fərdi kompüter və noutbuklarda, həm də, planşet və mobil smartfonlarda əlçatandır.
Portalda başqa hansı xidmətlər mövcuddur?
Tezliklə özünün tibbi təhsilini artırmaqla məşğul olan həkimlərin protokollardan alınanbiliklərini qiymətləndirmək üçün, portal çərçivəsində yerləşdirilən test sistemi fəaliyyət göstərəcəkdir. Portalın təklif etdiyi sualları cavablandırmaqla həkimlər testlərin nəticələrindən asılı olaraq, davamlı tibbi təhsilininmüvafiqballını qazanılmış olacaqlar.
İstifadəçilərin nəzərinə!
Hal-hazırda Azərbaycan dilinə tərcümə edilmiş protokolların yekun redaktə edilmə və formatlaşdırılma prosesi davam edir, buna görə də portalın redaksiya heyəti istifadəçilərdən mümkün qramatik və stilistik səhvlər,bağlantı qüsurları və s. üçün üzr istəyirlər.
Bütün sual və təkliflər üçün ebmg@isim.az elektron poçtu ilə əlaqə saxlayın
Portala bilavasitə girmək üçün İnternet brauzer sətrində - www.ebmg.az ,yazaraq, və ya Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az saytından və ya İSİM-in www.isim.az saytından müvafiq bağlantılar vasitəsilə portala daxil ola bilərsiniz.